Ağacda olan meyvələrin alqı-satqısı

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Müamilə siğəsiNəqd və nisyənin müamiləsi


Məsələ 1792:
Sarı və yaxud qırmızı olan xurma, yaxud çiçəyi tökülən, dənəsi bağlanan meyvə zərərdən sovuşduğu halda, alqı-satqısı düzgündür. Həmçinin qoranın (yetişməmiş üzüm) ağaca satılmasının eybi yoxdur. Lakin, onların miqdarı mütəxəssislərin təxmini vasitəsi ilə mə’lum olmalıdır.


Məsələ 1793:
Ağacda olan meyvəni çiçəyi tökülməmişdən qabaq satmaq istəsələr, ehtiyata əsasən, yerdə cücərən şeylərdən, məsələn, mövcud göyərtilər kimi, onunla satsınlar.


Məsələ 1794: Xiyar, badımcan və müxtəlif göyərtilər (tərəvəzlər), məsələn, ildə bir neçə dəfə dərilənlər kimi, zahir və aşkar olduğu halda alqı-satqılarının eybi yoxdur. Lakin, müştərinin onu ildə neçə dəfə dərməsini müəyyən etməlidirlər.


Məsələ 1795: Dənə bağlayandan sonra buğda və arpa sünbülünün satılmasının eybi yoxdur. Lakin onu buğda və arpaya satmaq iradlıdır. Həmçinin, yetişməsinə qədər qalmasını şərt etməsi və yaxud yalnız otundan istifadə etmək istəyindən asılı olmayaraq, tarlanın özünü sünbüllər zahir olmazdan qabaq almaq olar.

Müamilə siğəsiNəqd və nisyənin müamiləsi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma