2-Mə’dən

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
1-Qazanc və iş mənfəəti3-Xəzinə


Məsələ 1526: Mə’dəndən qızıl, gümüş, qurğuşun, dəmir, mis, daş kömür, neft, kükürd, firuzə, duz və başqa mə’dən adlanan hər şey, müxtəlif filizlər əldə edildikdə xümslarının verilməsi vacibdir. Bunların vacib ehtiyata əsasən, müəyyən hədləri yoxdur. Yəni istər çox, istərsə də az olsun, xümsü var.


Məsələ 1527:
Gəc, əhəng, qırmızı gil, həmçinin müxtəlif daşlar və s. mə’dən qazıntılarından hesab olunduğu halda xümsü verilməlidir.


Məsələ 1528: İstər mə’dən yerin səthində olsun, istərsə də dərinliyində; istər mülki yer olsun, istərsə də sahibsiz, onu çıxardan istər müsəlman olsun, ya qeyri-müsəlman, həddi-büluğa çatmış olsun və yaxud az yaşlı, bütün hallarda onun xümsü verilməlidir. Uşaq olduğu halda onun qəyyumu verməlidir.


Məsələ 1529:
Mə’dənin çıxardılması üçn xərclənən pul, onun saflaşması (əgər saflaşmasına ehtiyac olsa) və yaxud mə’dən üçün icarənin ödənilən miqdarı azaldıldıqdan sonra, yerdə qalan hissənin xümsü var. Lakin, illik xərc mə’dən gəlirindən azaldılmır.


Məsələ 1530: Əgər bir neçə nəfər mə’dəndən bir şey çaxartsalar, az və ya çox olmasından asılı olmayaraq, xərclər azaldıqdan sonra, vacib ehtiyata görə, xümsünü verməlidirlər (vacib ehtiyata əsasən).


Məsələ 1531: Başqasının mülkündə olan bir mə’dəni istixrac etsələr əldə olunan şeylər mülkün sahibinə məxsusdur. Mülkün sahibi onların çıxarılmasına bir şey xərcləmədiyindən, mə’dəndən çıxarılanların hamısının xümsünü verməlidir. Əgər bu iş onun göstərişi ilə icra edilibsə, xərc onun öhdəsinə düşür və mə’dənin mənfəətindən azaldılır.


Məsələ 1532: Mə’dən böyük, mübah və ya mülki bir yerdə olan mədənlərdən olsa, şəriət hakimi (adil müctəhid) onun çıxarılmasına və müsəlmanların məsləhətinə uyğun yerlərdə xərclənməsinə nəzarət etmək hüququ var. Belə olan halda, mə’dənçilər şəriət hakiminin nəzərinə riayət etməlidirlər.


Məsələ 1533: İslam hökmətinin çıxartdığı mədənlərə xüms düşmür.

1-Qazanc və iş mənfəəti3-Xəzinə
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma