NƏ ÜÇÜN TƏVAZÖKARLIQ?

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Sual: Nə üçün Allah-Taala həqiqi bəndələrin səciyyələrinə təvazökarlıqla başlayır?
Cavab: Dini dünyagörüşə əsasən, təkəbbür və lovğalıq bütün bədbəxtliklərin qaynağı sayılır və hətta Allahı, peyğəmbərləri, ilahi elçiləri, məadı, bütün dəyər və yaxşılıqları insana unutdura bilir! Bu müddəaya dəlillər çoxdur və biz burada onların bir neçəsini qeyd etməklə kifayətlənirik:
1. Şeytanı Allahın dərgahından qovduran təkəbbür olub. Allah-Taala Adəmi yaratdıqdan sonra mələkləri və İblisi sınaqdan keçirmək istəyir. Allah-Taala onlara “Adəmə səcdə və təzim edin!” – deyə buyurduqda, bir nəfərdən başqa, bütün mələklər Allahın əmrinə itaət edərək, sorğu-sualsız Adəmə səcdə edirlər!
إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
“Yalnız İblis boyun qaçıraraq təkəbbürlük göstərdi və (Allahın əmrinə baş əymədiyi üçün) kafirlərdən oldu.”
İblis təkəbbürün ucbatından Rəbbin əmrindən boyun qaçırmaqla küfr etdi. Təkəbbürün nəticəsi küfr və imansızlıqdır. Təkəbbür şüur və düşüncənin qarşısını kəsən böyük manedir. Təkəbbür və lovğalıq nə qədər artarsa, ağıl və şüur bir o qədər azalır.
Şeytan nə etdiyini anlamayıb Allaha dedi: “Mən qoxulu palçıqdan yaranmış Adəmə səcdə etmərəm!” O, Adəmin yalnız maddi yönü və zahirinə nəzər sala bildi və onun xilqətindəki sirləri, mələklərin müəllimi və məxluqatın şərəflisi seçildiyini dərk edə bilmədi! Onun qürur və özündənrazılığı o yerə çatdı ki, Allaha etiraz edərək dedi: “Nə üçün bu əmri verdin! Mən Adəmlə müqayisə ediləsi deyiləm! Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. Od gildən üstündür!”
Təkəbbür xisləti elə həddə çatır ki, hətta məxluqu Xaliqə qarşı etiraza qaldıra bilir. İblis daha sonra Allaha belə dedi:
فَأَنْظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ
“Mənə onların (Adəmin və övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver.”  Allah da ona möhlət verdi.
Sual: Şeytanın Allahdan möhlət almaqda məqsədi nə idi?
Cavab: Adəm və övladlarından intiqam! O, elə əvvəldən Adəmi özünün düşməni sandı və onun övladlarını zəlalətə salmaq üçün Allahdan qiyamətə qədər möhlət aldı. Təkəbbür ona xətasını dərk etməyə icazə vermədi və intiqam fikrinə düşərək yolunu azdı.
Həqiqətdə, İblisin əhvalatı ibrət dərsidir. İmam Əli (ə) “Nəhcül-bəlağə”nin “Qasiə” (192-ci) xütbəsində təkəbbür və təəssübkeşliyin zərərləri və pis aqibəti haqda belə buyurur: “Allahın ilk düşməni təəssübkeşliyin təməlini qoyan, Allahla (Ona məxsus olan) əzəmət və böyüklüyündə çəkişən, (layiq olmadığı) ucalıq xələtini geyinmək fikrinə düşən və (layiq olduğu) zillət və xarlıq (təvazökarlıq) geyimini kənara atan təəssübkeşlərin başçısı və təkəbbürlülərin öndəridir.”
İmam Əli (ə) şeytana verdiyi iki ləqəblə mühüm bir mesajı açıqlayır: onu təəssübkeşlər və təkəbbürlülərin başçısı və öndəri adlandırır. Təəssübkeş və təkəbbürlü insanlar da şeytanın ardınca hərəkət edir, Allahın dərgahından qovularaq ona boyun əyirlər. Çünki təkəbbür və təəssübkeşliyin əsasını qoyan şeytandır.
İmam Əli (ə) sözünün davamında təəssübkeşlik və təkəbbürlüyün nəticəsinə toxunaraq buyurur: “Məgər Allahın onu təkəbbür və itaətsizliyinə görə necə kiçiltdiyini və məğrurluğuna görə necə alçaltdığını görmürsünüz? O, elə buna görə Allahın dərgahından qovulub və axirətdə də qazandığı yalnız oddur!”
Şeytan elə bir ad qazanıb ki, yaxşı iş görmək istəyənlər onun şərindən Allaha pənah aparır, pis iş görənlər də onu bais bilərək lənətləyir! Bundan artıq süqut ola bilməz; dünyada son dərəcədə həqarət və alçaqlıq, axirətdə isə ən yandırıcı və dərdli əzab!
2. Şüeyb peyğəmbərin qövmünün əhvalatı təkəbbürlüyün aqibətinə dair başqa bir nümunədir. Təkəbbürlük, nəhayət, insanı Allaha və peyğəmbərlərə qarşı qoyur. Məsələn, Şüeyb peyğəmbərin qövmü o həzrətin hüzuruna gəlib belə dedilər:
مَا نَفْقَهُ كَثِيرًا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا وَلَوْلاَ رَهْطُكَ لَرَجَمْنَاكَ وَمَا أَنتَ عَلَيْنَا بِعَزِيزٍ
“(Ey Şüeyb!) Sənin dediklərinin çoxu bizə aydın deyil və aramızda mövqeyin çox aşağıdır! Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sənin canın bizə əziz deyil!”
Onlar Şüeyb peyğəmbərin nə dediyini yaxşı başa düşürdülər, amma təkəbbür və lovğalıqları düzgün nəticə çıxarmağa icazə vermirdi. Odur ki, onun Allah tərəfindən göndərildiyini də danırdılar:
قَالَ الَّذِينَ اسْتَكْبَرُواْ إِنَّا بِالَّذِيَ آمَنتُمْ بِهِ كَافِرُونَ
“Təkəbbürlük edənlər dedilər: “Biz sizin iman gətirdiyiniz şeyi inkar edirik.”
Qeyd edilənlər İslam Peyğəmbərinin (s) tarixində də gözə dəyir. Məsələn, müşriklərin təkəbbürlüləri hətta o həzrətin sözlərinə belə qulaq asmağa hazır deyildilər. Bəzi inadkarlar Allahın elçisinin sözlərini eşitməmək üçün əlləri ilə qulaqlarını tutur, libaslarını başlarına çəkirdilər!
Təvazökar insan başqasının sözlərinə təmkinlə qulaq asır, haqq olsa, qəbul, əks-təqdirdə rədd edir. Haqqa qarşı inadkarlıq isə təkəbbürlüyün əlamətidir. Bir sözlə, təkəbbürlük və xudbinlik Allahın və peyğəmbərlərin inkarı ilə nəticələnir.

 . “Bəqərə” surəsi, ayə 34.
 . “Əraf” surəsi, ayə 14.
 . “Hud” surəsi, ayə 91.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma