Birinci qrupun irsi

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
Varislərİkinci qrupun irsi

 


Məsələ 2355:
Əgər meyitin varisi birinci qrupdan yeganə şəxs olarsa (məsələn, ata və ya ana, ya da bir oğul və ya bir qız) meyitin bütün malı ona çatır. Əgər bir neçə oğul və ya bir neçə qız olarsa, mal onlar arasında bərabər bölünür. Əgər həm qız, həm də oğlan övladlar varsa mal elə bölünər ki, oğlanlar iki, qızlar bir pay götürsün.


Məsələ 2356:
Əgər meyitin varisi yalnız onun ata və anası olarsa, mal üç hissəyə bölünür. İki hissəsi ataya, bir hissəsi anaya verilir. Amma meyitin iki qardaşı və ya dörd bacısı, ya bir qardaş iki bacısı olarsa, bütün övladlar ata-anadan və atadanbir olduqda ana malın altıda birini götürür, qalan hissə ataya çatır.


Məsələ 2357: Əgər meyitin varisi yalnız ata, ana və bir qız olsa, mal beş yerə bölünür, ata və ananın hər biri bir pay, qız üç pay götürür. Meyitin atadanbir iki qardaşı, ya dörd bacısı, ya da bir qardaş və iki bacısı olarsa, mal altı hissəyə bölünür, ata və ana hər biri bir pay, qız üç pay götürür. Qalan bir pay ata və qız arasında bölünür. Ehtiyat budur ki, onlar ikisi bölgüdə razılaşsın.


Məsələ 2358: Əgər meyitin varisi yalnız ata və ana, bir oğul olsa, mal altı hissəyə bölünür, ata və ana hər biri bir pay götürür, oğula dörd pay çatır. Əgər bir neçə oğul və ya qız olarsa, qalan dörd hissə onlar arasında bərabər bölünür. Əgər həm oğul, həm də qız olsa, mal elə bölünür ki, hər oğul qıza münasibətdə iki pay götürsün.


Məsələ 2359: Əgər meyitin varisi yalnız ata və bir oğul, ya da ana və bir oğul olarsa, mal altı hissəyə bölünür, bir pay ata və anaya, beş pay oğula düşür.


Məsələ 2360: Əgər meyitin varisi yalnız ata, ya da oğul və qızla ana olsa, mal altı hissəyə bölünür, bir pay ata və ana götürür, qalan beş pay oğula iki, qıza bir pay verməklə bölünür.


Məsələ 2361: Əgər meyitin varisi yalnız ata və bir qız, ya ana və bir qız olarsa, mal dörd hissəyə bölünür, bir pay ata və ya anaya, üç pay qıza verilir.


Məsələ 2362: Əgər meyitin varisi ata və bir neçə qız, ya da ana və bir neçə qız olarsa, mal beş hissəyə bölünür, bir pay ata və ya anaya düşür, qalan dörd pay qızlar arasında bərabər bölünür.


Məsələ 2363: Əgər meyitin övladı olmasa onun oğul nəvəsi (nəvə qız olsa belə) meyitin oğluna düşəcək payı götürür. Qız nəvəyə isə (nəvə oğlan olsa belə) meyitin qızının payı verilir.

 

Varislərİkinci qrupun irsi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma