BEHİŞT VƏ CƏHƏNNƏMİN XİLQƏTİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Sual: Behişt və cəhənnəm hal-hazırda mövcuddurmu? Allah-Taala onları yaradıbmı, yoxsa bu dünya sona çatdıqdan sonra yaradacaq? Behişt və cəhənnəm əməllərin nəticəsidirmi?
Cavab: Quran ayələrindən belə başa düşülür ki, behişt və cəhənnəm hal-hazırda mövcuddur və hədislərə əsasən, yaxşı və pis əməllər onlara quruluş verir. Yaxşı əməllər  behiştin, pis əməllər isə cəhənnəmin təzahürüdür! Biri behişt, digəri isə cəhənnəmdən söz açan iki ayəyə diqqət yetirək:
1. “Ali-İmran” surəsinin 133-cü ayəsində buyurulur:
وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ
“Rəbbiniz tərəfindən olan məğfirətə və genişliyi göylər və yer qədər olan (və) təqvalılar üçün hazırlanmış cənnətə doğru tələsin.”
Bu ayənin zahiri, xüsusilə, “uiddət lil-muttəqin” (təqvalılar üçün hazırlanmışdır) – ibarəsi behiştin hal-hazırda mövcudluğunu aşılayır.
2. “Ənkəbut” surəsinin 54-cü ayəsində cəhənnəmin hal-hazırda mövcud olması barədə belə buyurulur:
وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ
“Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Halbuki cəhənnəm kafirləri əhatə edib.”
Bu ayələrdən belə başa düşülür ki, behişt və cəhənnəm hazırda mövcuddur və lakin qiyamət günü pərdələr kənara çəkildiyi zaman onun həqiqi mahiyyəti bizə məlum olacaq.

 . Behişt və cəhənnəmin qapıları haqda sonrakı bəhslərdə yeni şərhlər veriləcəkdir.
 . İslam Peyğəmbəri (s) buyurur: “La ilahə illəllah” deyən şəxs onu təkrar etdikcə, behiştdə bir ağac əkilir.” (“Mizanul-hikmət”, bölmə: 567, hədis: 2781.) Bu və bu kimi rəvayətlərdən başa düşülür ki, behişt hal-hazırda mövcuddur və onu fəaliyyətə salan əməllərimizdir.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma