Camaat namazının şərtləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Camaat namazı Ayat namazının hökmləri


Məsələ 1236: Camaat namazında bir neçə şərtə əməl etmək lazımdır:


1. Ara kəsmənin olmaması
İmamla mə’mumlar, eləcə də mə’mumlar arasında görməyə mane olan arakəsmə olmamalıdır. Hətta şüşə arakəsmənin eybi var. Amma mə’mum qadın olarsa onunla kişilər arasında ara kəsmə olmasının eybi yoxdur.


Məsələ 1237: İmam mehrabda dayandığı vaxt onun arxasında bir nəfər iqtida etməsə, sağ və solda dayanıb mehrabın divarı səbəbindən imamı görməyənlər ona iqtida edə bilməzlər. hətta imamın arxasında bir şəxs dayandığı halda mehrabın divarları səbəbindən onu görməyənlərin iqtida etməsi iradlıdır. Amma onların arxasında dayananların namazı düzgündür. Hətta cərgələr artıq məsciddən xaric olarsa, eybi yoxdur.


Məsələ 1238: Cərgələr uzandığından cərgənin qurtaracağında dayananlar imamı görməzsə bunun eybi yoxdur. Bir cərgənin uzanması səbəbindən onun iki tərəfində dayananların da qarşısını görməməsi camaat namazına mane olmur.


Məsələ 1239: Sütunun arxasında dayanmış şəxs sağ və sol tərəfdən mə’mumlar vasitəsi ilə imama bağlanırsa qıldığı namaz düzdür.


 
2. İmamın yerinin mə’mumun yerindən hündür olmaması


Məsələ 1240: İmamın yeri mə’mumun yerindən hündür olmamalıdır. Amma azca hündürlüyün eybi yoxdur. Yer mailli olsa və imam hündür tərəfdə dayansa, maillik çox olmadıqda və həmin yer haram adlandırıldıqda bunun eybi yoxdur.


Məsələ 1241: Mə’mumun yerinin imamın yerindən hündür olmasının eybi yoxdur. Amma imam məscid səhnəsində dayansa mə’mumların balkon və damda dayanması, “camaat namazı” adlandırılmayacaq şəkildə yerləşməsi düzgün deyil. Məsələn, imamın birinci mərtəbədə dayandığı vaxt mə’mumun camaatdan uzaq təbəqədə dayanması düzgün sayılmır.
 
3. İmamla mə’mum arasında ara olmaması


Məsələ 1242: Əgər imamla mə’mum və ya mə’mumların öz arasında bir neçə addım ara olarsa, onlara toplum deyildikdə bunun eybi yoxdur. Demək, arada namaz qılmayan bir, iki nəfərin olması namazı batil etmir. Amma müstəhəbdir ki, cərgələr bir-birinə tam bağlansın.


Məsələ 1243:
İmam təkbir deyib namaza başlayan vaxt ön cərgələr namaza hazır olduqda hamı təkbir deyib namaza başlaya bilər və qarşıdakıların namaza başlamasına gözləmək lazım deyil. Hətta gözləmək ehtiyata ziddir.


Məsələ 1244: Mə’lum olsa ki, qarşıdakı cərgələrdən birinin namazı batildir, sonrakı cərgələr iqtida edə bilməz.
 
4. Mə’mum imamdan öndə dayanmamalıdır.


Məsələ 1245: Əgər mə’mum namazın əvvəlində və ya gedişində qabaqda dayansa onun namazı batil olur. Ehtiyat budur ki, imamla bir bərabərdə də dayanmasın. Namazın bütün gedişində, hətta rüku və səcdələrdə də imamdan bir qədər arxada dayanmaq laz
 
Camaat namazının hökmləri


Məsələ 1246: Mə’mum imamın namazının batil olduğuna tam əminsə, məsələn, bilirsə ki, imamın dəstəmazı yoxdur, ona iqtida edə bilməz. İmam özü bunu bilməsə də fərqi yoxdur. Amma mə’mum namazdan sonra imamın ədalətli olmadığını, ya Allah eləməmiş, kafir olduğunu, ya namazının batil olduğunu bilərsə namazı düzgündür.


Məsələ 1247: Əgər mə’mum namazın gedişində şəkk etsə ki, iqtida niyyət edib yoxsa yox, əminlik əldə edə bilsə, namazını camaatla başa vurur. Amma əminlik əldə etməsə, namazını fərdi niyyətlə başa çatdırmalıdır.


Məsələ 1248: Üzürsüz səbəbə camaat namazından ayrılmaq, fərdi namaz niyyət etmək olmaz. İnsanın öncədən və ya namaz əsnasında belə bir qərara gəlməsinin fərqi yoxdur.


Məsələ 1249: Əgər mə’mum hər hansı üzür səbəbindən imam Həmd-surəni dedikdən sonra namazdan ayrılarsa və fərdi niyyət edərsə Həmd-surəni oxumamalıdır. Amma əgər həmd-surə başa çatmamış niyyət edərsə, imamın oxumadığı miqdarı oxumalıdır.


Məsələ 1250: Əgər namaz gedişində hər hansı üzür səbəbindən fərdi namaz niyyət edilsə, yenidən camaat namazına qatılmaq olmaz. Əgər fərdi niyyət edib-etməməklə bağlı tərəddüddə olarsa və sonra qərara gələrsə ki, namazı camaatla qılsın, qıldığı namaza irad var. Amma fərdi niyyət edib-etmədiyinə şəkk də olsa, qəbul edir ki, fərdi niyyət etməyib.


Məsələ 1251: İmam rükuda olduğu vaxt ona iqtida edən şəxs imamın rükusuna çatarsa namazı düzgündür. Rükuda imama çatmazsa və ya çatıb-çatmadığına şübhə edərsə, namazı fərdi tamamlasın və vacib ehtiyat budur ki, namazını təzələsin.


Məsələ 1252: Namazın digər rəkətlərində (birinci rəkətdən başqa) və imamın rükusuna çatmaq lazımdır. Yoxsa, şəxsin qıldığı camaat namazına irad var.


Məsələ 1253: Əgər imam rükuda olduğu vaxt iqtida etsə və rüku həddinə əyilənədək imam rükudan qalxsa, fərdi niyyət etsin və namazı düzgündür. Onu təkrarlamaq lazım deyil.


Məsələ 1254: Əgər namazın əvvəlində və ya həmdlə surə arasında iqtida etsə və imamın rükusuna çatmasa, qıldığı camaat namazı düzgün deyil. Üzürlü hal istisnadır.


Məsələ 1255: Camaat namazına çatdığı vaxt imam namazın son təşəhhüdünü oxuyarsa bu namazdan savab əldə etmək məqsədi ilə niyyət edib təkbirətül-ehram deyir və əyləşir. Təşəhhüdü imamla oxuyur, amma salam demir. Bir qədər səbr edir, imam salamı dedikdən sonra ayağa qalxıb namaza davam edir. Yə’ni həmd-surə oxuyur və bunu namazın birinci rəkəti sayır.


Məsələ 1256: Əgər ikinci rəkətdə iqtida etsə, qunut və təşəhhüdü imamla desə, ehtiyat budur ki, təşəhhüdü oxuyarkən dizlərini yerdən qaldırıb yalnız əllərini və ayaqlarını yerdə saxlasın (yarım oturaq vəziyyət alsın). İmamın təşəhhüdündən sonra qalxıb həmd-surə oxusun. Surəyə vaxt olmasa həmdi oxuyub rükuda imama çatsın.


Məsələ 1257: İmamın ikinci rəkətində iqtida edən şəxs öz namazının ikinci rəkətində, imamın namazının üçüncü rəkətində iki səcdədən sonra oturur, təşəhhüdün vacib miqdarını oxuyub qalxır və imama çatır. Əgər üç dəfə təsbihat deməyə vaxt çatmasa, bir dəfə deyir və rükuda özünü imama çatdırır.


Məsələ 1258: Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa, mə’mum iqtida edəcəyi təqdirdə Həmd oxumaqla rükuda imama çatmayacağını bilsə, vacib ehtiyata əsasən, səbr etsin, imam rükuya getdikdən sonra iqtida etsin.


Məsələ 1259: Əgər üçüncü və ya dördüncü rəkətdə imama iqtida etsə, Həmd və surəni oxumalıdır. Surə üçün vaxt olmasa təkcə Həmdi oxuya bilər. Amma özünü rükuda imama çatdırmalıdır.


Məsələ 1260: Bir şəxs əmin olsa ki, surəni oxusa rükuda imama çatacaq, vacib ehtiyat budur ki, surəni oxusun. Əgər surəni oxuduqda təsadüfən rükuda imama çatmasa, qıldığı camaat namazı düzgündür.


Məsələ 1261: Əgər imam ayaq üstə olsa və mə’mum hansı rəkətin qılındığını bilməsə, iqtida edib, savab məqsədi ilə Həmd surəni oxuya bilər və namazı düzgündür. İmamın üçüncü və ya dördüncü, birinci və ya ikinci rəkətdə olmasının fərqi yoxdur. Bir şərtlə ki, namaz günorta və ikindi namazı olsun və imam Həmd-surəni astadan oxumuş olsun.


Məsələ 1262: Əgər düşünsə ki, imam birinci və ya ikinci rəkətdədir, Həmd-surəni oxumasa və rükudan sonra başa düşsə ki, imam üçüncü və ya dördüncü rəkətdə imiş, namazı düzgündür, amma rükudan öncə bunu başa düşsə, Həmd-surəni oxumalıdır. Vaxtı olmasa təkcə Həmd oxuya bilər. Amma rükuda imama çatmalıdır.


Məsələ 1263: Müstəhəb namaz qıldığı vaxt camaat namazı başlasa namazı bitirdiyi halda camaat namazına çatmayacağından qorxsa, müstəhəbdir ki, namazı saxlayıb camaat namazına qoşulsun.


Məsələ 1264: Vacib namaz qıldığı vaxt camaat namazı başlasa, üçüncü rəkətə daxil olmayıbsa, çatmayacağından qorxduqda müstəhəbdir ki, niyyətini müstəhəb namaza çevirib iki rəkətlə kifayatlənsin və özünü camaat namazına çatdırsın.


Məsələ 1265: Mə’mum təşəhhüd və salam oxuduğu vaxt imam namazını tamamlasa fərdi niyyət etmək lazım deyil.


Məsələ 1266: İmamdan bir rəkət geridə qalmış şəxs imam təşəhhüdü oxuduğu vaxt ehtiyat budur ki, dizlərini yerdən qaldırıb əllərini və ayaqlarını yerdə saxlasın və imamla təşəhhüdü söyləsin. Təşəhhüd əvəzinə zikr də deyə bilər. Əgər təşəhhüd son təşəhhüddürsə səbr etsin ki, imam namazın salamını söyləsin, sonra ayağa qalxıb namazını davam etdirsin.


İmam-camaatla bağlı şərtlər


Məsələ 1267: İmam-camaat büluğ həddinə çatmış, ağıllı, adil, halalzadə, on iki imamçı şiə və qiraəti düzgün şəxs olmalıdır. Mə’mum kişidirsə, imam da kişi olmalıdır. Amma qadın qadınlar üçün imam dayana bilər.


Məsələ 1268:
Ədalət dedikdə insanın batinindəki Allah qorxusu nəzərdə tutulur. Belə bir qorxu insanı böyük günahlara batmaqdan və kiçik günahları təkrarlamaqdan çəkindirir. Ünsiyyətdə olduğumuz bir şəxsdən günah görməmişiksə, bu onun ədalətini göstərir.


Məsələ 1269: Əvvəllər ədalətli olmuş şəxsin həmin halda qalıb-qalmadığına şəkk varsa, onu ədalətli saymaq lazımdır. Amma ədalətdən düşdüyünə əmin olduqda münasibət dəyişir.


Məsələ 1270: Ayaq üstə namaz qılan şəxs oturan və ya uzanmış halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturaq vəziyyətdə namaz qılan şəxs uzanmış vəziyyətdə namaz qılan şəxsə iqtida edə bilməz.


Məsələ 1271: Əgər imam-camaat təyəmmüm və ya cəbirə ilə namaz qılırsa, ona iqtida etmək olar. Amma üzürlü səbəbdən murdar libasla məcbur qalıb namaz qılırsa, vacib ehtiyata əsasən, ona iqtida edilməməlidir. Eləcə də, sidik və nəcisini saxlaya bilməyən şəxs, istihazə halında olan qadın, ümumi şəkildə namazını üzürlü səbəbdən naqis qılan şəxs imam-camaat dayana bilməz. Amma təyəmmüm və cəbirə dəstəmaz istisnadır.


Məsələ 1272: Xora və ala xəstəliyinə tutulmuş şəxs ehtiyata əsasən imam-camaat dayana bilməz. Hətta özü kimiləri üçün də imam dayanması yaxşı deyil.


Camaat namazı hökmlərinin davamı


Məsələ 1273: Mə’mum öz niyyətində imamı müəyyənləşdirməlidir. Amma imamın adını bilmək vacib deyil. Əgər qarşıda dayanmış zəruri şərtlərə malik imama iqtida etmək niyyət edilərsə kifayatdir.


Məsələ 1274: Mə’mum namazın Həmd-surəsindən başqa bütün zikrlərini deməlidir. Həmd-surə o zaman öhdədən götürülür ki, mə’mum birinci və ikinci rəkətlərdə imamla namaz qılsın. Amma üçüncü və dördüncü rəkətlərdə imamın qiyam vəziyyətində ona iqtida edən şəxs Həmd-surəni özü deməlidir.


Məsələ 1275: Əgər mə’mum sübh, şam və xiftən namazlarında imamın qiraət səsini eşidərsə Həmd-surəni deməməlidir. Əgər imamın səsini eşitməzsə Həmd-surəni astadan oxuya bilər. Günorta və ikindi namazlarında isə vacib ehtiyat budur ki, Həmd və surəni heç vaxt deməsin. Amma astadan zikr demək olar və bu müstəhəbdir.


Məsələ 1276: Əgər mə’mum imamın Həmd-surəsinin bə’zi kəlmələrini və ya aydın olmayan şəkildə səsini eşidərsə, vacib ehtiyata əsasən, Həmd-surə deməsin.


Məsələ 1277: Əgər mə’mum səhvən Həmd-surə oxuyarsa və ya düşünərsə ki, eşitdiyi səs imamın səsi deyil, sonradan həmin səsin imamın səsi olduğunu başa düşdükdə namazı düzgündür. İmamın və ya başqa birinin səsi olduğuna şübhə etdikdə ehtiyata əsasən Həmd-surə oxumalıdır.


Məsələ 1278: Mə’mum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Amma digər zikrləri öncə deməsinin eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, imamın səsini eşitdiyi halda ondan öncə deməsin.


Məsələ 1279: Mə’mum namazın əməllərini, məsələn, rüku və səcdələri imamdan öncə yerinə yetirməməlidir. Əməllər imamla birlikdə və ya azca ondan sonra yerinə yetirilməlidir. Əgər mə’mum səhvən imamdan qabaq rükudan qalxsa yenidən rükuya getməli və imamla birlikdə qalxmalıdır. Bu halda rükunun say çoxluğu namazı batil etmir. Amma rükuya qayıtdıqda imama çatmamış imam rükudan qalxarsa namazı batildir.


Məsələ 1280: Mə’mum imamın səcdədən qalxdığını düşünüb səcdədən qalxarsa imam qalxmadığı halda yenidən səcdəyə getməlidir. Əgər bu hal hər iki səcdədə yaranarsa rükn olan iki səcdənin artması burada namazı batil etmir. Amma səcdəyə qayıtdığı vaxt imam səcdədən qalxarsa bu hal iki səcdədə baş verdikdə namaz batil olur.


Məsələ 1281: Əgər səhvən rüku və ya səcdədən qalxarsa və təkrar qayıdışda imama çatmayacağını düşünüb rüku və səcdəyə getməzsə namazı düzgündür.


Məsələ 1282: Əgər mə’mum səhvən imamdan qabaq rükuya gedərsə, qalxıb imamın qiraətinin bir hissəsinə çatsa qalxmalıdır və imamla birlikdə rükuya getməlidir. Əgər imamın qiraətinə çatmayacağını bilsə, vacib ehtiyat budur ki, başını qaldırıb namazı imamla tamamlasın və yenidən qılsın.


Məsələ 1283: Mə’mum geri qayıtmalı olduğu hallarda bilərəkdən qayıtmasa, namazına irad var.


Məsələ 1284: İmam təşəhhüd olmayan rəkətdə səhvən təşəhhüd desə, ya qunutu olmayan rəkətdə səhvən qunut tutsa, mə’mum təşəhhüd və qunutu oxumamalıdır. Amma imamdan qabaq dura bilməz və ya imamdan öncə rükuya gedə bilməz. İmamın səhvini işarə ilə ona çatdırmalıdır. Əgər mümkün olmasa, səbr etməlidir ki, imam təşəhhüd və ya qunutu tamamlasın. Namazın davamını isə onunla qılır.
 
Camaat namazında müstəhəb olan işlər


Məsələ 1285: Camaat namazında savab ümidi ilə aşağıdakı göstərişlərə riayat etmək müstəhəbdir:
1. Əgər mə’mum bir kişisə imamın sağ tərəfində, azca ondan arxaya dayansın. Əgər bir qadınsa imamın sağ tərəfində elə dayansın ki, onun səcdə yeri imamın diz və ya durduğu yer bərabərində olsun. Əgər mə’mum bir kişi və bir qadın, ya da bir kişi və bir neçə qadınsa, kişi imamın sağ tərəfində o birilər imamın arxasında dayansın. Əgər bir neçə kişi və bir neçə qadınsa hamılıqla imamın arxasında dayansınlar. Mə’mum bir neçə kişi və bir neçə qadın olduqda kişilər imamın arxasında, qadınlar kişilərin arxasında dayansınlar.
2. Əgər həm imam, həm də mə’mum qadın olarsa, bir cərgədə dayansınlar. Amma imam bir qədər irəlidə dursun.
3. İmam cərgənin orta hissəsində dayansın. Elm, fəzilət və təqva əhli birinci sırada dayansınlar.
4. Camaat namazının cərgələri nizamlı olsun. Cərgədəkilərin çiyinləri bir xətdə olsun. Bir cərgədə dayananlar arasında ara buraxılmasın.
5. “Qəd qamətis-səlat” dedikdən sonra mə’mumlar qalxsınlar camaat namazına hazır olsunlar.
6. İmam-camaat başqalarından halsız olan mə’mumların vəziyyətini nəzərə alsın, tələsməsin. Eləcə də rüku, səcdələr və qunutu uzatmasın. Amma iqtida edənlərin hamısında bu hazırlığın olduğunu bilərsə, namazı uzada bilər.
7. İmam-camaat Həmd və surəni oxuyan zaman səsini mə’mumların eşidəcəyi həddə qaldırsın, amma həddən artıq yox.
8. Əgər imam rükuda anlasa ki, kimlərsə təzəcə namaza çatıb və iqtida etmək istəyirlər, rükunu azca uzatsın ki, onlar namaza qoşula bilsin. Amma rükunu iki rüku həddindən çox uzatmasın. Hətta başqa birinin də qoşulmaq istədiyini bilsə rükuda bu həddi gözləsin.


Camaat namazında məkruh olan işlər


Məsələ 1286:
Savab ümidi ilə aşağıda göstərilən hallardan çəkinmək daha yaxşıdır:
1. Əgər sıralarda yer varsa tənha dayanmasın.
2. Mə’mum namazın zikrlərini elə desin ki, imam eşitməsin;
3. Günorta və ikindi, eləcə də xiftən namazını yarı qılan müsafir müsafir olmayanlar üçün imam dayanmasın. Eləcə də, müsafir olan şəxs müsafir olmayana iqtida etməsin (əlbəttə burada savabın azlığı nəzərdə tutulur.)

 

Camaat namazı Ayat namazının hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma