ƏZAB VƏ CƏZALARLA BAĞLI SUALLAR

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Sual: Allah-Taala cəhənnəmi nə üçün yaradıb? Nə üçün günahkarlara ağır cəzalar təyin olunub? Ehtiyacsız Allahın bizim ibadətlərimizə nə ehtiyacı var? Günahlarımızın Ona nə zərəri var? Nə üçün cəhənnəmi yaradıb?
Cavab: İmam Əli (ə) “Nəhcül-bəlağə”nin “Həmmam” xütbəsində buyurur ki, Allah-Taalanın nə bizim ibadətlərimizə ehtiyacı var, nə də günahlarımız Ona bir zərər yetirir.
Adətən, təlim-tərbiyədə iki mühüm amil – təhrik və təhdid labüd sayılır. Savab insanların təşviqi, cəza isə həddi aşmamaları üçündür. Bu əsaslarsız effektli təlim-tərbiyəyə zəmanət yoxdur. Əgər sadə bir misal göstərsək, təlim-tərbiyəni avtomobilə bənzətmək olar. Onun hərəkət və düzgün idarəsi üçün qaz pedalı və qoruyucu tormoza ehtiyacı var. Burada hər ikisinin rolu böyükdür və onlarsız, yaxud biri ilə avtomobil heç vaxt məqsədə çata bilməz.
Qeyd olunan təlim-tərbiyə üsulları Peyğəmbəri-Əkrəmin (s) səciyyələrində də görünür. Allah-Taala o həzrəti həm “bəşir” (müjdələyən), həm də “nəzir” (qorxudan) adlandırır. “Bəşir” təhrikedici, “nəzir” isə qoruyucu amildir. Behişt və cəhənnəm, həqiqətdə, o iki amilin təzahürüdür – behişt haqq yolçularını ibadət və itaətə təşviq edir, cəhənnəm isə onları əyri yol və azğınlıqlardan qorxudaraq Allahın əmrlərilə müxalifətdən saxlayır.
Doğrusu, Allah-Taala savaba – təhrikedici amilə daha çox yer verir. Belə ki, hər bir yaxşı işin ən azı on savabı, pis işin isə yalnız bir cəzası var.  Savab və cəza idarə üsullarından sayılır. Məsələn, idarənin həmkarları arasında nəzm-inzibat yaratmaq üçün qətiyyət tələb olunur və təşviqat proqramları ilə bərabər tənbeh üsulları da nəzərə alınır. Bununla belə, təşviq tənbehdən irəlidir.
Demək, dünyanın bir guşəsində əyləşib “edam” cəza tədbirinin ləğv ilə dair şüar verənlərin, onu heç bir şərtlə qəbul etməyənlərin əlində məntiqli bir əsas görünmür. Qatillərə, oğrulara, narkotik maddələri yayanlara və cinayətkarlara “ürəyiyananlar” onların qurbanları haqda nə fikirləşirlər?! Əgər belə ünsürlərin yaşayış haqqı varsa, qurban olanların yaşayış haqqı yoxdurmu? Məgər əmniyyəti pozanların əmniyyətini qorumaq ədalətdirmi? Bu isə onların qəbul etmək istəmədikləri acı həqiqətdir.
Qeyd edilənlərə əsasən, Allah-Taalanın nə bizim ibadətlərimizə ehtiyacı var, nə də günahlarımızın Ona bir zərəri dəyir. O, bütün bunları yalnız tərbiyələndirmək, təkamülə doğru yönəltmək üçün edir. “İftitah” duasında nə gözəl deyilir: “İlahi, mən bilirəm ki, Sən əfv və rəhmətdə rəhmlilərin ən rəhmlisi, ən mehribanı, günahkarları cəzalandırmaqda sərtsən!”

 . “Biharul-ənvar”, 75-ci cild, səh.356, hədis: 11.
 . “Biharul-ənvar”, 90-cı cild, səh.282.
 . “Ənam” surəsi, ayə 160.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma