VƏKALƏT

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Öz mallarından istifadə edə bilməyən şəxslərə “məhcurin” deyilir.CÜALƏ


Məsələ 1915: İnsanın şəriət əsasında dəxalət və təsərrüf edə biləcəyi bir işi onun tərəfindən yerinə yetirməsi üçün başqasına tapşırmasına vəkalət deyilir. Məsələn, onun evini satmaq, yaxud bir qadını onun nikahına gətirmək üçün bir şəxsi vəkil etməsi, bütün şərtlər olduğu halda, düzgündür.


Məsələ 1916: Vəkil və müvəkkil (vəkil edən) ağıllı, həddi-büluğa çatmış və rəşid (malını əbəs yerə xərcləməyən) olmalı, məqsədli və öz ixtiyarları ilə vəkaləti yerinə yetirməlidirlər.


Məsələ 1917: Vəkalət müqaviləsini hər dildə - farsca, ərəbcə, türkcə və s.- oxunan siğə ilə yerinə yetirmək olar. Həmçinin, əməli olaraq birini başa salsa ki, onu vəkil seçib və o da əməli olaraq başa salsa ki, qəbul etmişdir, (məsələn, malını satmaq üçün onun öhdəsində qoysun və o da qəbul etsin) bu da düzgündür.


Məsələ 1918: Əgər insan başqa şəhərdə yaşayan bir şəxsi vəkil seçib, ona vəkalətnamə göndərsə və o da qəbul etsə, vəkalət düzgündür. Vəkalətnamə bir müddət keçdikdən sonra onun əlinə çatsa da, vəkalətnamə çatandan və onu qəbul edəndən sonra vəkilin işləri düzgün olacaq.


Məsələ 1919: Haram, əqli və yaxud şər’i baxımdan vəkilin icra edə bilmədiyi işlərdə vəkalət batildir. Məsələn, ehram halında olan şəxsin izdivac nikahının siğəsini oxumaq ixtiyarı olmadığı üçün, başqası tərəfindən siğə oxumağa vəkil ola bilməz.


Məsələ 1920: İnsan bir şəxsi tamam və yaxud bə’zi işləri (məsələn, malına aid olan hissə) üçün vəkil etsə, caizdir. Lakin müəyyən etmədiyi işlərdən biri üçün vəkil etsə, düzgün deyil.


Məsələ 1921: Əgər bir şəxs vəkilini ixrac etsə, bu xəbər ona çatdıqdan sonra vəzifəsindən azad olur. Lakin, bu xəbər ona çatmazdan öncə bəzi işləri yerinə yetiribsə, düzgündür. Amma, vəkil istədiyi vaxtda, hətta onu vəkil edən şəxs olmadığı halda belə, vəkalətdən imtina edə bilər.


Məsələ 1922:
Vəkil ona tapşırılan işin icrası üçün ayrısını vəkil edə bilməz. Əgər onu vəkil edən şəxs özünün və yaxud onun tərəfindən vəkil tutmağa icazə veribsə, istisnadır. Belə olan halda, ona icazə verilən şəkildə əməl edə bilər.


Məsələ 1923: Əgər insan, öz müvəkkilinin (onu vəkil edənin) icazəsi ilə onun tərəfindən bir şəxsi vəkil tutsa, o vəkili işindən uzaqlaşdıra bilməz. Əgər birinci vəkil ölsə, yaxud vəkalətdən imtina etsə, ikincinin vəkaləti batil olmur. Lakin, əgər müvəkkilin icazəsi ilə bir şəxsi özü tərəfindən (vəkil tərəfindən) vəkil tə’yin etsə, həm müvəkkil və həm də birinci vəkil onu vəzifəsindən uzaqlaşdıra bilər. Əgər birinci vəkil ölsə, yaxud vəzifəsindən uzaqlaşdırılsa, ikincinin vəkaləti də aradan gedir.


Məsələ 1924: Əgər bir neçə şəxsi hansısa işi görmək üçün vəkil edib, onlara, hər biriniz mənim vəkilimsiniz, desə və belə olan halda onlardan hər biri işi icra etsə, düzgündür və əgər onlardan biri ölsə, başqalarının vəkaləti batil olmaz. Əgər (onlara), siz birlikdə mənim vəkilimsiniz və təklikdə heç bir iş görə bilməzsiniz, desə və onlardan biri ölsə, başqalarının vəkaləti də batil olur.


Məsələ 1925:
Əgər vəkil və yaxud müvəkkil dünyadan köçsə, dəli olsa və dəlinin sonradan ağıllı olmasına baxmayaraq, vəkalət batil olur. Ehtiyata əsasən, müvəqqəti dəlilik vəkalətin batil olmasına səbəb olur. Lakin, müvəqqəti huşsuzluq vəkalətin batil olmasına səbəb olmur.


Məsələ 1926: Əgər bir şəxsi hansısa bir işi görmək üçün vəkil təyin edib, onun üçün zəhmət haqqı nəzərdə tutsalar, işdən sonra onu ödəməlidirlər.


Məsələ 1927: Əgər vəkil ixtiyarında olan malın qorunmasında səhlənkarlıq etsə və yaxud icazəli işlərdən başqa bir iş gördükdən sonra o mal aradan getsə və yaxud naqis olsa, zamindir. Lakin o işlərdən sonra mal qalsa və onda icazəli işləri görsə etsə, o işlər düzgündür.

 

Öz mallarından istifadə edə bilməyən şəxslərə “məhcurin” deyilir.CÜALƏ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma