Zəkatın müxtəlif məsələləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Zəkatın niyyətiFitrə zəkatı

 


Məsələ 1667: Zəkatı ödəməkdə səhlənkarlıq etmək olmaz. Yəni zəkat vacib olan vaxtda onu fəqirə və yaxud şəriət hakiminə çatdırmalıdır. Lakin müəyyən bir fəqiri gözləsə və ya hansısa üstün cəhəti olan fəqirə vermək istədikdə, gözləyə bilər. Amma, vacib ehtiyata əsasən, bu halda zəkatı maldan ayırsın.


Məsələ 1668: Zəkatı müstəhəqqə çatdıra bilən şəxsin səhlankarlığı nəticəsində mal aradan getsə, (zəkata) zamindir və onun əvəzini ödəməlidir. Əgər səhlənkarlıq etməyibsə, öhdəsinə bir şey düşmür.


Məsələ 1669: Zəkatı malın özündən ayırdıqdan sonra onun qalanından istifadə etmək olar. Əgər ayrı bir maldan ayrılsa, o malın hamısından istifadə etmək olar.


Məsələ 1670:
İnsan ayırıb kənara qoyduğu zəkatı götürüb, ayrı bir şeyi yerinə qoya bilməz.


Məsələ 1671:
Əgər kənara qoyulan zəkatın bir mənfəəti olsa, məsələn, (zəkat üçün kənara qoyulan) qoyun quzu doğsa, o şey zəkatdan hesab olunur.


Məsələ 1672: Zəkatı kənara qoyduğu vaxtda bir müstəhəqq hazır olsa, zəkatı ona verməsi yaxşıdır. Ondan üstün bir şəxsi nəzərdə tutduğu halda (isə) istisnadır.


Məsələ 1673: Şəriət hakimi -əd - İslam hökmlərini icra edə bildiyi halda, vacib ehtiyata əsasən, zəkatı ona verməli və yaxud onun icazəsi ilə istifadə etməlidirlər. Belə olan halda insanların şəriət hakiminin icazəsi olmadan onu (zəkatı) bölməsi işkallıdır.


Məsələ 1674: Zəkat üçün ayırdığı eyni mal ilə özü üçün ticarət etməsi düzgün deyil. Lakin, şəriət hakiminin icazəsi ilə olsa, düzgündür və o malın mənfəəti zəkatdır.


Məsələ 1675:
Zəkat insana vacib olmazdan öncə zəkat adı ilə fəqirə nəsə verə bilməz. Lakin, ona borc verib, zəkat ona vacib olandan sonra (zəkat borcunun yerinə) hesablaya bilər.


Məsələ 1676:
Bir nəfərə zəkatın vacib olmadığını bilən fəqir ondan zəkat adı ilə bir şey ala bilməz. Əgər alsa və mal onun yanında tələf olsa, zamindir. Amma o şəxs fəqir olaraq qalsa, sonradan onun borcunu zəkat adı ilə hesablamaq olar.


Məsələ 1677: Qoyun, inək və dəvənin zəkatını möhtərəm ehtiyaclılara vermək müstəhəbdir. Həmçinin, zəkat verdikdə qohumları ayrılarından, elm, adamlarını digərlərindən, bir şey ummayanları umanlardan qabağa salmaq müstəhəbdir.


Məsələ 1678: Vacib zəkatı aşkar, müstəhəb sədəqəni isə gizli vermək müstəhəbdir.


Məsələ 1679: Hər vaxt birinə zəkat vacib olsa, lakin o məntəqədə müstəhəq olmasa, sonradan bu məntəqədə müstəhəqq tapa biləcəyinə ümid etmədiyi halda, mütləq zəkatı ayrı məntəqəyə aparıb istifadəyə verməlidir. Vacib ehtiyata əsasən, ayrı məntəqəyə aparmaq xərcləri onun öhdəsinə düşür. Lakin, zəkat tələf olduqda, zamin deyil.


Məsələ 1680:
Zəkatı verənin məntəqəsində müstəhəq tapıldığı halda da zəkatı ayrı bir məntəqəyə apara bilər. Lakin, onu aparmaq xərcləri onun öhdəsindədir və hətta, şəriət hakiminin icazəsi ilə aparsa belə, əgər zəkat tələf olsa, vacib ehtiyata əsasən, zamindir.


Məsələ 1681: Zəkat verdiyi buğda, arpa və sairənin ümumi xərcləri öz onun öhdəsindədir.


Məsələ 1682: Vacib ehtiyata əsasən, hər bir fəqirə gümüş zəkatının birinci nisab həddindən (2 misqal və 15 noxud qədər) az verməsin. Əgər buğda, arpa kimi bir şeylərdən zəkat verirsə, yenə də qiyməti o miqdardan az olmamalıdır.


Məsələ 1683: İnsanın müstəhəqqə verdiyi zəkatı onun özünə satmasını istəməsi məkruhdur. Lakin, müstəhəqq şəxs aldığı zəkatı pula çevirmək istəsə, zəkatı ona verən şəxs başqalarından öndədir.


Məsələ 1684: Əgər vacib zəkatı ödəyib-ödəmədiyində şəkk etsə, hətta onun şəkki qabaqkı illərin zəkatına aid olsa belə, mütləq ödəməlidir.

 
Məsələ 1685: Fəqirin, miqdarından az olan zəkatla razılaşmaq, onun qiymətindən baha olan bir şeyi almaq və yaxud zəkatı malikdən alıb özünə bağışlamaq haqqı yoxdur. Hətta bir şəxsin çoxlu zəkat borcu olsa, fəqir olub, zəkatı ödəyə bilmədiyindən, digər borcları kimi, (bu da) onun öhdəsində qalır və (zəkatı) alıb ona bağışlamaq işkallıdır.


Məsələ 1686: İnsan zəkatla İslami hədəflərin inkişafında tə’sirli olan dini, elmi, Quran, dua və s. kitablar alıb, istər hamı, istərsə də xüsusi adamlar, hətta övladı və xərcləri özünə vacib olan şəxslər üçün vəqf edə bilər. Lakin, zəkatla hansısa mülkü alıb, oğluna vəqf edə bilməz.


Məsələ 1687: Fəqir şəxs Həccə, ziyarətə və bu kimi yerlərə getmək üçün zəkat ala bilər. Lakin, illik xərcləri qədər zəkat alıbsa, ziyarət və bu kimi yerlər üçün zəkat alması işkallıdır.


Məsələ 1688: Əgər malik malının zəkatını vermək üçün bir şəxsi vəkil etsə, lakin ifadəsinin zahiri (mənası) onu başqalarına vermək olsa, müstəhəqq olmasından asılı olmayaraq, vəkil özü ondan heç nə götürə bilməz. Əgər ifadəsinin zahiri (mənası) ümumi olsa, özü də istifadə edə bilər.


Məsələ 1689: Hər vaxt bir şəxs zəkat adı ilə ehtiyac duyduğu qədərilə qoyun, inək, dəvə, qızıl, gümüşü alsa, əgər nisab həddində olsa və təsadüfən, üstündən bir il keçsə, onun zəkatını ödəməlidir.


Məsələ 1690:
Hər vaxt iki nəfər zəkatı vacib olan malda şərik olsalar və onlardan biri öz zəkat payını versə və sonra malı bölüşdürsələr, o birisi (şəriki) zəkat payını verməsə belə, onun öz payından istifadə etməsində işkal yoxdur.


Məsələ 1691: Əgər bir nəfərin öhdəsində xüms, zəkat və ya borc varsa və kəffarə, nəzr və s. kimi şeylər ünvanı ilə bə’zi mallar da ona vacib olubsa, bunların hamısını ödəyə bilmirsə və əgər zəkat, xüms vacib olan eyni malın özü aradan getməyibsə, xüms və zəkatın (ödəməsini) önə salmalıdır. Əgər aradan gedibsə, ehtiyata əsasən, camaatın haqqını önə salmalıdır. Əgər belə bir şəxs dünyadan köçsə və onun malı bütün bunlar üçün kifayat etməsə, qeyd edilən qaydada əməl etməlidirlər.
 

Zəkatın niyyətiFitrə zəkatı
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma