Meyyit qüslünün hökmləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
6. Meyyit qüslü “Hənutun” hökmləri


Məsələ 525: Sidir və kafurun suyu bulaşdıracaq həddə olmasının eybi yoxdur. Amma sidr və kafur o qədər az olmamalıdır ki, onların qatılmadığı söylənilsin. Su qatqılı şəkil aldıqda yaxşı olar ki, meyyit əvvəlcə onunla yuyulsun, sonra üzərinə tökülsün.


Məsələ 526:
Əgər lazımı qədər sidir və kafur tapılmasa, vacib ehtiyata əsasən, tapılan miqdarı suya qatmaq lazımdır. Əgər tamamilə tapılmasa, onların əvəzinə adi su ilə qüsül verilməlidir.


Məsələ 527: Həcc və ümrə üçün ehram bağlamış şəxs təvafdan qabaq, xoş ətir halal olmamışdan öncə dünyasını dəyişsə, ona kafurlu su əvəzinə adi su ilə qüsül verilir.


Məsələ 528: Meyyitə qüsül verən şəxs müsəlman, büluğ həddində və ağıllı olmalıdır. Həmin şəxsin qüsl məsələlərini bilməsi lazımdır. Müstəhəb ehtiyat budur ki, həmin şəxs on iki imamçı şiə olsun.


Məsələ 529: Meyyit qüslü Allaha xatir, ona yaxınlaşmaq məqsədi ilə verilməlidir.


Məsələ 530: Müsəlman uşaq zinadan doğulmuşsa da ona qüsül vermək vacibdir. Uşaqlıqdan divanə olan və həmin halda büluğ həddinə çatan şəxsin ata-anası müsəlman olarsa, ona qüsül vermək vacibdir. Öncə müsəlman olub sonradan ağlını itirmiş şəxs də bu hökmdədir.


Məsələ 531: Dörd aylıq və ya daha böyük olan siqt (düşmüş) uşağa qüsül verilməlidir. Əgər dörd aylıqdan kiçik olsa, vacib ehtiyata əsasən, onu parçaya büküb qüsülsüz dəfn edirlər.


Məsələ 532: Qadına kişi qüsül verə bilməz. Eləcə də, qadın kişiyə qüsül verə bilməz. Yalnız ər və arvad bir-birlərinə qüsl verə bilərlər. Amma müstəhəb ehtiyat budur ki, zərurət olmadıqda bu iş görülməsin.


Məsələ 533: Kişi üç yaşı tamam olmamış körpə qıza qüsl verə bilər. Qadın da üç yaşı tamam olmamış körpə oğlana qüsl verə bilər.


Məsələ 534: Əgər kişiyə qüsl vermək üçün kişi tapılmasa, ona məhrəm qadınlar qüsl verə bilərlər. Eləcə də, qadın meyitə qüsl üçün qadın tapılmasa, məhrəm kişilər ona qüsl verə bilərlər. Yaxşı olar ki, bu qüsl paltar üzərindən verilsin.


Məsələ 535: Kişiyə kişi, qadına qadın qüsl verərkən onun ayıb yerindən başqa yerlərini aça bilər.


Məsələ 536: Ölünün ayıb yerinə baxmaq haramdır. Amma bu iş qüslü batil etmir.


Məsələ 537: Əgər meyyitin bədəni murdara toxunarsa qüsüldən öncə həmin yeri yumaq lazımdır. Müstəhəb ehtiyata əsasən, qüsüldən öncə meyyitin bütün bədəni murdarlıqdan təmizlənsin.


Məsələ 538: Meyyit qüslü də cənabət qüslü kimidir. Ehtiyat budur ki, tərtibi qüsül mümkün olduqda irtimasi qüsül verilməsin. Amma tərtibi qüsüldə bədənin üç hissəsini ardıcıllıqla suya batırmaq olar. Əgər qadın heyiz halında, bir şəxs cənabətli halda dünyadan gedərsə, meyyit qüslü bəs edir.


Məsələ 539: Meyyit qüslü vermək müqabilində muzd almaq olmaz. Amma müqəddimə, təmizlik və bu kimi işlər üçün muzd almağın eybi yoxdur.


Məsələ 540: Əgər su tapılmasa və ya hər hansı səbəbdən qüsl vermək mümkün olmasa, meyyitə hər qüsl əvəzində təyəmmüm etdirilməlidir. Təyəmmüm edən şəxs meyyitlə üzbəüz dayanır, əlini torpağa vurub meyyitin üzünə və əllərinin arxasına çəkir.
Kəfənləmənin hökmləri


Məsələ 541: Müsəlman meyyiti üç parça ilə kəfənləmək vacibdir. Bu hissələr fitə, köynək və sərtasər (başdan başa) adlanır.


Məsələ 542:
Fitə meyyitin göbəkdən dizinədək olan hissəni örtməlidir. Yaxşı olar ki, sinədən ayaqların üzərinədək örtsün. Vacib ehtiyata əsasən, köynək çiyinlərdən baldırların yarısınadək (dizdən aşağı) hissəni tamam bürüsün. Vacib ehtiyata əsasən, sərtasərin uzunluğu elə bir həddə olmalıdır ki, meyyit büründükdən sonra hər iki başını bağlamaq mümkün olsun. Sərtasərin eni elə bir həddə olmalıdır ki, bir tərəfini o biri tərəfinin üzərinə aşırmaq mümkün olsun.


Məsələ 543: Kəfəni orta həddi gözləməklə meyyitin malı hesabına hazırlamaq olar. Onun övladları qalmışsa da belədir. Amma övladlarının payından adi həddən artıq miqdarda götürmək olmaz. Amma ölən şəxs vəsiyyət etmiş olarsa, artıq miqdarı üçdə birdən hesablamaq olar.


Məsələ 544: Kəfənin vacib miqdarını, qüsül, hənut və dəfn kimi vacib işlərin xərclərini meyyitin malından götürürlər və vəsiyyətə ehtiyac yoxdur. Əgər meyyitin malı olmasa, o xərclər Beytül-maldan, xümsdən ödənir.


Məsələ 545:
Arvadın kəfən xərci ərin öhdəsinədir. Qadının öz malı olsa da belədir. “Ric’i” təlaq verilmiş (boşanmış) qadın iddə müddəti başa çatmamış ölərsə, onun kəfən xərci ərinin öhdəsinədir.


Məsələ 546: Əgər meyyitin bir malı olmasa, hətta sağ ikən onun xərcini ödəyən qohumlarına vacib deyil ki, kəfən xərcini ödəsinlər. Amma başqa bir yol olmasa vacib ehtiyata əsasən, sağ ikən onun xərcini ödəyən kəs kəfən hazırlamalıdır.


Məsələ 547:
Vacib ehtiyat budur ki, kəfənin hər üç hissəsi qalın olsun və onun o biri tərəfi görünməsin.


Məsələ 548: Hətta başqa parça tapılmasa da, qəsbi parça ilə kəfənləmək olmaz. Əgər qəsbi parça ilə kəfənlənsə sahibi razılıq verməsə kəfəni çıxarmalıdırlar. Hətta meyyit dəfn olunsa  da bu iş görülməlilir. Meyyiti həmən kəfənə bükən şəxs bu işi görməlidir. Ölü heyvanın dərisi, murdar şeylə kəfənləmək olmaz. Vacib ehtiyat budur ki, xalis ipək parça, qızıl saplı parça, əti haram heyvanın yunu və dərisindən hazırlanmış parça ilə kəfənləmək olmaz. Başqa çarə olmasa eybi yoxdur.


Məsələ 549: Zərurət olmadıqda meyyiti hətta əti halal heyvanların dərisi ilə kəfənləmək olmaz. Amma əti halal heyvanın yunundan və tükündən hazırlanmış parça ilə kəfənləməyin eybi yoxdur. Amma müstəhəb ehtiyat budur ki, həmin iş görülməsin.


Məsələ 550:
Əgər kəfən xaricdən və ya meyyitin özündən murdarlanarsa, onu yumaq lazımdır. Əgər kəfən korlanmazsa, onun murdar hissəsini kəsmək olar. Bu iş mümkün olmasa, kəfəni dəyişmək lazımdır.


Məsələ 551:
Həcc və ümrə üçün ehram bağlamış şəxs dünyasını dəyişsə onu başqaları kimi kəfənləmək lazımdır. Onun başını və üzünü örtməyin eybi yoxdur.

 

6. Meyyit qüslü “Hənutun” hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma