4. NECƏ KÖMƏK EDƏK? (BAŞQALARINI MALIMIZA NECƏ ŞƏRİK EDƏK?)

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Burada belə bir sual yaranır ki, yardım zamanı daha nəyə riayət edilməlidir? Məsələn, yoxsula “Bu pulu al və bir daha gözümə görünmə!” – kimi ifadələr deməyə haqqımız varmı?
Allah-Taala minnətlə olan sədəqə və köməkləri qətiyyən bəyənmir və hətta bunu riyakarcasına verilən və Allahın razılığı güdülməyən infaqlar sırasına qatır.  İslam baxımından möminin abır-heysiyyəti böyük əhəmiyyət kəsb edir. İslam bir müsəlmanın abır-heysiyyətinin ləkələnməsinə əsla icazə vermir. Qurani-Kərimin “Bəqərə” surəsinin 26-cı ayəsində buyurulur:
﴿قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّن صَدَقَةٍ يَتْبَعُهَآ أَذًى وَاللّهُ غَنِيٌّ حَلِيمٌ﴾
“Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) güzəşt, ardınca əziyyət verən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.”
Bu ayəyə əsasən, yoxsulu ədəb-ərkan və ehtiramla əliboş geri qaytarmaq minnət və əziyyətlə yanaşı olan müsbət cavabdan daha yaxşıdır. Ədəb və ehtiramla yanaşı infaqın və kömək edə bilmədiyi surətdə yoxsuldan üzrxahlığın hər ikisi gözəldir! Bu yüksək mənəvi hal məsum imamların rəftarlarında da gözə dəyir. Məsələn, aşağıdakı əhvalata diqqət yetirək:
“Bir nəfər yoxsul imam Həsən Müctəbanın (ə) evinin qapısını döyüb belə deyir:
لَم يَبْقِ لِى شَىْءٌ يُباعُ بِدِرْهَمٍ           يَكْفِيكَ مَنْظَرُ حالَتِى عَنْ مُخْبِرِى
إِلّا بَقايا ماءُ وَجْهِى صُنْتُهُ               أَلَا يُباعُ وَ قَدْ وَجَدْتُكَ مُشْتَرِى
“Ey Peyğəmbər övladı! Dolanmaq üçün satmağa bir şeyim qalmayıb. Bunu çöhrəmdən özünüz müşahidə edə bilərsiniz. Əlbəttə, qoruyub-saxladığım bir az abır-heysiyyətim qalmışdır ki, sizi ona münasib müştəri hesab edirəm.” İmam Həsən (ə) öz əmanətdarını çağırıb soruşur: “Nə qədər pul qalıb?” O deyir: “On iki min dirhəm.” İmam (ə) buyurur: “Onu bu kişiyə ver.” Sonra İmam (ə) onu çağırıb üzr istəyərək buyurur: “Biz sənin haqqını ödəyə bilmədik, əlimizdə olan elə bu idi!” İmam (ə) bunu dedikdən sonra özü də belə bir beyt söyləyir:
خُذِ الْقَلِيلَ وَ كُنْ كَاَنَّكَ لَمْ تَبِعْ               ما صُنْتَهُ وَ كَاَنَّنا لَمْ نَشْتَرِ
“Bu azacıq malı götür və elə bil ki, nə sən bir mal satmısan, nə də biz bir mal almışıq (sənin abır-heysiyyətin verilənlərdən qat-qat qiymətlidir).”
İmam Həsənin (ə) bu rəftarı infaqda ədəb-ehtiramın son həddi, yardımın ən gözəl nümunəsidir.

 . “Bəqərə” surəsi, ayə:264.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma