14 SƏBİR VƏ TƏMKİN

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Furqan” surəsinin 75-76-cı ayələrində rəhman Allahın həqiqi bəndələrinin on dördüncü səciyyəsi belə açıqlanır:
أُوْلَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا. خَالِدِينَ فِيهَا حَسُنَتْ مُسْتَقَرًّا وَمُقَامًا
“Onlar (rəhman Allahın həqiqi bəndələri) səbirləri müqabilində (cənnətdə) yüksək dərəcələrlə mükafatlandırılar, orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılanarlar! (Onlar) orada əbədi qalacaqlar; (ora) gözəl yer və gözəl məskəndir.”
Bu iki ayədə ilahi bəndələrə verilən mükafat və nemətlərdən, onların axirət aləmindəki məqamlarından söz açılır. Bəli, varlığın Xaliqi ilə sıx rabitədən başlayıb böyük himmət, ailəyə nəzarət və səbrə sahib olanların mükafatı behişt hücrələridir. Yəni bu mükafat səbir və təmkin libasını geyinən şəxslərə məxsusdur. Onlar bəndəçilik qülləsini fəth etməklə elə məqama çatırlar ki, mələklərlə görüşür, salamlaşır və məqamlarınadək müşayiət olunurlar. İlahi bəndələr – bəndəçilik qülləsinin fatehləri səbir və dözümləri müqabilində misilsiz behişt saraylarında məskunlaşacaq və sağlamlıq evi adlanan həmin saraylarda əbədi qalacaqlar. Bu qısa şərhdən sonra yuxarıdakı iki ayənin bəzi ifadələrinin şərhinə başlayırıq:
1. “Ğurfə” (yüksək dərəcələr): Bu sözün əslində bir mənası olsa da, sonralar iki cür işlənib. Bir ovuc suya “ğurfə” deyilir. Talutla Calutun əhvalatından söz açılan “Bəqərə” surəsinin 249-cu ayəsində belə buyurulur:
فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللّهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلاَّ مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ فَشَرِبُواْ مِنْهُ إِلاَّ قَلِيلاً مِّنْهُمْ
“Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: “Həqiqətən, Allah sizi bir çayla sınağa çəkəcək. Bəs, ondan içən, məndən ayrı, içməyən isə məndəndir və əlinə bir ovuc su götürən də istisna edilər (güzəştə gedilər). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər...”
Göründüyü kimi, bu ayədə “ğurfə” ilkin mənasında işlənib. Sonralar bu söz müəyyən bir baxışla evin üst mərtəbəsinə aid edilib. Diqqəti cəlb edən də odur ki, bu söz Quranın yalnız iki ayəsində – “Bəqərə” surəsində ilkin, “Furqan” surəsində isə ikinci mənada işlənmişdir.
Sual: Nə üçün behişt evləri “ğurfə” sözü ilə işlənmişdir?
Cavab: Allah-Taala bu mükafatın əhəmiyyətini aşılamaq istəyir. Çünki keçmişdə camaat arasında binanın üst mərtəbələri bəyənilirdi.
2. “Bima səbəru” (səbirləri müqabilində): Mələklərin pişvazı və salamı ilə Allahın həqiqi bəndələrinə verilən behiştin nur və mənəviyyatla dolu yüksək dərəcələri onların səbir və dözümlərinə görədir və bu da onun bütün səciyyələrdən üstün və dəyərli olduğunu göstərir. Demək, səbir qalan on üç xüsusiyyətə şərait yaradır və onsuz bəndəliyin zirvəsinə qalxmaq qeyri-mümkündür. Odur ki, bu xüsusiyyət mənəvi yönlərdə müvəffəqiyyət rəmzi sayılır və insanın gündəlik işlərində də əzmini artırır. Nəhayət, ilahi bəndələrin cərgəsinə qoşulub behiştin yüksək dərəcələrində məskunlaşması səbir libası olmadan mümkün deyil.
3. “Təhiyyət” və “salam”: “Təhiyyət”lə salam arasında fərq varmı?
Bir çox təfsirlərdə bu iki söz eyni cür mənalandırılır. Məsələn, “insan” və “bəşər” sözləri kimi. Lakin bizim nəzərimizcə, Qurani-Kərimdə sinonim sözlər azdır və hər biri müəyyən məna kəsb edir. “Təhiyyət” daha çox xeyir-dua mənasını ifadə edir. Misal üçün, iki nəfərin bir-birinə dediyi sözlərdən biri “sağ o!” – təşəkkürüdür. Bu özü bir növ xeyir-duadır. “Salam” sözünün əhatəsi isə nisbətən azdır və deyilən kəs tərəfindən yalnız qarşı tərəfin sağlamlığına müsbət mövqeni bildirir.
Deməli, mələklər səbrin sayəsində bir çox səciyyəvi xüsusiyyətlərə və behişt dərəcələrinə sahib olan Allahın həqiqi bəndələri üçün ali sağlam həyat diləyirlər.
4. Behişt və əbədi həyat: İnsanları daim nigaran edən fikirlərdən biri ömür və nemətlərin müvəqqəti olmasıdır. Sərvət, məqam, vəzifə, ictimai mövqe, maşın, ev, abır-həya və s. mümkündür, bir anda itirilsin. Odur ki, dini dünyanın ötəri nemətlərinə bağlanmağa dair xəbərdarlıqlar çoxdur. Bu fikir ağıllı insanlar tərəfindən də normal qarşılanır. Amma behiştin nemətləri barədə belə nigarançılıqlara yer yoxdur. Allah-Taala “xalidinə fiha” (orada əbədi qalacaqlar) ibarəsi ilə ardıcıl olaraq bəndələrini salam və xeyir-dua ilə birgə behiştin ali dərəcələrinə nail olacaqlarını müjdələyir.
5. “Müstəqərr” və “muqam” (yer və məkan): Bu iki sözün arasındakı fərq odur ki, “müstəqərr” yalnız yerləşməyi, “muqam” isə yerləşməklə yanaşı həmin yerin davamlı olduğunu ifadə edir. Demək, behiştin yüksək dərəcələri kirayə evləri kimi müvəqqəti yox, daimidir.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma