DUANIN ƏHƏMİYYƏTİ İLƏ BAĞLI MƏQAMLAR

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
1. Dualar, məxsusən məsumların duaları böyük əxlaq və tərbiyə dərsləri ilə doludur. Məsələn, “Nüdbə duası” məzmununa görə imamət və vilayət dərsidir. Özündə yüksək ilahi maarifi əks etdirən “Ərəfə duası” tövhid və yeganəpərəstliyin tərcümeyi-halıdır. “Kumeyl duası” bizə tövbə, özünütərbiyə və nəfslə mübarizə dərsini aşılayır. “Məkarimul-əxlaq duası” İslam əxlaqı ilə bağlı kamil dərslikdir.
2. Dua insana diqqət yetirmədiyi və unutduğu məsələləri xatırladır. Buna mübarək Ramazan ayında gündəlik namazlardan sonra oxunan aşağıdakı duanı misal çəkə bilərik:
اَللّـهُمَّ اَدْخِلْ عَلى اَهْلِ الْقُبُورِ السُّرُورَ
“İlahi, qəbiristan əhlinə şadlıq bəxş et!
 اَللّـهُمَّ اَغْنِ كُلَّ فَقير
İlahi, bütün yoxsulları ehtiyacsız et!
اَللّـهُمَّ اَشْبِعْ كُلَّ جائِع
İlahi, bütün acları doyuzdur!
اَللّـهُمَّ اكْسُ كُلَّ عُرْيان
İlahi, libası olmayan bütün çılpaqları geyindir!
 اَللّـهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدين
İlahi, bütün borcluların borclarını ödə!
 اَللّـهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوب
İlahi, bütün çətinliyi olanları qəm-qüssədən xilas et!
اَللّـهُمَّ رُدَّ كُلَّ غَريب
İlahi, bütün qəribləri (vətənlərinə) qaytar!
 اَللّـهُمَّ فُكَّ كُلَّ اَسير
İlahi, bütün əsirləri əsirlikdən qurtar!
 اَللّـهُمَّ اَصْلِحْ كُلَّ فاسِد مِنْ اُمُورِ الْمُسْلِمينَ
İlahi, müsəlmanların işlərindəki hər hansı fəsadı islah et!
 اَللّـهُمَّ اشْفِ كُلَّ مَريض
İlahi, bütün xəstələrə şəfa ver!
 اللّهُمَّ سُدَّ فَقْرَنا بِغِناكَ
İlahi, sərvətinlə yoxsulluğumuzu aradan qaldır!
اَللّـهُمَّ غَيِّر سُوءَ حالِنا بِحُسْنِ حالِكَ
İlahi, gözəl halınla uğursuzluğumuzu dəyişdir!
 اَللّـهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ وَاَغْنِنا مِنَ الْفَقْرِ
İlahi, borclarımızı ödə və bizi yoxsulluqdan qurtar!
 اِنَّكَ عَلى كُلِّ شَيء قَديرٌ
Həqiqətən, Sən hər şeyə qadirsən!”
Bu dua insanın il boyu unutduğu əsaslı məsələləri yada salır. İnsana öyrədir ki, dünyadan gedənlərin fikrində olsun, yoxsulların ehtiyaclarını aradan qaldırsın, acları doyuzdursun, münasib geyim tapa bilməyənlərə yardım etsin, borclarını ödəyə bilməyənlərin borcunu qaytarmaq üçün bir çarə fikirləşsin, dərdi olanların qəm-qüssəsini aradan qaldırsın (nəinki artırsın), yolda qalmış müsafirlərə və vətənindən ayrı düşənlərə kömək etsin, zaman ötdükcə yaddaşlardan silinən məhbusların azadlığı üçün addım atsın, cəmiyyəti bürüyən fəsadların islahı üçün çalışsın, müsəlman xəstələrin şəfası üçün əlini duaya qaldırsın və s.
Bəzən insan işinin çoxluğundan öz vəziyyətindən belə qafil olur. O zaman bu dua onu öz yadına salır və ona xatırladır ki, mübarək Ramazan ayı kimi dəyərli bir vaxtlarda ruhi və cismi, maddi və mənəvi gərginliklərinin çarəsi haqda düşünsün, qəflət pərdələrini aradan qaldırsın və hər bir işə qadir olan varlıqdan yardım diləsin. Demək, duaların insanı qəflət yuxusundan ayıldan dəyərli xassəsi vardır.
3. Duanın qəbul şərtlərindən biri iş və fəaliyyətdir. Dua mədəniyyətilə tanış olanlar bilirlər ki, dua insanı iş və fəaliyyətə cəlb edir, onu süstlük və tənbəllikdən çıxarır.
Allahdan yaxşı ailə, saleh zövcə və nümunəvi övlad istəyən şəxs ülvi hədəflərə çatmaq üçün, bütün qüvvəsini səfərbər etməli, mümkün olmayanı Allahdan diləməlidir.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma