Zövcə və ərin irsi

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Üçüncü qrupun irsi İrslə bağlı müxtəlif məsələlər


Məsələ 2395: Əgər daimi zövcə dünyadan köçərsə və onun övladı olmazsa, malının yarısı ərinə çatır, qalan hissə o biri vərəsələrə verilir. Əgər həmin ərdən və ya başqa bir ərdən övladı varsa, bütün malın dörddə biri ərə verilir, qalan hissə varislərə çatdırılır.


Məsələ 2396: Əgər ər dünyasını dəyişsə və övladı olmasa, malının dörddə biri daimi zövcəsinə çatır. Qalan hissə vərəsələr arasında bölünür. Əgər həmin zövcədən və ya başqa zövcədən övladı olarsa, malın səkkizdə biri zövcəyə verilir, qalan hissə varislərə çatdırılır.


Məsələ 2397:
Qadın ərin bütün malından irs götürür. Amma torpaq və onun qiymətindən irs almır. Bu torpaq ev və ya bağ, əkin sahəsi və bu kimi bir şey ola bilər. Amma binanın tikili və ağac kimi fəzasından irs götürmür. Fəzada olanlar qiymətləndirilməli və onların qiymətindən irs verilməlidir.


Məsələ 2398: Qadın ərindən ona irs qalmamış torpaq və bina kimi bir şeydən istifadə etmək istəsə vərəsələrdən icazə almalıdır. Vərəsələr də irsin fəzasında olan tikili kimi bir şeyin qiymətindən ödəməmiş həmin şeydən qadından icazəsiz istifadə edə bilməzlər. Yalnız qadın icazə verdikdə onun payını ödəməmiş tikilini satmaq olar. Əks təqdirdə bu iş yolverilməzdir.


Məsələ 2399: Əgər bina və ağac kimi şeylərə qiymət qoymaq istəsələr hesab üçün nəzərə almalıdırlar ki, bu şeylər icarə haqqından əlavə hansı dəyərə malikdir.


Məsələ 2400: Su arxı və bu kimi şeylər torpaq hökmündədir. Həmin yerdə işlədilən kərpic və bu kimi şeylər tikintidən sayılır.


Məsələ 2401: Əgər meyitin birdən artıq zövcəsi olsa, övladı olmadıqda malının dörddən biri, övladı olduqda səkkizdən biri yuxarıda deyilən şəkildə qadınlar arasında bərabər bölünür. Ərin onlarla yaxınlıqda olub-olmamasının fərqi yoxdur. Amma ölümcül xəstəlikdə ikən bir qadınla evlənsə, yalnız yaxınlıq etdiyi halda həmin qadın irs götürür.


Məsələ 2402: Qadın xəstə halda ərə getsə və bu halda dünyasını dəyişsə ər ondan irs götürür. Burada yaxınlıq edib-etməməyin fərqi yoxdur.


Məsələ 2403: Qadına təlaq hökmündə qeyd olunduğu kimi ric’i təlaq verilsə (boşansa) və iddə vaxtında ölsə, ər ondan irs götürür. Qadının iddə vaxtında ər də ölsə qadın ondan irs alır. Amma bain təlaq (boşanma) iddəsində ər və arvaddan biri ölsə digəri ondan irs götürmür.


Məsələ 2404: Əgər ər xəstəlik halında zövcəsini boşasa və bir ildən sonra (qəməri il) dünyasını dəyişsə, qadın üç şərtlə irs götürür: ər həmin xəstəliklə dünyasını dəyişsin; qadın təlaq və iddədən sonra ərə getməmiş olsun; qadının boşanmaya razılığı olmasın. (Əgər razılığı olmuşsa, onun irs götürməsi müşküldür.)


Məsələ 2405: Ərin öz zövcəsi üçün aldığı libaslar, zinət əşyaları və bu kimi şeylər zövcənin malıdır. Bir şərtlə ki, yalnız bəzənmə məqsədi ilə alındığı sübuta yetməsin.


Üçüncü qrupun irsi İrslə bağlı müxtəlif məsələlər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma