ŞİRK VƏ TÖVHİD

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Burada şirk və tövhidlə əlaqəli üç mühüm məsələni qeyd etməyi lazım bilirik:
Şirkin qaynağı
Sual: Şirkin qaynağı nədir?
İnsan meydana gəldiyi gündən peyğəmbərlər və övliyaların tövhid və təkallahlığa dəvətini eşitdiyi surətdə onu şirkə və zəlalətə salan amillər hansılardır?
Bəzi rəvayətlərə əsasən, İslam Peyğəmbəri (s) risalət və peyğəmbərliyinin ilk on ilini yalnız tövhid və təkallahlığa həsr etmiş və o həzrətin əsas şüarı “Qul la ilahə illəllahə tuflihu” (Allahdan başqa məbud yoxdur – deyin və nicat tapın) olmuşdur.
İnsanlarda tövhid hissinin fitri olduğunu, Allaha sitayişin onların daxilində əmanət qoyulduğu halda nə üçün tarixdə bu qədər şirk və bütpərəstliyin əlamətləri görünür? Bir sözlə, fitrət və peyğəmbərlərin dəvəti insanı təkallahlığa çağırdığı halda, onu şirkə yönəldən nədir?
Cavab: Bir çox məsələlər şirkin qaynağı ola bilər. O cümlədən:
1. Cəhalət və nadanlıq: Nadan insan təbiətin fövqündə duran amilləri qəbul edə bilmədiyindən daha çox hiss üzvlərinə dərk olunan maddi varlıqlara üstünlük verir. Belələrinin fikrincə gözə görünməyənləri varlıq hesab etmək ağlasığmazlıqdır. Odur ki, zahiri timsalı olan büt və sairə pərəstişi məntiqəuyğun hesab edirlər. İslam elə ilk gündən cəhalət və nadanlıqla mübarizə aparmış, dinin böyük rəhbərləri həmişə insanları ən uzaq məntəqələrə olsa belə, elm və biliyin ardınca getməyi tövsiyə etmişlər.
2. Ölüm haqda yanlış təsəvvür: Keçmiş zamanlarda peyğəmbər kimi ilahi şəxslərin dünya ilə vidalaşması ardıcıllarına ağır və dözülməz olurdu. Onlar peyğəmbərin adı və xatirəsini yaşatmaq üçün müəyyən tədbirlər görsələr də, bilərəkdən və ya nadanlıq üzündən bir sıra təhriflərə də əl atırdılar. Nəsillər ötdükcə, belə şəxslər müqəddəsliyin timsalı kimi hətta pərəstişə yüksəldilir, büt və heykəlləri düzəldərək ilkin fəlsəfəsi unudulur və birbaşa ibadət motivlərinə çevrilirdilər. Cəhalət və nadanlıq hökm sürdüyü yerdə şirk və bütpərəstliyə meyillər daha artıq olur. Elm və bilik insanları tövhidə çəkirsə, cəhalət isə şirk və bütpərəstliyə yönəldir.
Həqiqətdə peyğəmbərlər bəşəri şirk və bütpərəstlik adlı qaranlıqdan tövhid və allahpərəstlik nuruna hidayət etmək üçün gəlir.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma