ALLAHDAN QORXU

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Bəhsimizin əvvəlində qeyd olundu ki, ilahi övliyalar və bəndələr Allahdan ən çox qorxanlardır. Burada belə bir sual qarşıya çıxır ki, Allahdan qorxu nə deməkdir?!
Cavab: Bu haqda Qurani-Kərimdə müxtəlif təbirlər nəzərə çarpır:
1. يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ “(Allahın həqiqi bəndələri) ağrılı əzabdan qorxurlar.”
2. يَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا “Onlar (Allahın həqiqi bəndələri) əzabı hər yeri əhatə edən gündən qorxarlar.”
3.وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ  “Rəbbinin (hər şeyi) əhatə edən hökmranlığından və ya Rəbbinin məqamından (Rəbbinin hüzurunda dayanmaqdan) qorxan kəs üçün iki cənnət vardır.”  Başqa bir ayədə isə belə buyurulur:وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَى. فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى  “Amma öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub, nəfsini həvayi–həvəsdən saxlayanın yeri, şübhəsiz, cənnətdir.”
4. يَخَافُونَ رَبَّهُم “Onlar öz Rəbbindən qorxurlar.”
Bir sözlə, Allahın həqiqi bəndələri qiyamət günündən, cəhənnəmin odundan, Allahın hüzurunda dayanmaqdan və Allahın Özündən qorxsa da, O, mehriban və bağışlayandır, rəhman və rəhmlidir, hətta rəhm edənlərin ən rəhmlisidir, bizim ibadətimizə ehtiyacı yoxdur və ən böyük günahlarımız belə Onun kibriyasına yaxın düşə bilməz. Görəsən, Onun Özündən qorxunun mənası nədir?
Bu suallara “Rəbbinin  (hər şeyi) əhatə edən hökmranlığından və ya Rəbbinin məqamından qorxan kəs üçün iki cənnət vardır.” – ayəsində cavab verilir. Rəbbin məqamı ilə bağlı müxtəlif təfsirlər verilir və biz burada iki nümunəni qeyd etməklə kifayətlənirik:
1. Məqsəd Allahın gözətçi və nəzarətçi olmasıdır. Yəni Allahın həqiqi bəndələri o kəslərdir ki, Allahın daim onlara nəzarət etdiyini bilirlər. İmam Xomeyninin (r.h.) sözü ilə desək: “Aləm Allahın hüzurundadır, Allahın hüzurunda günah etməyin.” Onlar Allahın nəzarətindən qorxurlar. Bu etiqadın insan tərbiyəsində böyük rolu vardır. Özünü daim möhtərəm bir baxış altında olduğunu hiss edən kəs heç vaxt əyri addım ata bilməz və bütün əməl və rəftarları ölçü əsasında olar.
2. Məqsəd Allah-Taalanın ədalət məqamıdır. İlahi bəndələr həqiqətdə Allahın ədalətindən qorxurlar. Onlar bilirlər ki, əgər Allah bizimlə sırf ədalətlə rəftar edərsə, heç kimin aman tapmağına ümid yoxdur. Təəssüf ki, biz çox vaxt incə məsələlərə diqqət yetirmir, həmişə ölçü əsasında hesab-kitab aparmırıq. Məsələn, əgər bir şəxs yetkinlik çağından sonra otuz il sürdüyü ömrü ərzində orta hesabla gündə bir günah edərsə, ildə 365 günah olar. Onu 30-a vurduqda, on mindən artıq günah toplanar! Görəsən, bu qədər günaha bulaşan insan Allahın ədalət məqamından qorxmamalıdırmı? Əslində, günaha qurşanmayan və həmişə haqq yolda addım atanlar Onun ədalətindən qorxmamalıdır. Necə ki, günahsız insan polis məmurları və məhkəmə qazilərinin kənarından keçsə də, onlardan qorxmur. Hesab-kitabı pak və dəftəri ağ olanın mühakimədən qorxusu olmaz.
Deyilənlərdən belə qənaətə gəlirik ki, bəndələr Allahın ədalət məqamından yox, həqiqətdə, öz əməllərindən qorxurlar və Allahdan qorxu hissi əməllərlə bağlıdır.

 . “Zariyat” surəsi, ayə 37.
 . “İnsan” surəsi, ayə 7.
 . “Ər-rəhman” surəsi, ayə 46.
 . “Naziat” surəsi, ayə 40-41.
 . “Nəhl” surəsi, ayə 50.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma