4.Qiraət

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
3. Qiyam5. Rüku


Məsələ 896: Gündəlik vacib namazların birinci və ikinci rəkətində “təkbirətül-ehram”dan sonra Həmd-surəsi oxunmalıdır. “Həmd”dən sonra vacib ehtiyata əsasən, Qur’ani-Məcidin surələrindən biri tam şəkildə oxunmalıdır. “Həmd”dən sonra hər hansı surədən bir neçə ayə oxumaq bəs etməz. Nəzərdə saxlamaq lazımdır ki, “Fil” və “Qüreyş”, eləcə də “Züha” və “Şərh” surələri namazda bir surə sayılır.


Məsələ 897: Vaxt dar olanda, oğru və ya yırtıcı qorxusu olanda, yalnız “Həmd”i oxumaq bəs edər. Tələsik bir iş olanda da surəni oxumamaq mümkündür.


Məsələ 898:
“Həmdi” surədən qabaq oxumaq vacibdir. Bir şəxs bilərəkdən bu qaydanı pozsa namazı batildir. Əgər rükudan qabaq bu iş baş verərsə, yenidən və düzgün oxumaq lazımdır. Rükuya çatdıqdan sonra yada düşərsə, namaz düzgün sayılır. “Həmdi”, surəni və ya hər ikisini unutduqda da bu hökm gücündədir.


Məsələ 899: Vacib namazda səcdə ayəsi olan surələrdən biri bilərəkdən oxunarsa, vacib ehtiyata əsasən, səcdəni yerinə yetirib qalxmaq və “Həmd”, ardınca başqa surə oxumaq lazımdır. Namazı başa vurduqdan sonra isə bu namaz təzələnir. Əgər səcdə surəsini səhvən oxuyarsa, səcdə ayəsinə çatmazdan öncə başa düşdükdə həmin surəni tərk edib başqa surə oxumalıdır. Əgər yarıdan keçmiş olarsa ehtiyat budur ki, namazı təzələsin. Səcdə ayəsini oxuduqdan sonra başa düşərsə, yuxarıdakı qaydaya əməl etməlidir.


Məsələ 900: Müstəhəb namazlarda səcdə surələrini oxumaq olar. Bu halda səcdə ayəsindən sonra səcdə qılınır, sonra namaz davam etdirilir.


Məsələ 901: Müstəhəb namazlarda surəni oxumamaq olar. Hətta müstəhəb namaz nəzir vasitəsi ilə vacib olarsa da bu iş mümkündür. Amma xüsusi surələri olan müstəhəb namazlarda həmin namazın göstərişlərinə əməl edilməlidir.


Məsələ 902: Cümə gününün günorta namazında birinci rəkətdə “Həmd”dən sonra “Cumuə” surəsini, ikinci rəkətdə “Həmd”dən sonra “Munafiqun” surəsini oxumaq müstəhəbdir. Bu surələrdən birini oxumağa başlasa vacib ehtiyat budur ki, o biri surəyə keçməsin.


Məsələ 903: İstənilən bir namazda “İxlas” və ya “Kafirun” surəsindən digər bir surəyə keçməz olmaz. Yalnız cümə namazında “Cumuə” və “Munafiqun” surələrinin yerinə başqa bir surə oxunmuşsa, surənin yarısına çatmamış onu tərk edib “Cumuə” və “Munafiqun” surələrini oxumaq olar.


Məsələ 904: “İxlas” və “Kafirun” surələrindən başqa surələri yarıda saxlayıb başqa surə oxumaq olar. Bir şərtlə ki, həmin surənin ortasına çatmamış olsun.


Məsələ 905: Əgər surənin (“İxlas”) bir hissəsini unutsa və ya vaxt dar olduğundan davam etdirə bilməsə, onu saxlayıb başqa bir surə oxuya bilər. Saxlanılmış surənin yarıdan saxlanılmasının, İxlas və Kafirun olmasının fərqi yoxdur.


Məsələ 906: Kişilərin sübh, şam və xiftən namazlarında Həmd-surəni ucadan oxuması vacibdir. Onlar günorta və ikindi namazlarının Həmd-surəsini astadan oxumalıdırlar. Qadınlar günorta və ikindi namazının Həmd-surəsini astadan oxumalıdırlar. Onlar sübh, şam və xiftən namazlarının Həmd-surəsini həm ucadan, həm də astadan oxuya bilərlər. Amma əgər onların səsini naməhrəm eşidərsə, müstəhəb ehtiyat budur ki, Həmd-surəni astadan oxusunlar.


Məsələ 907: Həmd-surəni ucadan oxumaq zəruri olduğu vaxt bilərəkdən onun bir sözünü astadan oxumaq namazı batil edir. Eləcə də astadan oxumalı olduğu yerdə bir sözü ucadan oxuyarsa namazı batil olar.


Məsələ 908: Ucadan oxunmalı qiraəti bilərəkdən astadan, astadan oxunmalı qiraəti bilərəkdən ucadan oxuyan şəxsin namazı batildir. Amma məsələni bilmədiyindən və ya unutduğundan belə edərsə namazı düzgündür. Əgər məsələni öyrənməkdə səhlənkarlıq etmiş olarsa, vacib ehtiyata əsasən, namazı təzələməlidir.


Məsələ 909: Əgər Həmd-surə oxuduğu vaxt başa düşərsə ki, həmin hissəni göstərişin ziddinə olaraq ya uca, ya da astadan oxuyub, onu təkrar oxuması lazım deyil. Amma yaxşı olar ki, yenidən düzgün oxusun.


Məsələ 910: Bir şəxs namazın qiraət və zikrində səsini çox ucaldıb, qışqırsa, namazı batildir.


Məsələ 911: Namazın qiraət və zikrini düzgün oxumaq lazımdır. Bilməyən bunu öyrənməlidir. Amma düzgün tələffüzü öyrənə bilməyənlər namazı bacardıqları kimi qılmalıdır. Bu qəbil insanlar imkan daxilində namazını cəmiyyətlə qılmağa çalışmalıdır.


Məsələ 912:
Namazın qiraət və zikrini səhlənkarlıq səbəbindən öyrənməyənlərin namazı batildir. Vaxt dar olduqda vacib ehtiyat budur ki, elələri namazını cəmiyyətlə qılsın. Cəmiyyətlə qılmaq imkanı olmasa, dar vaxtda qıldığı namaz düzgündür.


Məsələ 913:
Vacib ehtiyata əsasən, namazın vacib göstərişlərini öyrətmək müqabilində pul almaq olmaz. Amma müstəhəb göstərişlərin öyrədilməsi ilahi hökmlərin hifzi sayılmasa, bunun müqabilində muzd almaq olar.


Məsələ 914:
İnsan Həmd-surəni və ya digər zikirlərin mətnindən hər hansı bir sözü bilməsə, ya onun fəthə və kəsrəsini dəyişik salsa, ya bir hərfini başqa hərf kimi oxusa (məsələn, “Zad” hərfinin əvəzinə “za” oxusa) leksik baxımdan səhv olarsa, namaz batildir.


Məsələ 915: Əgər bir şəxs namazın mətnində bir söz və ya bir ayəni uzun müddət oxuduqdan sonra yanlış oxuduğunu başa düşərsə, namazını yenidən qılması vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, onu ya təzələsin, ya da qəzasını qılsın.


Məsələ 916: Vacib deyil ki, təcvid alimlərinin daha gözəl oxunuşla bağlı göstərişlərinə əməl edilsin. Amma elə oxumaq lazımdır ki, “ərəbcə düzgün oxudu” söylənilsin. Amma təcvid göstərişlərinə əməl etmək daha yaxşıdır.


Məsələ 917: Vacib ehtiyat budur ki, namazda hərəkələrdə vəqf olunmasın. Hərəkələrdə vəqf dedikdə sözün son hərəkəsinin deyilməsi, amma sözdən sonra fasilə verilməsi nəzərdə tutulur. Məsələn, “Allahu əkbəru” deyib bir müddət fasilədən sonra “Bismillah” başlanılmamalıdır. Namazda “sükunla vəslin”, yə’ni son hərəkəni demədən fasilə verməməyin eybi yoxdur. Belə ki, “Allahu əkbər” sözünün son hərəkəsi deyilmir, eyni zamanda fasilə verilmədən sonrakı sözü oxunur.


Məsələ 918: Üç rəkətli və dörd rəkətli namazın üçüncü və dördüncü rəkətində insan həm Həmd oxuya bilər, həm də üç dəfə təsbihati-ərbəə (“Sübhanəllahi vəl həmdulillahi və la ilahə illəllahu vəllahu əkbər”) deyə bilər. Bu cümləni bir dəfə də demək bəs edər. Üçüncü və dördüncü rəkətlərin birində Həmd oxuyub, o birində təsbihat demək olar.


Məsələ 919: Namazın üçüncü və dördüncü rəkətlərində Həmdi və ya təsbihati ərbəəni astadan demək vacibdir. Vacib ehtiyata əsasən, “Bismillah” da astadan deyilməlidir.


Məsələ 920: Bir şəxs namazın birinci və ya ikinci rəkətində onu üçüncü və ya dördüncü rəkət sayaraq Həmd-surə əvəzinə təsbihat desə, rükudan öncə başa düşsə Həmd-surə oxumalıdır. Əgər rüku vaxtı və ya rükudan sonra anlasa, namazı düzgündür, müstəhəb ehtiyata əsasən, iki səcdəyi-səhv yerinə yetirməlidir.


Məsələ 921: Əgər üçüncü və ya dördüncü rəkətdə Həmd oxumaq istədikdə dilinə təsbihat gəlsə, ya da təsbihat oxumaq istədiyi vaxt dilinə Həmd gəlsə, bəs etməz, yenidən nəzərdə tutduğunu oxumalıdır. Amma hər ikisini niyyətində tutmuşsa, hansı birini oxusa bəs edər.


Məsələ 922: Təsbihatdan sonra “Əstəğfirullahə rəbbi və ətubu iləyh” söyləmək müstəhəbdir. “Əstəğfirullah” əvəzinə “Allahumməğfirli” söyləyə bilər.


Məsələ 923: Əgər rükuda və ya rükudan sonra şəkk etsə ki, təsbihatı deyib, yoxsa yox, bu şəkkə əhəmiyyət verməsin. Amma əgər rüku həddinədək əyilməyibsə, vacib ehtiyat budur ki, qayıdıb təsbihatı söyləsin.


Məsələ 924: Əgər namazda bir ayə və ya zikrdə şəkk etsə, onu düzgün deyənədək təkrarlamalıdır. Amma vəsvəsə həddinə çatarsa əhəmiyyət verməsin. Vəsvəsə həddinə çatmış şəkkə əhəmiyyət versə namazına irad var, vacib ehtiyata əsasən, yenidən qılmalıdır.


Məsələ 925: Müstəhəbdir ki, namazın birinci rəkətində Həmdi oxumağa başlamazdan öncə “Əuzu billahi minəş-şeytanir rəcim” söyləsin. Müstəhəbdir ki, imam-camaat “Bismillahir-rəhmanir-rəhim” cümləsini günorta və ikindi namazlarının birinci və ikinci rəkətində ucadan desin. Müstəhəbdir ki, namazda Həmd və surə, zikirlər dəqiq deyilsin, ayələr bir-birinə birləşdirilməsin və onların mə’nasına diqqət yetirilsin. Namaz cəmiyyətlə qılınırsa imam Həmdi başa vurduqdan sonra savab ümidi ilə “Əlhəmdu-lillahi rəbbil-aləmin” deyilir. İxlas surəsi oxunduqdan sonra bir, iki və ya üç dəfə “Kəzalikəllahə rəbbi” və ya “Kəzalikəllahə rəbbuna” söyləmək müstəhəbdir.


Məsələ 926: Yaxşı olar ki, namazların birinci rəkətində Həmddən sonra “Qədr” surəsi, ikinci rəkətində Həmddən sonra “İxlas” surəsi oxunsun. Yaxşı olar ki, Həmddən sonra heç bir surə hər iki rəkətdə təkrarlanmasın. Yalnız “İxlas” surəsi təkrarlana bilər. Gündəlik yövmiyyə namazlarında başdan başa “İxlas” surəsini demək yaxşı deyil. Yaxşı olar ki, insanların diqqətini ehtiyac duyduqları problemlərə yönəldən, onları günahdan çəkindirən surələr seçilsin.
 

3. Qiyam5. Rüku
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma