İSLAMIN İFFƏTSİZLƏ MÜBARİZƏSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
İslam iffətsizliyin qarşısını almaq üçün xüsusi göstərişlər verdiyi kimi, iffətsiz işlərlə məşğul olanlarla da ciddi mübarizə aparır və bütün müsəlmanları bu müqəddəs mübarizəyə təşviq edir. Biz burada bu haqda bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:
a) Pak insanlar napaklarla (əxlaqsız və s.) evlənməzlər: “Nur” surəsinin 3-cü ayəsində buyurulur:
الزَّانِي لَا يَنكِحُ إلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَالزَّانِيَةُ لَا يَنكِحُهَا إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ وَحُرِّمَ ذَلِكَ عَلَى الْمُؤْمِنِينَ
“Zinakar kişi (təbii ki,) zinakar və ya müşrik qadından başqası ilə evlənməz və zinakar qadını (təbii ki,) zinakar və ya müşrik kişidən başqası almaz. Bu (cür ailə qurmaq iffətlərinə görə) möminlərə qadağan edilib.”
Bu ayə ilə bağlı üç incə mətləb diqqəti cəlb edir:
1. Zinakar, istər kişi olsun, istərsə də qadın, müşrik və bütpərəstlə yanaşı qeyd edilir və bu böyük günaha batıb tövbə etməyənlər Allaha şərik qoşanlarla eyni səviyyəyə enirlər.
2. Möminlər zinakarlara qarşıdır və bu da zinakar və ya iffətsiz işlərə qurşananların imansızlığını aşılayır.
3. Zinakarla möminin evlənməsi haramdır.
Bu məsələdə təfsirçilər arasında iki nəzər mövcuddur:
1. Məqsəd şəri yox, təbii prosesdən yaranan haramdır; yəni mömin möminlə evləndiyi kimi, zinakar da əməli olaraq özü kimi zinakar və ya müşrikə meyil göstərir və nəhayət, onlarla evlənir. Bir sözlə, ayədə şəri göstəriş yox, təkvini-təbii haram və qarşıdurmadan söz gedir.
2. Ayədə şəri haram nəzərdə tutulur, yəni zinakarla mömin əsla evlənə bilməz. Amma tövbə edənlərin və keçmiş günahlarından əl çəkib peşman olanların isə hökmü dəyişilir və artıq möminlərlə evlənə bilərlər.
b) Dünya və axirətdə zinanın ağır nəticələri: Zina və iffətsizliyin ağır və pis nəticələri ilə bağlı nəql olunan hədislərdə bu yolun yolçularına çox ciddi xəbərdarlıqlar verilir. Məsələn, Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) buyurub: “Zina və iffətsizliyə qurşananlar dünya və axirətdə altı bədbəxtliyə düçar olarlar (ki, üçü bu dünyaya, üçü isə axirətə aiddir). Dünyada məruz qalacaqları bədbəxtliklər bunlardır: 1. Ondan iman nuru çəkilər; 2. Cavan ikən ölər (qəfil ölüm); 3. Ruzisi azalar. Axirətdə məruz qalacaqları bədbəxtliklər isə bunlardır: 1. Qiyamət günü hesabı (sorğu-sualı) çətinləşər; 2. Allahın qəzəbinə gələr 3. Cəhənnəmdə əbədi qalar.”
Doğrusu, zinanın dünya və axirətlə bağlı nəticələri olduqca qorxulu və çətindir. Bu hədislə bağlı qarşıya çıxan iki mühüm sualı cavablandırmaq zəruri nəzərə çarpır:
Birinci sual: Hədisdə qeyd edilən “hesabı (sorğu-sualı) çətinləşər” – ibarəsində məqsəd nədir? Allah-Taala qiyamət günü bəndələrin hesab-kitabını çətinləşdirirmi? Hesab-kitabın və sorğu-sualın çətinliyi Allahın ədalət və hikməti ilə uzlaşırmı?
Cavab: Hesab-kitab və sorğu-sualın çətinliyi dedikdə, güzəştsiz mühakimə nəzərdə tutulur ki, bu da Allahın hikmət və ədalətinə zidd yox, əksinə eyni ədalətdir.
İkinci sual: Bildiyimiz kimi, kafirlər, müşriklər və imansız insanlar cəhənnəmdə əbədi qalacaqlar. Amma tövbə etməyən zinakar müsəlmanın cəhənnəmdə əbədi qalması insafdırmı?
Cavab: Həqiqətdə, tövbə etməyən zinakar şəxs dünyadan imansız gedir. Çünki imanla iffətsizlik bir-birinə ziddir və bu isə elə də qəribə bir məsələ deyil.
c) Zinakar qadının körpəyə süd verməsi qadağandır: Bəzən İslam zor tətbiq etmədən iffətsiz əməlin qarşısını almaq istəyir və hətta zinadan əmələ gələn körpənin ana südündən istifadə etməsinə icazə vermir. İmam Kazim (ə) iffətsiz əməl nəticəsində hamilə olub, uşaq dünyaya gətirən bir qadın barəsində soruşulan – “Südəmər uşaq həmin qadının südündən əmsin, ya yox?” suala belə cavab verir: “O qadının uşağına süd verməyə haqqı yoxdur. Nəinki o, hətta onun (zinadan doğulan) qız uşağı belə boya-başa çatıb evləndikdən sonra dünyaya gətirdiyi uşağa süd verə bilməz!”

 . “Kənzül-ümmal”, 5-ci cild, hədis: 13026.
 . “Səginətül-bihar”, 3-cü cild, səh.504.
 . “Səfinətül-bihar”, 3-cü cild, səh.504.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma