GİZLİ ŞİRK

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
İslamda şirk anlamı yalnız zahiri əşya və varlıqlarda tamamlanmır və gizli şirk adlı daha təhlükəli bir məsələ diqqət mərkəzində durur. “Yusuf” surəsinin 106-cı ayəsində buyurulur:
وَمَا يُؤْمِنُ أَكْثَرُهُمْ بِاللّهِ إِلاَّ وَهُم مُّشْرِكُونَ
“Onların (dünyada insanların) çoxu Allaha ancaq şərik qoşaraq (şirkə düçar olaraq) iman gətirərlər.”
Bu ayənin məzmununun aydınlaşması üçün tövhidin dərəcələri haqda söz açmağı lazım bilirik:
1. İbadətdə tövhid: İnsan yalnız Allaha baş əyməli, Onun dərgahında səcdə qılmalıdır. Demək, Allahdan başqasına, istər peyğəmbərə, istər əhrimənə, istərsə də daş və ağacdan yonulmuş bütə səcdə bütünlüklə şirk sayılır. Buna şirkin aşkar nümunəsi deyilir.
2. İtaətdə tövhid: Bəndə yalnız və yalnız Allahın əmrinə təslim olmalı, Onun əmr və qadağalarına riayət etməlidir. İmam Baqir (ə) yuxarıdakı ayənin təfsirində buyurur: “Ayədə ibadətdə yox, itaətdə şirk nəzərdə tutulur.”
İnsanların əksəriyyəti bu şirkə düçar olur. Həqiqətdə onlar bütün günahlara, şeytanın əmri və nəfsin istəkləri nəticəsində müsbət cavab verir və onlara itaət edirlər. Günah itaətdə şirk hesab olunduğu kimi, bəzi rəvayətlərdə bir sıra sözlərə qulaq asmaq da şirk adlandırılır. Məsələn, “Danışana qulaq asan ona pərəstiş edir: əgər o, Allah tərəfindən olsa, dinləyici Allaha, şeytan tərəfindən olsa, şeytana pərəstiş edir.”
3. Xilqətdə tövhid: Aləmdə Allahın pak zatından başqa müstəqil təsir qüvvəsi yoxdur, hər bir şey Onun izni və icazəsi ilə təsir göstərir. Allahdan başqasını öz müqəddəratı və taleyinə hakim bilən, ruzisini, izzət və sairi Ondan başqasında axtaran, bir sözlə, Allahdan başqasına güvənən şəxs, şübhəsiz, müşrikdir və Allaha şərik qoşur.
Allah-Taala “Ənkəbut” surəsinin 41-ci ayəsində belələrini maraqlı təmsilə çəkir:
مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاء كَمَثَلِ الْعَنكَبُوتِ اتَّخَذَتْ بَيْتًا وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنكَبُوتِ لَوْ كَانُوا يَعْلَمُونَ
“Allahdan başqasını (Onun müqabilində) özlərinə hami və yardımçı güman edənlər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş, biləydilər!”
Allahdan qeyrisinə sığınmaq, hörümçək yuvası kimi, ən zəif evə pənah aparmağıdır. Bəli, bütün sərvətlər, vəzifələr, qoşunlar, qüdrətlər, saraylar, silahlar və s. uca Allahın yenilməz və sonsuz qüdrəti müqabilində olduqca zəif hörümçək toruna bənzəyir. Aydındır ki, sağlam ağıl heç vaxt hörümçək yuvasını özünə sığınacaq yeri seçməz. Təkallahçı və ilahi insanlar Allahından başqasına söykənmir və Ondan qeyrisinə əl uzatmırlar.
Həzrət İbrahimi (ə) tonqala atılarkən heç bir qorxu hissi keçirmədən iman dolu qəlblə, aram ruhla, gülərüzlə, yəqinliklə özünü atəşə təslim edir. Bu zaman Cəbrail (ə) özünü ona çatdırıb “Ey İbrahim, bir istəyin varmı?” – deyə soruşduqda, İbrahim (ə) belə cavab verir: “Səndən heç bir istəyim yoxdur!” Onun istəyi yalnız Allahdandır və hətta Cəbrailə belə əl uzatmır.
Doğrudan da, Allaha iman və inam insanda necə qüvvət yaradır, baş verən ən çətin hadisələrdə belə, qəlbi sarsılmır və hətta Cəbrail-Əmindən hacət diləmir.
4. Hakimiyyətdə tövhid: Hakim yalnız Allahdır. Allahın və məxluqunun hakimliyinə eyni gözlə baxanlar şirkə yol verirlər. Təkallahçının etiqadına görə, hakimiyyət yalnız Allaha məxsusdur və bütün peyğəmbərlər insanları Onun hakimiyyəti altına çağırırlar. Bu ilahi vəzifə Peyğəmbərdən (s) sonra özü təyin etdiyi məsum imamlara, onlardan sonra isə “qeyb dövrü”ndə imam Zamanın (ə) nümayəndəliyini daşıyan ədalətli müctəhidlərə həvalə edilib. Əlbəttə, xalq, hökumətin qolu sayılır və onların hakimiyyətdə iştirakı zəruridir. Demək, İslamda hakimiyyətin kimə mənsubluğu böyük rol oynayır. Təəssüflər olsun ki, bəziləri söz və ifadələri ilə şirkə şərait yaradırlar. Məsələn, siyasətçilərdən biri deyirdi ki, hakimiyyət və ya camaatın istəyi və səs verdikləri sözsüz icra olunmalıdır; əgər onların istəyi dindirsə, cəmiyyətə dini, əks-təqdirdə, qeyri-dini qanunlar hakim olmalıdır. Biz yalnız Allaha tabe olmalı və camaatın səsinə də Allahın razılığı və şəriət qanunları çərçivəsində yer verilməlidir.
5. Malikiyyətdə tövhid: Hər bir şeyin həqiqi maliki yalnız Allahdır və bizə verilənlər də əmanət sayılır. Odur ki, həyatda Onun bəyəndiyi ölçülərlə yaşamalı, malımızı da Onun razılığı yolunda xərcləməliyik. Qarun kimi hər şeyi şəxsi əmlakımız bilməməli, onları elm, bilik, zəka və zəhmətimizlə əldə etdiyimizi güman etməməliyik. O zaman hamıya ibrət üçün Allah-Taala yerə əmr edir ki, Qarunu bütün mal-dövləti ilə birgə udsun. Yer yarılaraq hamını heyrətə gətirir və onu, sarayını və bütün sərvətini udur!
6. Qanunvericilikdə tövhid: Bizim əqidəmizə görə, qanunvericilik yalnız Allaha məxsusdur və bəşəri qanunlar da dini istiqamət almalıdır. Qanunvericilikdə ən mühüm məsələ ədalətdir ki, onu yalnız varlıq aləminin yaradanı kamil ifadə edə bilər. Amma insana xas qanunçuluq və qanun maddələri mənafe üzrə olduğundan şirk və ədalətsizliklərlə qarışıq olur.

 . “Mizanul-hikmət”, bölmə: 3388, hədis: 16930.
 . “Xeyir və şər” predmeti haqda geniş məlumat əldə etmək istəyənlər “Peyami-Quran” kitabının 4-cü cildinin 485-ci səhifəsinə müraciət etsinlər.
 . “Əl-bürhan” təfsiri, 2-ci cild, səh.274.
 . “Biharul-ənvar”, 2-ci cild, səh.94, hədis: 30, 26-cı cild, səh.239 (Peyğəmbəri-Əkrəmdən (s) nəql olunur); 69-cu cild, səh.246 (imam Sadiqdən (ə) nəql olunur.)
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma