İSLAM VƏ ÖVLAD TƏRBİYƏSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
İslamın övlad tərbiyəsi ilə bağlı metodologiyası misilsizdir. Adətən, uşağın tərbiyəsi beşinci yaşdan məsləhət görülürsə, İslam dinində isə bu, onun dünyaya gəldiyi andan, bəlkə də, dünyaya göz açmamışdan qabaq, hələ ananın bətnindəki rüşeym aləmindən başlanır və hətta ondan da qabaq gələcək övladın səadət və xoşbəxtliyi üçün ata-anaya faydalı göstərişlər verilir, ideal ailə üçün ölçülər irəli sürülür.  Hələ hamiləlik dövründə qida növlərinə, haram və hətta şübhəli yeməklərə dair dəyərli tövsiyələr vardır.
Hədislərdə uşaqlar üçün bir çox hüquqlar nəzərə alınır ki, hər biri valideynlər üzərinə düşən vəzifə və borcdur.
a) Yaxşı ad: Adlar uşaqlara xüsusi təsir bağışlayır. Yaxşı ad yaxşı, pis ad da pis əhval-ruhiyyə yaradır. Övlada yaxşı və münasib ad seçmək uşağın valideyn üzərindəki haqlarından biridir.
b) Quran öyrətmək: Səmavi kitabımız Allahın kəlamı olan Qurani-Kərimlə tanışlıq hər bir müsəlmana vacibdir və nə yaxşı olar ki, bu tanışlıq uşaqlıq çağlarından başlanılsın. Şübhəsiz, bunun insanın əsl düşməni olan şeytanla mübarizəsində müstəsna təsiri olacaqdır.
c) İdman (xüsusilə ox atmaq və üzgüçülük): İslamda insanın ruh və cismi sağlamlığı eyni mahiyyət daşıyır və hər birinin öz yeri var.
Qeyd edilən hər üç hüquqla əlaqədar, habelə övladın digər vəzifələri haqda bir neçə hədislə kifayətlənirik:
1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Övladlarınızı üç xislətlə tərbiyələndirin: Peyğəmbərinizə məhəbbətlə, Peyğəmbərin Əhli-beytinə məhəbbətlə və Quranı öyrətməklə.”
2. Peyğəmbəri-Əkrəm (ə) buyurmuşdur: “Övlad üçün ədəbdən qiymətli və üstün bir miras yoxdur.”
Çoxları övladlarına ev, maşın, cehiz və s. almaqla böyük xidmət etdiyini təsəvvür edir. Halbuki yuxarıdakı rəvayətə əsasən, ən dəyərli miras düzgün tərbiyə və gözəl ədəb-ərkandır. Düzgün tərbiyə olmadıqda, deyilən bütün maddi imkanlar, tez bir zamanda hər hansı əxlaqi rəzalət və düşkünlük nəticəsində puç olub gedəcək və təəssüflənən isə yalnız yaxşı tərbiyə verə bilməyən valideyn olacaq.

 . “Vəsailüş-şiə”, 14-cü cild, səh.29; “Müstədrəkül-vəsail”, 14-cü cild, səh.174.
 . “Hilyətül-müttəqin”, səh.44-45.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma