12 HƏMİŞƏ DUA EDƏNLƏR

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Qadir Allahın dərgahına əl açıb dua etmək rəhman Allahın həqiqi bəndələrinin on ikinci xüsusiyyətidir. Mehriban Allah bu səciyyəni belə vəsf edir:
وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا
“(Allahın həqiqi bəndələri) “Ey Rəbbimiz, zövcələrimiz və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və bizi təqvalılara başçı seç!” – deyirlər.”
Burada bir neçə mətləbi qeyd etməyi zəruri bilirik:
1. İndiki zaman fel formasında qeyd olunan “yəqulunə” (deyirlər) ibarəsi ilahi bəndələrin dua və yalvarışlarının davamlı olmalarını bildirir. Adətən, imanı zəif insanlar yalnız çətinliklər zamanı Allaha üz tutur, ehtiyac və çətinlikləri aradan qalxdıqda, Onu unudurlar.
2. İlahi bəndələr yalnız dua və istəklə qənaətlənməyir, eynilə yeri şumlayan, toxumu əkən, sahəni suvarıb vaxtında dərmanlayan, münasib zamanlarda alaqları biçən, nəhayət, yaxşı məhsul götürmək üçün əlini duaya qaldıran əkinçiyə bənzəyirlər. Onlar ailə-uşaqlarının düzgün tərbiyəsi istiqamətində heç nəyi əsirgəmir, onları fəsad və inhiraf amillərindən uzaq saxlayır və eyni zamanda onların islahı və hidayəti üçün də dua edirlər. Şübhəsiz, belə duaların qəbuluna ümid çoxdur!
3. “Qurrətu əyun” sözünü dilimizdə göz aydınlığı, gözün nuru, xoşbəxtlik, fəxr və sevincə səbəb olan hər bir şeyə aid etmək olar.

 . “Furqan” surəsi, ayə 74.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma