Dönməyin hökmləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Bain və ric’i təlağı Xül’ təlağı


Məsələ 2157: Əgər kişi arvadına ric’i təlağı versə, onu iddə zamanı yaşadığı evdən çıxarda bilməz (bəzi xüsusi hallarda istisnadır). Həmçinin, qadının özünə də lazımsız işlərdən ötrü evdən çölə çıxması haramdır.


Məsələ 2158:
Ric’i təlaqda kişi nikah siğəsi oxumadan arvadına dönə bilər. Dönmək iki qismdir: 1- Sözünün mə’nası o arvadı yenidən arvadlığa qəbul etmək olsun; 2- Həmin mə’nanı çatdıran bir iş görməlidir.


Məsələ 2159: Kişinin döndüyü zaman şahid tutması, yaxud arvada xəbər verməsi lazım deyil. Hətta heç kəsin başa düşmədiyi halda “arvadıma döndüm” desə, düzgündür.


Məsələ 2160: Əgər kişi arvadından bir malıb, təlaqdan sonra ona dönməyəcəyinə, yaxud dönmək hüququna malik olmamasına razılaşsa, dönmək hüququ pozulmur.


Məsələ 2161: Bir şəxs arvadına ikinci dəfə təlaq verib, sonra əqd etsə və yaxud yenidən ona dönsə (vacib ehtiyata əsasən, hər dəfə cinsi yaxınlıq edib, heyz görüb, pak olduqdan sonra ona təlaq versin), üçüncü dəfə ona təlaq versə, o qadın ona haram olar; o qadın yalnız bir halda ona halal olacaq ki, iddə keçdikdən sonra başqa bir ərlə daimi əqd edib, onunla cinsi yaxınlıq etsin və sonra ona təlaq verilsin. Belə bir halda iddədən sonra birinci ər onunla evlənə bilər.

 

Bain və ric’i təlağı Xül’ təlağı
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma