Fitrə zəkatının müxtəlif məsələləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Fitrə zəkatının hökmləri Həcc və onun şərtləri


Məsələ 1718: Malın zəkatında olduğu kimi, fitrənin zəkatında da qürbət qəsdi lazımdır. Yəni, Allahın əmrinə itaət etmək məqsədi ilə fitrə zəkatı verilməlidir və fitrə niyyəti də şərtdir.


Məsələ 1719: Fitrə zəkatını ramazan ayından qabaq vermək olmaz. Verdiyi halda isə, Fitr bayramı günü yenidən verməlidir. Vacib ehtiyata əsasən, mübarək ramazan ayında da verməsin. Lakin, əgər ramazan ayından əvvəl, yaxud ramazan ayında fəqirə borc versə, ona fitrə vacib olandan sonra öz borcunu fitrə yerinə hesab etməsinin maneəsi yoxdur.


Məsələ 1720: Fitrə zəkatında insanın şəxsən yediyi yemək me’yar götürülür. (Həmin) şəhər və yaxud məntəqənin adi yeməkləri meyar sayılır. Belə olan halda, həmişə düyü yeyən şəxs fitrə zəkatını buğdadan verə bilər.


Məsələ 1721:
Fitrə zəkatında ərzağın yerinə pul vermək olar. Məsələn, bir “mən” buğdanın qiymətini hesablayıb onun pulunu o ünvanla fəqirə verə bilər. Lakin, gərək diqqət edilsin ki, qiymətin me’yarı rəsmi və topdan satış qiymət yox, azad bazarda müxtəlif şeylər satılandır. Başqa ifadə ilə desək, fəqir ona verilən pula həmin malı bazardan ala bilməlidir.


Məsələ 1722:
Fitrə üçün verilən buğda və s. torpaq və ayrı şeylərlə qarışıq olmamalıdır. Çox az miqdarda olub, saya gəlmədikdə, istisnadır.


Məsələ 1723: Fitrə zəkatını eyibli maldan vermək olmaz. Lakin, camaatın çox istifadə etdiyi yemək növündən olarsa, eybi yoxdur.


Məsələ 1724:
Bir neçə nəfərin fitrə zəkatını verən şəxsin hamısını bir növ maldan verməsi vacib deyil. (Məsələn) bə’ziləri üçün buğda, bəziləri üçün də arpa verə bilər.


Məsələ 1725:
Fitrə zəkatının verilmə vaxtı Fitr bayramı günü, namaz qılmazdan əvvəldir. Bu baxımdan, fitr bayramı namazını qılan şəxs gərək fitrəni namaz qılmazdan əvvəl versin. Lakin, əgər bayram namazı qılmırsa, bayram gününün zöhrünə qədər gecikdirə bilər.


Məsələ 1726: Əgər fəqirə əli çatmırsa, öz malından bir miqdar fitrə niyyəti ilə ayırıb, nəzərdə tutduğu və yaxud hər bir müstəhəqq üçün kənara qoya bilər. Onu verdiyi hər bir vaxtda fitrə niyyəti etməsi vacibdir.


Məsələ 1727:
Əgər fitrə zəkatının verilməsi vacib olan vaxtda fitrə verməyə və yaxud kənara qoymasa, ehtiyata əsasən, sonradan “ma fiz-zimmə”- əda və qəza qəsdi etmədən fitrəni verməlidir.


Məsələ 1728: Fitrə üçün kənara qoyduğu malı başqa bir malla əvəz edə bilməz. Gərək onun özünü fitrə üçün versin.


Məsələ 1729: Əgər fitrə üçün kənara qoyduğu malı səhlənkarlıq edib fəqirə vermədiyindən aradan getsə, onun əvəzini verməlidir. Lakin (fəqirə) verə bilmədiyi və (onun) qorunmasında səhlənkarlıq etmədiyi halda, ona bir şey vacib olmaz.


Məsələ 1730: Əgər insan, qiyməti fitrədən çox olan malının bir miqdarını fitrə verəcəyini niyyət etsə, eybi yoxdur.


Məsələ 1731: Vacib ehtiyata əsasən, fitrə zəkatı həmin məntəqədə istifadə edilməlidir. Məsələn, ayrı şəhərdə olan qohumları üçün göndərə bilməz. Əgər o məntəqədə müstəhəq olmadıqda isə istisnadır. O məntəqədə müstəhəqq olduğu halda fitrəni başqa bir şəhərə apardıqda tələf olsa, zamindir. Lakin, şəriət hakimi ehtiyaclıların məsləhəti üçün onu ayrı şəhərə aparmalarını icazə verə bilər.


Məsələ 1732: Əvvəllər qeyd edildiyi kimi, vacib ehtiyata əsasən, fitrə zəkatını fəqir və miskinlərdən başqa yerlərdə istifadə etmək olmaz. Habelə, onunla iş yerləri açıb mənfəətini ehtiyaclıların xidmətində qoymaq olmaz. Lakin, onunla ehtiyaclı şəxslər üçün, məişətlərini təmin etmək qədər sərmayə hazırlamaq caizdir.

 

Fitrə zəkatının hökmləri Həcc və onun şərtləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma