MƏNƏVİ HƏYAT

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Qurani-Kərimə görə, həyat mənəviyyatla məna kəsb edir və onsuz həyat puçdur.
İnsanların çoxu zahirən diri olsalar da, yəni nəfəs alıb-versələr də, yemək yesələr də, işləsələr də, nəsil artırsalar da, cəmiyyətdə qürur və təkəbbürlə dolansalar da, Qurani-Kərim onları ölü adlandırır. “Ənfal” surəsinin 24-cü ayəsində bu haqda belə buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُمْ ...
“Ey iman gətirənlər, (Peyğəmbər) sizi həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Peyğəmbərin çağırışını qəbul edin...”
Belə ayələr zaman və məkana görə ölçülmür və hər kəsə şamildir. Biz də ona şamil oluruq. Allah-Taala bu ayədə diri və maddi həyata malik olan insanları yeni həyat verən şeyə dəvət edir və bu da məhz mənəvi həyatdır. “Nəml” surəsinin 80-81-ci ayələrində bu mətləb daha aşkar bəyan edilir:
إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاء إِذَا وَلَّوْا مُدْبِرِينَ. وَمَا أَنتَ بِهَادِي الْعُمْيِ عَن ضَلَالَتِهِمْ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِآيَاتِنَا فَهُم مُّسْلِمُونَ
“(Ey Peyğəmbər!) Şübhəsiz, sən (sözünü) ölülərə eşitdirə bilməzsən və öz dəvətini üz çevirib dönən karlara çatdıra bilməzsən. Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (həqiqətən) iman gətirənlərə eşitdirə bilərsən. Elə buna görə də, (onlar Bizim müqabilimizdə) təslimdirlər.”
Ayədə qeyd olunan “ölülər” torpaq altında yatanlar deyil, əksinə maddi həyata malik və mənəvi həyatdan uzaq, eşidən qulaqları, və görən gözləri olmayan diri insanlardır. Belələri haqq sözü eşitməz, Peyğəmbəri-Əkrəm (s) Quran tilavət etdiyi zaman barmaqları ilə qulaqlarını tutar, hələ libaslarını da başlarına çəkərlər! Onlara ən böyük hidayətçi və xilaskarın sözü belə təsir etməz. İmam Əli (ə) Kumeyl ibn Ziyada buyurur: “Sərvət yığanlar zahirdə dirilərin sırasında olsalar da, ölüdürlər. Alimlər isə dünya durduqca diridirlər. Onların ruhu dünyadan getsə də, çöhrələri qəlblərdə (və xatirələrdə) yaşayır.”
Bu hədisdə bir neçə məsələ diqqəti cəlb edir:
1. İmam Əli (ə) mal-dövlət toplayıb, nə özləri, nə də başqalarının bəhrələnməsinə icazə verən sərvətliləri ölü adlandırır.
2. Cəmiyyətin inkişafı üçün çalışan din alimləri, imam Əlinin (ə) təbirincə, “rəbbani alimlər” həmişə diri və mənəvi həyata sahibdirlər, hətta dünyalarını dəyişsələr belə! Çünki onların adı və xatirəsi, düşüncələri, əsərləri, təlimləri və şagirdləri yaşayır və bu da onları yaddaşlarda əbədi saxlayır.
İslam nöqteyi-nəzərindən hər bir şeyin həyat və ölümü onun təsiri və bərəkətindən asılıdır. Xeyir-bərəkəti davamlı olan hər bir şey xarici vücudu olmasa da, diri, xeyir-bərəkəti və müsbət təsiri olmayan şey isə diri olsa da, ölüdür. Elə buna görə də, İslam mədəniyyətində haqqı eşitməyənlərə “kar”, həqiqəti görməyənlərə isə “kor” deyilir.

 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 147.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma