İNFAQIN İSLAMDA MÖVQEYİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Qeyd edilən mənaya əsasən, infaq həqiqətdə yaradılış aləminə hakim ümumi bir qanundur və bütün məxluqat ona əməl edir və hər biri öz dairəsində xidmətlə məşğuldur. Məsələn, dünyanı işıqlandıran günəş daim infaq halındadır – bütün dünya varlıqları onun nur və istiliyindən bəhrələnir, o isə onlara möhtac deyil və hər gün infaqı nəticəsində çəkisi azalır. Yaşadığımız yer kürəsi də yeraltı və yerüstü xəzinələrini öz sakinlərinə – insanlara, heyvanlara, həşəratlara, quşlara və digər varlıqlara daim infaq etməkdədir.
Heyvanlar da biz insanlara infaq edir – bal arısı şirin balını, südverən heyvanlar dadlı südünü və əti halal olan heyvanlar bütün varlığını insanlara hədiyyə edirlər. Bir sözlə, varlıq aləmində bütün məxluqatı “infaq” qanununa tabedir.
İnsanlar varlıq aləmində yeganə məxluqdurlar ki, ümumi “infaq” qanunundan üz çevirib paxıllıq və xəsisliyə yol verirlər. Halbuki onlar da digər varlıqlar kimi, başqalarını öz imkanlarında şərik etməli, mal-dövlətindən, sərvət, vəzifə, elm və bilik, abır-heysiyyət, bir sözlə, “infaq” qanunu ilə uzlaşmalıdırlar. Quran ayələrində möhtac və yoxsullara yardımla bağlı ciddi göstərişlər gözə dəyir ki, burada onların bəzilərini qeyd etməklə kifayətlənirik:
1. “Hədid” surəsinin 7-ci ayəsində “infaq”la əlaqəli incə bir ibarə işlənib:
﴿آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَأَنفِقُوا مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ فَالَّذِينَ آمَنُوا مِنكُمْ وَأَنفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ﴾
“Allaha və Onun Peyğəmbərinə iman gətirin və sizi üzərində (özünə) canişin etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin. Beləliklə, sizdən iman gətirib (Allah yolunda mallarını) xərcləyənlərin (axirətdə) böyük mükafatı olacaq.”
Bu ayədə iki incə mətləb diqqəti özünə cəlb edir:
a) İnfaqın imandan sonra dərhal qeyd edilməsi onun böyük əhəmiyyətini aşılayır.
b) Ayədə buyurulur ki, ”sizi üzərində özümə canişin etdiyim şeydən (mallardan Allah yolunda) xərcləyin.” Yəni sahib olduğunuz mal-dövlət özünüzün deyil və onun həqiqi maliki Allahdır. Onu bir neçə günlük sizin ixtiyarınıza vermişdir ki, həm özünüz bəhrələnəsiniz, həm də başqalarına kömək edəsiniz. Həqiqi malik Allah, biz isə Onun əmanətdarlarıyıq və bir müddət sonra ölüm bizi haqlayaraq, sahib olduqlarımızdan ayıracaq. Şübhəsiz, Allah yolunda xərclənənlər isə əbədidir. Necə ki, “Nəhl” surəsinin 96-cı ayəsində belə buyurulur:
﴿مَا عِندَكُمْ يَنفَدُ وَمَا عِندَ اللّهِ بَاقٍ﴾
“Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir.”
2. “Ənfal” surəsinin 2-4-cü ayələrində “infaq”ın yüksək məqamı belə təsvir olunur:
﴿إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ. أُوْلَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ﴾
“Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəblərinə təvəkkül edərlər. Onlar namaz qılar və (həm maddi, həm də mənəvi) ruzi verdiyimizdən (Allah yolunda) xərcləyərlər. Onlardır həqiqi möminlər! Onlar üçün Rəblərinin yanında dərəcələr, məğfirət, gözəl və bəyənilmiş ruzi vardır.”
Bu ayələrə əsasən, möminlər beş xüsusiyyətə malikdirlər:
1. Allahın adının zəhmindən qorxu hissi;
2. İmanın artımı;
3. Allaha təvəkkül;
4. Namaz qılmaq;
5. Allah yolunda infaq.
Diqqəti cəlb edən odur ki, ayənin əvvəli, sonu bu xüsusiyyətlərə malik olanları mömin adlandırır, onlardan qeyrilərini isə möminlərin zümrəsindən kənar hesab edir. Yəni infaq etməyən və malını Allah yolunda xərcləməyən müsəlman şəxs mömin sayılmır.

 . “Bəqərə” və “Ənfal” surəsi, ayə 3; “Həcc” surəsi, ayə 35; “Qəsəs” surəsi, ayə 54; “Səcdə” surəsi, ayə 16; “Fatir” surəsi, ayə 29; “Şura” surəsi, ayə 38.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma