10 BİHUDƏ İŞLƏRƏ ETİNASIZLIQ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Rəhman Allah, həqiqi bəndələrin onuncu səciyyəsini belə açıqlayır:
وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا
“...və  onlar bihudə və boş şeyin yanından etinasız və alicənablıqla keçərlər.”
Allahın həqiqi bəndələri bihudə və boş işlərə əhəmiyyət verməz, belə yığıncaqlarda iştirak etməz, onların kənarından alicənablıqla keçər və əsla etina etməzlər.
Qurani-Kərimdə bihudə işlərə etinasızlıqla bağlı bir sıra ayələr gözə çarpır ki, burada onların neçəsinə işarə edirik. Məsələn, “Muminun” surəsinin 3-cü ayəsində belə buyurulur:
وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ
“(Həqiqi möminlər) bihudə və boş işlərdən tamamilə üz döndərirlər.”
“Qəsəs” surəsinin 55-ci ayəsində möminlər belə vəsf edilir:
وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ وَقَالُوا لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ سَلَامٌ عَلَيْكُمْ لَا نَبْتَغِي الْجَاهِلِينَ
“(Möminlər) boş bir söz (istehza, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərər və deyərlər: Bizim əməllərimiz özümüzə, sizin əməlləriniz də özünüzə aiddir. Bəs, salamat qalın! Bizim cahillərlə dostluq və yoldaşlığımız tutmaz.” Yersiz və boş-boş danışmaq, mücadilə və mübahisə möminlərə yaraşan xislət deyil. “Vaqiə” surəsinin 25-ci ayəsində behişt əhli belə vəsf edilir:
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا
“(Behişt əhli) cənnətlərdə əsla bihudə və günah sözlər eşitməzlər.” Yersiz söhbətlərdən daşınma hətta behişt nemətlərindən biri kimi tanıtdırılır.
Qeyd edilən ayələrə əsasən, bihudə və boş sözlərdən çəkinmə, yersiz işlərdən uzaqlaşma iman nişanəsi, Allahın həqiqi bəndələri və behişt əhlinin səciyyəsidir.

 . “Furqan” surəsi, ayə 72.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma