Zəmanətin şərt və hökmləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
ZƏMANƏTKƏFALƏT


Məsələ 1978:
Zəmanətçi və borc sahibi həddi-büluğa çatmış, aqil olmalı və kimsə onları məcbur etməməli, səfih olmamalıdır. Müflis olduğuna görə şəriət hakimi tərəfindən malından istifadəsi qadağan olunan borc sahibi zamin tuta bilməz (yəni borcunu başqasının öhdəsinə qoya bilməz).


Məsələ 1979: Borcuna zamin durulan şəxs borclu olmalıdır. Bu baxımdan, başqasından borc alan şəxs, onu almayana qədər, heç kəs onun zamini ola bilməz. Lakin, məsələn, “filankəsi işə götür, bir nasazlıq və yaxud xəyanət qarşıya çıxartsa mən zaminəm” desə, eybi yoxdur və bu zəmanət də e’tibarlıdır.


Məsələ 1980: Zəmanətdə “borc sahibi”, “borclu şəxs” və “borc alınmış mal” müəyyən olmalıdır. Bu baxımdan, əgər iki nəfərin bir nəfərdə borcu varsa və insan “mən onların biri qarşısında zaminəm” desə, faydasızdır. Həmçinin, əgər iki nəfər bir adama borclu olsa və bir şəxs “mən o iki nəfərdən birinin borcunu verməyə zaminəm” desə, (onlardan heç birini) müəyyən etmədiyi üçün, batildir. Habelə, əgər bir şəxs başqasına 100 kq. buğda və 100 tümən pul borc veribsə və bir şəxs “mən iki borcdan birinə zaminəm” deyib, (hansı birini verəcəyini dəqiqliklə) müəyyən etməsə düzgün deyil.


Məsələ 1981: Əgər borc sahibi borcunu zəmanətçiyə bağışlasa, zəmanətçi borclu şəxsdən heç nə ala bilməz. Əgər onun bir miqdarını bağışlasa, o miqdarı tələb edə bilməz.


Məsələ 1982: Zəmanətçi zəmanəti borc sahibinin razılığı olmadan poza bilməz. Lakin, zəmanətçi və yaxud borc sahibi müqavilədə istədikləri vaxt müqaviləni poza bilmələrini şərt etsələr, maneəsi yoxdur.


Məsələ 1983: Zəmanətçi zamin olduğu vaxt borcu ödəməyə imkanı olsa, borc sahibi onun zəmanətini pozub, öz borcunu birinci borc verdiyi şəxsdən tələb edə bilməz. Həmçinin, əgər zəmanətçi o vaxtda fəqir olsa, lakin borc sahibi bunu bilib, onun zamin olmasına razılıq versə, müqaviləni pozmaq hüququ yoxdur. Lakin, zamin elə həmin vaxtdan fəqir olsa və borc sahibi də (bunu) bilməyib, sonradan xəbər tutsa, onun zəmanətçiliyini poza bilər.


Məsələ 1984: Əgər bir şəxs borclu şəxsin icazəsi olmadan onun borcunu ödəmək üçün zamin olsa, ondan bir şey alamağa hüququ yoxdur. Lakin, onun icazəsi ilə olsa, borc sahibinin borcunu ödədikdən sonra, borclu şəxsdən ala bilər.

ZƏMANƏTKƏFALƏT
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma