Qəza namazı

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Müsafirin namazı ilə bağlı müxtəlif məsələlərAta və ananın qəza namazı


Məsələ 1193: Vacib namazı vaxtında qılmamış şəxs onun qəzasını yerinə yetirməlidir. Namazın əvvəl vaxtından son vaxtınadək yuxuda olmağın, xəstəliyin, məstliyin bu hökmə tə’siri yoxdur. Amma namazın əvvəl vaxtından son vaxtınadək huşunu itirmiş şəxsə həmin namazın qəzası vacib deyil. Eləcə də, İslamı qəbul etmiş kafirə, heyz və nifas halında olan qadına qəza namazı vacib deyil.


Məsələ 1194: Namazın vaxtı ötdükdən sonra mə’lum olsa ki, qılınmış namaz batil olub, onun qəzasını yerinə yetirmək lazımdır.


Məsələ 1195: Öhdəsində qəza namazı olan şəxs bu namazları yerinə yetirməkdə səhlənkarlıq göstərməməlidir. Amma vacib deyil ki, onları dərhal yerinə yetirsin. Amma qəzaya getmiş bir və ya iki namazı həmin günün namazından öncə yerinə yetirmək vacib ehtiyatdır.


Məsələ 1196: Qəza namazı olan şəxs müstəhəb namaz qıla bilər. Qəza namazını yövmiyyə namazından qabaq və sonra qılmaq olar.


Məsələ 1197: Bir şəxs öncə qıldığı namazların düzgün olmadığını düşünərsə və ya düzgün qıldığını unudarsa, müstəhəb ehtiyat budur ki, onların qəzasını yerinə yetirsin.


Məsələ 1198: Qəza namazlarında tərtib lazım deyil.


Məsələ 1199: Bir neçə namazı qəzaya getmiş şəxs onların sayını bilmirsə, az ehtimala əməl etməlidir. Amma bu namazların sayını öncə bilmişsə və səhlənkarlıqdan unutmuşsa, ehtiyat vacib budur ki, çox ehtimala əməl etsin.


Məsələ 1200: Öhdəsində əvvəlki günlərdən qəza namazı qalan şəxs qəza namazından qabaq gündəlik namazlarını qıla bilər. Amma günün qəzaya verilmiş namazını vacib ehtiyata əsasən, öncə yerinə yetirmək lazımdır.


Məsələ 1201: Öhdəsində bir dörd rəkətli namaz qaldığını bilən şəxs bu namazın günorta, ikindi və ya xiftən namazı olduğunu bilməzsə, öhdəsində qalmış qəza namazı niyyəti ilə bir dörd rəkətli namaz qıla bilər. Bu namazların Həmd-surəsini ucadan və ya astadan deməkdə azaddır.


Məsələ 1202: Həyatda olan insanın qəza namazını kimsə yerinə yetirə bilməz. Həmin şəxs qəza namazını qılmağa aciz olsa belə bu iş görülməməlidir. Amma o dünyasını dəyişdikdən sonra bu işi görmək olar.


Məsələ 1203: Qəza namazını cəmiyyətlə qılmaq olar. İmam-camaatın əda və ya qəza namazı qılmasının fərqi yoxdur. Amma ehtiyat budur ki, hər ikisi eyni namazı qılsın. Məsələn, günorta namazının qəzası günorta namazı, ikindi namazının qəzası ikindi namazı ilə qılınsın.


Məsələ 1204: Müstəhəbdir ki, yaxşını pisdən seçə bilən uşağa namaz və digər ibadətlər vərdiş verilsin. Müstəhəbdir ki, o qəza namazına həvəsləndirilsin. (Əlbəttə ki, bu işdə onu incitmək, namazdan bezdirmək olmaz.)

 

Müsafirin namazı ilə bağlı müxtəlif məsələlərAta və ananın qəza namazı
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma