HƏMİN PEYĞƏMBƏRLƏRİN AQİBƏTİ NƏ OLDU?

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Qövmü ilə olduqca təmkinli, səbirli və mehriban davranan həzrət Nuh (ə) bir dəfə Rəbbinə üz tutaraq dedi:
رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا. فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا. وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا. ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا. ثُمَّ إِنِّي أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا
“Ey Rəbbim, mən öz qövmümü gecə-gündüz (haqqa) dəvət etdim, lakin mənim dəvətim onlar üçün (haqdan) qaçmaqdan savayı bir şey artırmadı. Mən Sənin onları bağışlamağın üçün nə vaxt dəvət etdimsə, barmaqlarını qulaqlarına tıxadılar, libaslarını başlarına çəkdilər, (etiraz edərək inadkarlıqdan) əl çəkmədilər və şiddətlə təkəbbür göstərdilər. Yenə də mən onları uca səslə və aşkar şəkildə dəvət etdim. Daha sonra onlara dəvəti (gah) aşkar, (gah da) gizli bildirdim.”
O həzrətdəki dözüm və təmkin doğrudan da vəsfedilməzdir. Nəhayət, 950 ildən sonra Allah-Taala ona belə buyurur:
لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلاَّ مَن قَدْ آمَنَ فَلاَ تَبْتَئِسْ بِمَا كَانُواْ يَفْعَلُونَ
“Qövmündən (indiyədək) sənə iman gətirənlərdən başqa bir kəs iman gətirməyəcək. Daha onların etdiklərindən kədərlənmə.”
Həzrət Nuh (ə) qövmünün daha doğru yola yönəlməsindən ümidini üzdükdə, onlara qarğış edir. Onun qarğışı intiqam yox, iman gətirənlərə təskinlik vermək üçün idi. O, Allaha dedi:
رَّبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا. إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا
“Ey Rəbbim, yer üzündə bir nəfər belə kafir qoyma! Əgər onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxaracaq, yalnız pozğun və kafir doğub-törədəcəklər.”
Həzrət Nuha (ə) görə, kafirlər iki xüsusiyyətə malikdir: 1. möminləri haqq yoldan çıxarır; 2. nəsilləri də kafir və imansız olur. Yaxşı olar ki, hamısı məhv olsun! Belələri yaşamağa layiq deyillər.
Həzrət Nuhun (ə) duası qəbul oldu və onlara əzab göndərildi. Bir anda yer-göyü tufan, su bürüdü. Həyat suyu bu dəfə onların həyatına son qoydu və Nuh peyğəmbərlə möminlərin yeganə sığınacaq yeri gəmi oldu.
Həzrət Yunusun (ə) qırx il dəvəti və qövmündən yalnız iki nəfər iman gətirdikdən sonra onlara əzab nazil olacağı vaxt qətiləşdi. Son anlara qədər qövmü içərisində qalıb, onların nicat və hidayəti üçün zəhmət çəkməli olan həzrət Yunus (ə) azacıq tələsdi və oranı tərk edib dəryaya üz tutdu. Allah-Taala isə tələsdiyinə görə onu ağır bəlaya düçar etdi. O həzrətin bu işi günah olmasa da, “tərki-övla” sayılırdı.  Allah-Taala onun başına gələn bu əhvalatı “Saffat” surəsinin 139-144-cü ayələrində belə yad edir:
وَإِنَّ يُونُسَ لَمِنَ الْمُرْسَلِينَ
“Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi.”
إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ
“(Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).”
Ayədə qeyd olunan “əbəq” sözü sahibinin əlindən qaçan köləyə deyilir. Yunus peyğəmbər də tələsdiyi və (zahirən) vəd edilmiş vaxtdan bir-iki saat tez məmur olduğu məntəqəni tərk etdiyi üçün Allah-Taala onu sahibindən qaçmış köləyə bənzədir və o həzrətin işindən razı qalmadığını bildirir. Əgər o həzrət azacıq tələsməyib son anlara qədər qövmü içərisində qalsaydı, daha yaxşı olardı. Nəhayət, əzabın nazil olduğu əlamətlər müşahidə edildiyi zaman aralarından müdrik bir adam ilahi əzabın aradan qaldırılması üçün onları kütləvi şəkildə Allahın dərgahında tövbəyə çağırdı. Onun təklifi ilə tövbə və raz-niyaz etməyə başladı və Allah onların tövbəsini qəbul edib əzabı aradan qaldırdı. Beləliklə, Yunus peyğəmbərin qövmünün nicat və hidayəti həmin şəxsin adına yazıldı.
Demək, hər iki peyğəmbər, həm Nuh (ə), həm Yunus (ə) gəmiyə minsələr də, biri rəhmət gəmisinə, o birisi isə bəla gəmisinə mindi. Yunus peyğəmbərin mindiyi gəmi hərəkətə başladı. Bəzi rəvayətlərə əsasən, nagahan, böyük bir balıq ağzını açaraq gəminin yolunu kəsdi. Elə bil, yemək istəyirdi. Sərnişinlər dedilər ki, bizim aramızda günahkar var və o, bu balığa yem olmalıdır. Odur ki, püşk atmaq lazımdır. Onlar püşk atdılar və püşk Yunus peyğəmbərin adına çıxdı!
فَسَاهَمَ فَكَانَ مِنْ الْمُدْحَضِينَ
“Beləliklə, (yaranmış təhlükəyə görə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.”
Bir rəvayətə əsasən, püşkü üç dəfə təkrar etsələr də, hər üçü Yunus peyğəmbərin adına çıxdı. Sərnişinlər məcbur olub Yunus peyğəmbəri balığa tərəf atdılar.
فَالْتَقَمَهُ الْحُوتُ وَهُوَ مُلِيمٌ
“O özünü qınadığı halda balıq onu uddu.”
Yunus peyğəmbər balığa yem oldu. Balıq yemini udduqdan sonra gəminin yolunu açdı və onlar öz yollarına davam etdilər.
فَلَوْلَا أَنَّهُ كَانَ مِنْ الْمُسَبِّحِينَ. لَلَبِثَ فِي بَطْنِهِ إِلَى يَوْمِ يُبْعَثُونَ
“Əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı pak sifətlərlə mədh edənlərdən olmasaydı, mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi onun qarnında qalardı.”
Yunus peyğəmbər ilahi cəzaya layiq görülsə də, həmin halda Allahın adı və yadından qafil olmadı. Bəzi rəvayətlərə əsasən, onun zikri ariflər arasında “yunusiyyə” adı ilə tanınan “Qüfeylə” namazının birinci rükətində, “Həmd” surəsindən sonra deyilən “Ənbiya” surəsinin 87-ci ayəsindən ibarət idi. Allahın zikri və yadı ilə onun cəza müddəti azaldı. Əgər o, zikr edənlərdən olmasaydı, qiyamət gününə qədər bir məhbus kimi balığın qarnında qalacaqdı! Yunus peyğəmbər Allahı zikr etməklə əbədi zindanı müvəqqəti zindana çevirdi. Allah-Taala bir müddətdən sonra onu azad edərək, yeni vəzifəyə məmur etdi.
Göründüyü kimi, Yunus (ə) kimi ilahi bir peyğəmbər tələskənliyi və göndərildiyi məntəqəni vaxtından tez tərk etdiyi üçün ilahi əzaba düçar oldu.  Bu əhvalat xalqla yaxşı davranmayan və onlara qarşı öz vəzifələrini layiqincə yerinə yetirməyən rəhbərlərə ibrət dərsidir!

səksən nəfər göstərilir. (“Nurus-səqəleyn”, 2-ci cild, səh.357.)
 . “Nuh” surəsi, ayə 5-9.
 . “Hud” surəsi, ayə 36.
 . “Nuh” surəsi, ayə 26-27.
 . “Tərki-övla” – əməllər arasında ən üstününün tərkinə deyilir. Buna müsəlman qardaşının hacətini həll etmək əvəzində müstəhəb namaz qılanı misal göstərmək olar.
 . “Peyami-Quran”, 7-ci cild, səh.143.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma