8. Kafir və kafir hökmündə olanlar

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
6,7. İt və donuz9. Məstedici maye


Məsələ 113: Kafir, yə’ni Allahı və ya İslam Peyğəmbərini (s) qəbul etməyən, Allaha şərik qoşan şəxs yəhudilik və məsihilik kimi səmavi dinlərdən birini qəbul etsə də, ehtiyata əsasən, murdardır.


Məsələ 114: Allaha və İslam Peyğəmbərinə (s) inandığı halda bə’zən şübhələrə düçar olub araşdırma aparan şəxslər pakdırlar və həmin şübhələrin zərəri yoxdur.


Məsələ 115: Bir şəxs İslamın dini zərurətlərini, yə’ni bütün müsəlmanların qəbul etdiyi məad, namaz və oruc kimi mövzuları inkar edərsə, onların zəruriliyini bilirsə, kafirdir və onların zəruriliyinə şübhə edirsə, kafir deyil. Müstəhəb ehtiyata əsasən belələrindən çəkinmək lazımdır.


Məsələ 116:
Yuxarıda kafirin murdar olduğu bildirildi. Bu murdarlıq onun bədəninə, hətta tükünə və dırnağına da aiddir.


Məsələ 117: İslam cəmiyyətində yaşayan bir şəxsin e’tiqadından xəbərsiziksə o pak sayılır. Onun əqidəsini araşdırmaq lazım deyil. Qeyri-İslami cəmiyyətlərdə isə bir şəxsin müsəlman və ya kafir olduğu mə’lum deyilsə, həmin şəxs pakdır.


Məsələ 118:
Kafirlərin övladları da valideynləri ilə eyni hökmdədir. Amma müsəlman övladları, hətta təkcə atası müsəlman olan körpə pakdır. Övladın təkcə anası müsəlman olarsa, ehtiyata əsasən ondan çəkinmək lazımdır.


Məsələ 119:
Əgər bir şəxs Allahın, Peyğəmbərin (s), mə’sum imamların və ya xanım Fatimənin (ə) ünvanına təhqiramiz söz deyərsə və ya onlarla düşmənçilik edərsə, kafirdir.


Məsələ 120: Həzrət Əli (ə) və digər imamlara münasibətdə ifrata varan, onları Allah sayan və ya Allahın sifətlərini onlara aid edən kəs kafirdir.


Məsələ 121: (Vəhdəti-vücud) əqidəsində olanlar, yə’ni bütün varlıq aləmini Allahın vücudu və bütün mövcudları eynən Allah sayanlar, Allahın insan və digər mövcudlarda hüluluna (görünməsinə) inananlar, Allahı cisim sayanlardan vacib ehtiyata əsasən, çəkinmək lazımdır.


Məsələ 122: Mə’sum imamlarla düşmənçilik etməyən, onlara münasibətdə ifrata varmayan, xəvaric əqidəsindən savayı bütün İslam firqələri pakdır.

 

6,7. İt və donuz9. Məstedici maye
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma