TÖVBƏ VƏ ALLAHA QAYIDIŞ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Tərbiyənin üsullarından biri də islaha imkan verilməsidir. Günahkarlar heç vaxt düz yola qayıda bilməyəcəklərini düşünməməlidirlər. Bəziləri elə fikirləşir ki, onsuz da cəhənnəmə gedəcək, nə üçün dünyada qəm-qüssə çəkməlidir?! Necə deyərlər, islanmışın yağışdan nə qorxusu! Amma onun üzünə Allahın əfv və məğfirəti, ümid səhifələri açıldıqda, həyatı tamamilə dəyişilir, onda günahdan uzaqlaşmağa, paklıq və islaha doğru şövq yaranır. Buna görə də ümid hissi belə insanlar üçün həmişə psixoloji-tərbiyəvi əhəmiyyət daşıyır. Tövbə qapısı hətta müşriklərin, qatillərin, zinakarların da üzünə açıqdır! Hətta son nəfəsə qədər tövbə mümkündür və ömrünün son anlarında belə Allahın dərgahına ixlasla üz tutub tövbə edən bağışlanacaq. Zəngin İslam maarifini dualarında bəyan edən imam Səccad (ə) “Taibin” münacatında Allahın geniş lütf və mərhəmətindən üz döndərənlərə təəccüb edərək deyir: “İlahi, Sən bəndələrinin üzünə əfv və məğfirət qapısını açan, hamını ona doğru dəvət edən və rəhmət dəryandan bəhrələndirən Allahsan! Ey mənim Rəbbim, bu qapıya gəlməyənlər və ondan qafil olanların bəhanəsi nədir?”
Yeri gəlmişkən, unutmamalıyıq ki, pozduğumuz hər hansı yarımçıq tövbələrimiz də təsirsiz deyildir! Məsələn hər hansı idman növü üzrə dünya qəhrəmanı heç vaxt birdən-birə ona nail olur. Bütün bunlar ardıcıl məşqlərin nəticəsidir. Yarımçıq tövbələr də, insanın ruhunda həmin xasiyyətə malikdir və günahın tərkində gücü artıraraq xalis tövbəyə imkan yaradır. Hər halda, heç zaman ümidsizliyə qapılmamalı, daim möhkəm iradə ilə Allahın geniş dərgahına üz tutaraq tövbə etməli, Allahın istəyi ilə xalis tövbəyə nail oluncaya qədər çalışmalıyıq!

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma