Altıncı şərt: Libas xalis ipəkdən olmamalıdır

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Beşinci şərt: Qızıl sap parçalarNamaz qılanın paltarı ilə bağlı müstəhəb və məkruh hallar


Məsələ 763: Kişilərin xalis ipəkdən libas geyinməsi haramdır. Hətta xalis ipəkdən hazırlanmış araxçın və başqa şeylər də namazı batil edir. Libasın astarı da xalis ipəkdən olmamalıdır. Amma qadınlar üçün bütün bunlar həm namazda, həm də namazdan başqa vaxtlarda halaldır.


Məsələ 764:
Bir libasın xalis ipəkdən və ya başqa bir şeydən olması mə’lum deyilsə, onu geymək olar və bu libasla qılınan namaz dügzündür.


Məsələ 765: Kişinin cibində ipək və bu kimi başqa bir dəsmal olsa haram deyil və bu halda namaz batil olmur.


Məsələ 766: Əgər libas ipəklə başqa bir şeyin qatqısından hazırlanarsa bunun eybi yoxdur. Amma həmin qatqıda ikinci şeyin miqdarı hesaba alınmayacaq qədər az olarsa, bu libas icazə verilmir.


Məsələ 767: Çıxılmaz vəziyyətə düşdükdə ipək və qızıldan hazırlanmış, qəsbi, ölü heyvan hissələrindən düzəldilmiş libaslardan istifadə etmək olar. Çıxılmaz vəziyyətdə həmin libaslarla namaz da qılmaq mümkündür.


Məsələ 768: Əgər insanın murdarlanmış, ipək, qızıl saplı libasdan başqa bir libası yoxsa həmin libasla namazını qılmalıdır. Amma libası qəsbi olduqda və çılpaq namaz qılmağa şərait yarandıqda çılpağın hökmünə əməl etməlidir.


Məsələ 769: Əgər insanın ixtiyarında namaz üçün münasib libas olmazsa, onu almalı və ya kirayəyə görürməlidir. Bir şəxs belə bir libası bağışlasa və ya icarəyə versə, minnət və narahatçılıq olmasa qəbul etmək lazımdır.


Məsələ 770: Vacib ehtiyata əsasən, insan şan-şöhrət göstəricisi olan libaslardan çəkinməlidir. Şöhrət libası dedikdə elə bir libas nəzərdə tutulur ki, bu libası geyməkdə riyakarlıq olsun. Məsələn, bir şəxs özünü zahid və tərki-dünya göstərmək üçün ucuz və solğun rəngli libaslar geyərsə, buna irad var. Amma əgər həqiqətən onun məqsədi sadə geyinməkdirsə bunun eybi yoxdur. Əksinə, riyakarlıq yox, sadəlik məqsədi ilə belə geyinmək bəyənilmiş işdir. Şöhrət libası ilə qılınan namaz batil deyil.


Məsələ 771: İnsanın ona hörmətsizlik gətirəcək və fəsad yaradacaq libaslar geyinməsinə irad var.


Məsələ 772: Ehtiyata əsasən, kişi qadına məxsus və qadın kişiyə məxsus libas geyməməlidir. Amma belə bir libasla namaz qılmaq olar.


Məsələ 773: Uzanmış vəziyyətdə namaz qılmalı olan şəxs çılpaq olsa, vacib ehtiyata əsasən, istifadə etdiyi döşək və döşək üzü murdar, xalis ipək və bu kimi şeylər olmamalıdır. Çıxılmaz vəziyyətdə isə bunun eybi yoxdur.
Hansı hallarda namaz qılan şəxsin libası və ya bədəni murdar ola bilər?


Məsələ 774: Altı halda namaz qılan şəxsin bədəni və ya libası murdar olarsa, bu halda namaz qıla bilər:
1. Libas və ya bədən yara, zədə və ya çiban vasitəsi ilə qana bulaşdıqda.
2. Libasdakı və ya bədəndəki qan bir dirhəm ölçüsündən az olduqda (bir dirhəm təqribən şəhadət barmağının bir bəndi ölçüsündədir).
3. Corab və araqçın kimi xırda geyimlər murdarlandıqda;
4. Namaz qılanın üstündə murdarlanmış bir şey olduqda;
5. Uşaq saxlayan dayənin libası;
6. İnsan murdar bədən və ya libasla namaz qılmağa məcbur olduqda, məsələn, murdarlanmış libası dəyişmək mümkün olmadıqda, onu paklamaq üçün vaxt dar olduqda. Bu hallarda zərurət səbəbi ilə həmin libasla namaz qılmaq olar.
Bu mövzular növbəti Məsələlərdə şərh ediləcək.


Məsələ 775:
Birinci üzürlü hal: Namaz qılanın bədəni və libası yara, zədə və ya çiban qanına bulaşmışdır, onları suya çəkmək çətindir. Nə qədər ki, yara, zədə və ya çiban sağalmayıb, insan bu halda namaz qıla bilər. Qanlı çirk gələn zaman, yaranın üzərindəki dərman murdarlandığı vaxt bu halda namaz qılmaq olar. Amma əgər yara sağalmışsa və libasdakı, ya da bədəndəki qanı yumaq asandırsa, bu iş görülməlidir.


Məsələ 776: Əgər libas və ya bədənin yaradan kənarda qalan hissəsi murdarlanarsa, onu suya çəkmək lazımdır. Yaradan gələn qanın daim sirayat etdiyi istisnadır.


Məsələ 777: Əgər yaranı tibbi parça ilə örtmək asansa və bu yolla qanın libasa və ya bədənə sirayatinin qarşısını almaq mümkündürsə, bu iş görülməlidir.


Məsələ 778: Əgər yara burunun və ya ağızın içindədirsə, oradan axıb bədənə və ya libasa dəydiyi vaxt vacib ehtiyat budur ki, bu halda namaz qılınmasın. Bədənin daxilindəki babasil qanı da bu hökmdədir.


Məsələ 779: Bədəni yaralı şəxs libasında və ya bədənində qan görərsə və bu qanın hansı qan olduğunu bilməzsə, həmin halda namaz qılmasına irad var.


Məsələ 780: Əgər bədəndə bir neçə yara olarsa və bu yaralar bir yara sayılacaq həddə yaxındırlarsa, bütün yaralar sağalanadək həmin halda namaz qılmaq olar. Amma yaralar o qədər aralıdırsa ki, hərəsi bir yara sayılsın, hər yara sağaldıqdan sonra bədən və libas onun qanındn təmizlənməlidir.


Məsələ 781: İkinci üzürlü hal: Əgər namaz qılanın libasındakı və ya bədənindəki qan bir dirhəm ölçüsündən kiçikdirsə, həmin halda namaz qılmaq olar. Bir şərtlə ki, bu qan heyiz, nifas, istihazə, eləcə də it və donuz, ölü heyvan, əti haram olan heyvanın qanı olmasın. Vacib ehtiyata əsasən, kafirin də qanı bu qəbildəndir.


Məsələ 782:
Əgər qan libas və bədənin bir neçə yerinə yayılmışsa, birlikdə bir dirhəm ölçüsündən az olduqda namaz qılmaq olar.


Məsələ 783: Əgər qan libasın astarına da sirayat etmişsə, libasdakı və astardakı qan ayrıca hesablanır. Amma parça qalın olmadıqda onun üzü və arxası bir sayılır.


Məsələ 784: Bir dirhəm ölçüsündən az olan qan libası yumadan gedərsə, onun yeri murdardır. Amma bu halda namaz qılmaq olar.


Məsələ 785:
Əgər libasdakı qan bir dirhəm ölçüsündən kiçik olarsa və onun üzərinə sidik kimi başqa bir murdar tökülərsə, bu halda namaz qılmaq olmaz.


Məsələ 786:
Üçüncü üzürlü hal: Namaz qılan şəxsin ayıb yeri örtməyə bəs etməyəcək həddə xırda geyimləri (Məsələn, araqçıq, corab) murdarlanarsa, onlarla namaz qılmaq olar. Murdarlanmış üzük və eynək də bu qəbildəndir.


Məsələ 787: Dördüncü üzürlü hal: Əgər namaz qılan şəxsin cibində ayıb yeri örtəcək ölçüdə murdar dəsmal və ya başqa bir şey olarsa, onunla namaz qıla bilər. Başqa murdar əşyalar da bu qəbildəndir. Amma müstəhəb ehtiyat budur ki, onlardan pəhriz edilsin.


Məsələ 788: Beşinci üzürlü hal: Körpə uşağa dayəlik edən və libasını namaz üçün asanlıqla paklaya bilməyən qadın gündə bir dəfə libasını paklayarsa onunla namaz qıla bilər. Onun libası uşaq sidiyi ilə murdarlansa da eyni hökmdədir. Amma ehtiyat budur ki, libasını qılacağı birinci namaz üçün suya çəksin.


Məsələ 789: Əgər adi geyim kimi vasitələrlə uşaqdakı murdarlığın sirayat etməsinin qarşısını ala bilərsə bunu etməlidir. Əgər bir neçə libası varsa pak libasdan istifadə etməlidir.

 

Beşinci şərt: Qızıl sap parçalarNamaz qılanın paltarı ilə bağlı müstəhəb və məkruh hallar
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma