1. NƏ İNFAQ EDƏK?

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Bu suala “Ali-İmran” surəsinin 92-ci ayəsində belə cavab verilir:
﴿لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُواْ مِن شَيْءٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ﴾
“Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir.”
Bu ayəyə əsasən, infaq malın ən yaxşısından olmalıdır ki, infaq edən şəxs xeyirxahlığın zirvəsinə nail ola bilsin. Maraqlı bir hədisdə belə oxuyuruq: “İmam Sadiq (ə) həmişə “şəkər” infaq edərdi. O həzrətdən: “Nə üçün şəkər infaq edirsiniz?” – deyə soruşduqda, Həzrət buyurdu: “Mən şəkəri çox istəyirəm. Allah-Taala Qurani-Kərimdə göstəriş verir ki, sevdiyiniz şeylərin ən yaxşısından Allah yolunda xərcləyin. Buna görə də, möhtaclara şəkər paylayıram.”
İmam Rzanın (ə) əhvalatında belə oxuyuruq: “Süfrə açıldıqda, böyük bir qab gətizdirib, ona hər yeməkdən bir miqdar tökərək tövsiyə edərdi ki, onları möhtaclara paylasınlar. Özü isə bundan sonra süfrəyə əl uzadardı.”
Demək, yaxşılıq və xeyirxahlığın zirvəsinə nail olmaq istəyənlər dünya malına bağlılığı qırmaq üçün Allah yolunda keyfiyyətli mallardan xərcləməlidirlər. Əlbəttə, bunun mənası o deyil ki, bəyənilməyən, xüsusilə, ehtiyacsız qalan malları möhtaclara vermək olmaz, əksinə “birr” (yaxşılıq və xeyirxahlıq) məqamına çatmaq üçün malın ən yaxşısını bəxş etmək lazımdır.

 . “Nurus-səqəleyn”, 1-ci cild, səh.363, hədis: 235.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma