Murdarların hökmləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Murdarlığın sübuta yetmə yolları Pakedicilər (“Mutəhhirat”)


Məsələ 154: Əvvəla, murdar bir şeyi yemək və ya içmək haramdır. Spirtli içkilər kimi murdarın əslini uşaqlara içirtmək də haramdır. Murdarlanmış şeyi vacib ehtiyata əsasən uşaqlara da vermək olmaz. Amma bir şey onların öz əlilə murdarlanarsa eybi yoxdur.


Məsələ 155: Murdar şeyi satmağın və ya istifadəyə verməyin eybi yoxdur. Bu barədə mə’lumat vermək də zəruri deyil. Amma əgər bir şeyi alan və istifadəyə götürən şəxsin həmin şeydən yeməkdə, namazda və bu kimi sahələrdə istifadə edəcəyi bilinərsə, vacib ehtiyata əsasən, murdarlığı e’lan etmək lazımdır. Bir şey istifadəyə götürən şəxsin yanında murdarlanarsa, onu geri qaytaran vaxt eyni şəkildə rəftar olunur.


Məsələ 156: Əgər insan bir şəxsin xəbərsiz halda murdar şey yediyini və ya murdar libas və paltarla namaz qıldığını görərsə, ona bildirməsi vacib deyil. Amma qonaq rütubətli libas və bədənlə murdar xalça üzərində oturmaq istəyərsə ehtiyata əsasən ona e’lan etmək lazımdır.


Məsələ 157: Əgər ev sahibi yemək əsnasında yeməyin murdar olduğunu anlayarsa, vacib ehtiyata əsasən, qonaqlara deməlidir. Amma qonaqlardan biri yeməyin murdar olduğunu başa düşərsə, yalnız özü çəkinməli, o birilərə deməməlidir. Amma həmin adamlarla ünsiyyətdədirsə murdarlığın ona keçməməsi üçün yeməkdən sonra onlara e’lan edə bilər. Məqsəd bu olmalıdır ki, onlar əl və ağızlarını suya çəksinlər.


Məsələ 158: İkincisi, Qur’anın yazısını və vərəqini murdarlamaq haramdır. Murdarlanmış Qur’an yazısı və vərəqini dərhal suya çəkmək lazımdır. Qur’an cildinin murdarlanması Qur’ana hörmətsizliyə səbəb olarsa, bu iş də haram sayılar.


Məsələ 159:
Qur’anı murdar yerə qoymaq ona hörmətsizliyə səbəb olarsa, bu iş haramdır və Qur’anı həmin yerdən götürmək lazımdır.


Məsələ 160: Murdar mürəkkəblə Qur’an yazmaq haramdır. İnsan bilərəkdən və bilməyərəkdən bu işi görərsə, ya həmin yazını məhv etməli, ya da suya çəkməlidir.


Məsələ 161:
Qur’anın kafirin əlinə verilməsi ona hörmətsizlik sayılarsa bu iş haramdır. Əgər kafirin bu yolla doğru yola gələcəyinə ümid varsa və ya bu yolla İslam təbliğ edilirsə, ona Qur’anı vermək olar, hətta bu iş vacibdir.


Məsələ 162: Qur’an vərəqi, dua və ya Allahın, Peyğəmbərin (s) və mə’sum imamların adı yazılmış vərəq murdar yerə düşərsə, onu dərhal götürmək və suya çəkmək lazımdır. Bu işin xərci ağır olarsa və ya həmin iş mümkünsüz olarsa, vacib ehtiyata əsasən, məsələn, həmin yazı ayaqyoluna düşdükdə onun çürüyüb aradan getməsinə əmin olanadək, həmin ayaqyolundan istifadə edilməməlidir.

Məsələ 163: Qur’anın vərəqini paklamaq yalnız onu murdarlayanın vəzifəsi deyil. Qur’an vərəqinin murdarlanmasından xəbər tutan hər kəs onu paklamağa vəzifəlidir. Bu vəzifəni biri yerinə yetirdikdə o birilərin öhdəsindən götürülür. Amma Qur’an başqasına məxsus olduqda paklanarkən korlanarsa, onu murdarlayan şəxs zərəri ödəməlidir.


Məsələ 164: İmam Hüseynin türbətini murdarlamaq haramdır. Murdarlanmış türbəti paklamaq vacibdir. Türbət murdar yerə düşdükdə 162-ci məsələdə göstərilmiş qaydada hərəkət etmək lazımdır.


Məsələ 165:
Dördüncüsü, məscidi murdarlamaq haramdır, murdarlanmış məscidi paklamaq vacibdir. Bu Məsələ məscidin hökmləri bəhsində namaz qılanın yeri haqqında danışılarkən ətraflı şərh olunacaq.


Məsələ 166: Beşincisi, namaz qılan şəxsin bədəni, libası və səcdə yeri pak olmalıdır. Bu Məsələ namaz qılanın libası və məkanı bəhsində şərh ediləcək.


Məsələ 167:
Bir şəxs öz ixtiyarında olan malın murdar və ya pak olduğunu bildirərsə, onun sözünü qəbul etmək lazımdır. Onun ədalətli olub-olmaması şərt deyil. Sadəcə, həmin şəxs büluğ həddində olmalıdır və büluğ həddinə çatmayan birinin sözləri qəbul deyil. Amma bir şəxsin dediklərindən əminlik yaranarsa, büluğ həddi şərt sayılmaz.

 

Murdarlığın sübuta yetmə yolları Pakedicilər (“Mutəhhirat”)
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma