5. Rüku

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
4.Qiraət6. Səcdələr

 


Məsələ 927: Namazın hər rəkətində qiraətdən (Həmd-surədən) sonra rükuya getmək vacibdir. Rüku dedikdə əlləri dizə qoyacaq həddə əyilmək nəzərdə tutulur. Vacib ehtiyat budur ki, əllər dizlərə qoyulsun.


Məsələ 928: Əgər bir şəxsin qolları və dizi başqalarından fərqlidirsə, məsələn, qolları çox uzundur və azca əyildikdə dizlərinə çatır, bu şəxs adi həddə əyilməlidir.


Məsələ 929: Oturaq vəziyyətdə namaz qılan şəxs rükuda o qədər əyilməlidir ki, onun rükuya getdiyi söylənilsin.


Məsələ 930: İnsan rüku məqsədi ilə əyilməlidir. Belə bir niyyət olmadan əyildikdə onu rüku saymaq olmaz. İnsan ayaq üstə dayanmalı və rüku məqsədi ilə əyilməlidir.


Məsələ 931:
Rükuda zikr demək vacibdir. Vacib ehtiyata əsasən, rükuda üç dəfə “Sübhanəllah” və ya bir dəfə “Sübhanə rəbbiyəl əzimi və bihəmdih” deyilməlidir. Bu zikrlər aydın ərəb dilində tələffüz olunmalıdır. Müstəhəbdir ki, bu zikirlər üç, beş və ya yeddi dəfə təkrarlansın.


Məsələ 932: Vacib zikri deyərkən bədən aram dayanmalıdır. Rükuda müstəhəb zikirləri deyərkən də bədən aram olmalıdır.


Məsələ 933: İnsan vacib zikr söylədiyi vaxt bir şəxs ona toxunsa və ya başqa bir səbəbdən bədəni hərəkətə gəlsə, yalnız aram dayandıqdan sonra zikri yenidən deməlidir. Amma azca hərəkətin eybi yoxdur.


Məsələ 934: Bir şəxs rüku səviyyəsinə çatmamış və bədəni aramlaşmamış rükunun zikrini desə, bədən aramlaşdıqdan sonra onu yenidən deməlidir. Hətta bilərəkdən belə etsə, ehtiyat budur ki, namazını təzələsin.


Məsələ 935: Vacib zikr başa çatmamışdan öncə bilərəkdən rükudan qalxarsa, namazı batildir. Əgər bilmədən qalxarsa, rükudan tam qalxmamış başa düşsə, bədəni aram halda yenidən zikr deməlidir. Rükudan qalxdıqdan sonra başa düşsə, namazı düzgündür.


Məsələ 936: Rüku həddində əyilə bilməyən şəxs bir şeyə söykənib rüku etsin. Bu da mümkün olmasa, bacardığı qədər əyilsin. Bu da mümkün olmasa, oturaq vəziyyətdə rükunu yerinə yetirsin. Bu da mümkün olmadıqda ayaq üstə işarə ilə rüku etsin. İşarə edə bilməyən kəs rüku niyyəti ilə gözünü yumsun, zikri dedikdən sonra rükudan qalxmaq niyyəti ilə gözünü açsın.


Məsələ 937: Bir şəxs xəstəlik və ya digər bir səbəbdən rüku edə bilməsə, rükunun vacib zikri həddində dayansın, rüku vəziyyətindən çıxmamışdan öncə zikri söyləsin. Bədəni aram olmasa da eybi yoxdur. Əgər bacarmasa, qalxan halda zikri tamamlasın.


Məsələ 938:
Qocalıq səbəbindən bir şəxsin qəddi əyilmişsə, xəstəlik və ya başqa bir səbəbdən rüku halına oxşar haldadırsa, namazda qiraət üçün bacardığı qədər qəddini düzəltməli, bunu bacarmasa rükudan öncə belini bir qədər düzəldib sonra rüku vəziyyətini almalıdır. Bu da mümkün olmasa, rüku üçün bir qədər əyilsin. Bir şərtlə ki, rüku halından çıxmasın. Bu da mümkün olmadıqda ehtiyat budur ki, başı ilə işarə etsin və həmin halı rüku nəzərdə tutsun.


Məsələ 939: Rüku halı rükn vaciblərdəndir. Əgər rüku tərk olunsa və ya bir rəkətdə iki və ya daha artıq rüku yerinə yetirilsə, namaz batildir. Bunun bilərəkdən, səhvən və ya unutqanlıqdan baş verməsinin fərqi yoxdur.


Məsələ 940: Rüku başa çatdıqdan sonra düz vəziyyətdə dayanmaq vacibdir. Bədən aramlaşdıqdan sonra səcdə yerinə yetirilir. Rükudan sonra qiyam halı tərk olunsa, namaz batildir. Amma səhvən olsa eybi yoxdur.


Məsələ 941: Rüku yaddan çıxarsa, birinci səcdədən əvvəl, ya iki səcdə arasında, ya da alnı ikinci səcdəyə qoymamışdan öncə yada düşərsə, ayağa qalxmalı, sonra rükuya getməlidir.


Məsələ 942: Müstəhəbdir ki, rükuya getməzdən öncə ayaq üstü vəziyyətdə “Allahu əkbər” söylənilsin. Rükuda dizlər arxaya verilsin və bel düz saxlanılsın. Boynu çəkib bel bərabərində saxlamaq müstəhəbdir. Həmin vaxt iki qədəm arasına baxmaq, rükudan qalxıb düz dayanan zaman bədən aram vəziyyətdə “Səmiəllahu limən həmidəh” söyləmək müstəhəbdir.


Məsələ 943: Vacib və müstəhəb namazların rüku hökmləri arasında fərq oyxdur. Vacib ehtiyata əsasən, rükununu çoxluğu məsələsi də bu qəbildəndir.

4.Qiraət6. Səcdələr
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma