Kəfalət və kəfilin şərtləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
KƏFALƏTVƏDİƏ (ƏMANƏT)

 


Məsələ 1987: Kəfalətdə haqq onun öhdəsində olan şəxsin razılığı lazım deyil. Bu baxımdan borclu şəxsin razılığı şərt sayılmır.


Məsələ 1988: Kəfil həddi-büluğa çatmış, aqil olmalı, onu kəfalətdə məcbur etməməlidirlər və kəfili olduğu şəxsi zamanında hazır etmək gücünə malik olmalıdır.


Məsələ 1989: Bir neçə şey kəfaləti pozur:
1-Borc sahibinin borcunu vermək; 2- Borc sahibinin borcunu bağışlaması; 3-Borclu ölsə; 4- Borclu və yaxud müttəhim şəxsi borc sahibinə təhvil vermək; 5- Borc sahibinin öz haqqını kəfildən alması; 6- Kəfilin ölməsi; 7-Haqq sahibi borcunu həvalə və yaxud başqa vasitə ilə başqa bir şəxsə tapşırması.


Məsələ 1990: Əgər bir nəfər zorla borclu şəxsi borc sahibinin əlindən qaçırtsa, borc sahibinin onu ələ keçirməyə gücü çatmasa, onu borc sahibinə təhvil vermək vacibdir və yaxud onun borcunu ödəməlidir. Əgər bir və yaxud neçə nəfər qatili qan sahiblərinin əlindən alıb qaçırtsalar, şəriət hakimi həmin şəxsi və yaxud neçə nəfəri, onların qohumları qatili təhvil verənə qədər zindana sala bilər. Əgər qatili təhvil vermək mümkün olmasa, qətlə yetirilmiş şəxsin diyəsini ödəməlidirlər.


Məsələ 1991:
Əgər kəfalət borclu şəxsin icazəsi ilə olsa və kəfil çarəsizlik üzündən borc sahibinin borcunu versə, borclu şəxsdən onu almağa haqqı var. Əgər onun icazəsi ilə olmayıbsa haqqı yoxdur.

KƏFALƏTVƏDİƏ (ƏMANƏT)
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma