Həvalənin hökmləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Borcun hökmləriRəhn (girov)


Məsələ 1954: Əgər borclu şəxs borc sahibinə borcunu başqasından alması üçün həvalə (qəbz) versə və borc sahibi qəbul etsə, borc o şəxsin (həvalə verilənin) öhdəsinə düşür və borclu şəxs borcdan xilas olur.


Məsələ 1955: Həvalə verən, borc sahibi və həvalə edilən şəxslərin hər üçü həddi-büluğa çatmalı, aqil olmalı, heç kəs onları məcbur etməməli, səfeh və öz malından istifadə etmək hüququndan məhrum olmamalıdırlar. Lakin, öz malından istifadə etmək hüququndan məhrum olan şəxsi ona borclu olmayan bir şəxsə həvalə etməyin eybi yoxdur.


Məsələ 1956: Əgər borclu olan şəxsin başını həvalə versələr, qəbul etməsi lazımdır. Lakin, borclu olmayan şəxsin başını həvalə verməsələr, qəbul etməsi lazım deyil. Həmçinin, insan borc sahibinə başqa bir mal həvalə vermək istəsə, məsələn, 100 kq. buğda alacağı var, onun əvəzində 100 kq. buğda almağı həvalə etsə, borc sahibi bunu qəbul etdiyi halda, (həvalə) düzgündür.


Məsələ 1957:
Həvalə insan borclu olduğu halda düzgündür. Bir şəxsə “səndən sonradan alacağım borcları indidən həvalə edirəm” demək düzgün deyil.


Məsələ 1958: Həvalə verən və borc sahibi həvalənin miqdarını, növünü bilməlidirlər və bilmədikləri halda həvalə batildir. Əgər “verdiyin iki borcdan birini filan kəsdən al” deyilsə, düzgün deyil.


Məsələ 1959: Həqiqətən borc müəyyən olsa, lakin borc sahibi və borclu şəxs həvalə verilən zaman onun növünü və yaxud miqdarını bilməsələr, həvalə düzgündür. Məsələn, əgər bir nəfərin borcunu dəftərə yazsa və dəftəri görməzdən öncə həvalə versə, sonra dəftəri görsə və borc sahibinə borcunun miqdarını desə, həvalə düzgündür. Bir şərtlə ki, borcun hədləri mə’lum olsun.


Məsələ 1960: Borc sahibi, başı həvalə verilənin imkanlı və yaxud fəqir, hesabında düzgün olub-olmamasından asılı olmayaraq, həvaləni qəbul etməyə bilər.


Məsələ 1961: Əgər borclu olmayan bir şəxsin başını həvalə versələr, o, həvaləni ödəməzdən öncə onun miqdarını həvalə verəndən ala bilməz və əgər borc sahibi o miqdardan aza razılaşsa, yalnız o miqdarı həvalə verəndən ala bilər.


Məsələ 1962:
Həm həvalə verən və həm də həvalə alan həvalə müqaviləsini poza bilməzlər, lakin hər ikisi razı olduqları halda, istisnadır. Əgər başı həvalə verilən şəxs həvalə verilən vaxtda fəqir olsa, (bunu) borc sahibi bilməsə, həvaləni poza bilər. Amma sonradan fəqir olsa və yaxud borc sahibi onun əvvəldən fəqir olduğunu bilibsə, müamiləni pozmaq hüququ yoxdur.


Məsələ 1963: Əgər borclu şəxs, borc sahibi və həvalə verilən adam və yaxud onlardan biri özü üçün fəsx (müqaviləni poza bilmə) hüququ qərar versə, ona uyğun olaraq həvaləni poza bilər.


 

Borcun hökmləriRəhn (girov)
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma