13 MÜTTƏQİLƏRƏ BAŞÇILIQ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Rəhman Allahın həqiqi bəndələri o qədər özünütərbiyə, təqva və nəfslə mübarizə yolunu başa vurandan sonra mütəal Allahdan təqva əhlinə imam və öndər olmalarını istəyirlər. “Furqan” surəsinin 74-cü ayəsində buyurulur:
وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا
“(Onlar) Bizi təqvalılara başçı et” – deyərlər.
BURADA NƏZƏRƏ ÇARPAN İNCƏLİKLƏR
1. Dua ilə əməlin birgəliyi: İlahi bəndələr təqvalılara başçı və öndər olmağı yalnız dildə dua etmir, həm də bu yolda addımlayır, bütün qüvvəsini səfərbər edirlər. Onsuz bu bir zarafata bənzəyir! Qorxaq insanın fədakarlıq fikrinə düşməsi gülünc bir məsələdir. Özünütərbiyədən uzaq əxlaqsız və təqvasız kəs heç vaxt müttəqilərə rəhbərlik sevdasına düşməz! Demək olar, onlar qarşılarına qoyduqları hər hansı məqsədə nail olmaq üçün daim Allahım lütf və imdadına göz dikirlər. Buna əsasən, dua acizlik əlaməti yox, əzm və əməl üçün güclü stimuldur.
2. “Müttəqilərə başçılıq” – böyük iftixar!: Mədəniyyətdən uzaq, ilahi təlimlərdən xəbərsiz mürtəce və geridə qalan bir millət və cəmiyyətə rəhbərlik elə də fəxr hesab edilmir. Odur ki, onların özlərinə layiq rəhbər və başçısı olacaq. Amma pak, saleh, təqvalı və mədəni insanlara rəhbərlik isə böyük iftixardır və Allahın həqiqi bəndələri də elə bunu arzu edirlər!
3. Müttəqilərə başçılıq, yoxsa məğrurluq:
Görəsən, bu istək və arzu İslamda məzəmmət edilən vəzifəpərəstlik deyilmi və ya təqva və təvazökarlıqla necə uzlaşır?
Həzrət Yusifin (ə) əhvalatında o həzrətin Allahdan belə bir istəyi diqqəti cəlb edir:
قَالَ اجْعَلْنِي عَلَى خَزَآئِنِ الأَرْضِ
“Məni bu ölkənin (Misirin) xəzinələrinə (xəzinədar) təyin et.”
Sonra o, bu mühüm məqama layiq olduğunu belə açıqlayır:
إِنِّي حَفِيظٌ عَلِيمٌ
“Çünki mən əmanətdar və biliciyəm.”
Məlum olduğu kimi, belə bir iş üçün zəkalı, uzaqgörən, agah və əmanətdar bir insan lazımdır. Görəsən, həzrət Yusifin (ə) istəyi və özünü tərifləməsi məğrurluq və özünü böyük görmə deyilmi? İmam Əli (ə) “Şiqşiqiyyə” xütbəsində buyurur: “Allaha and olsun ki, Əbu Qühafənin oğlu (Əbu Bəkr) mənim xəlifəlik üçün eynilə dəyirmanın orta qütbü kimi (elmdə və əməldə kamillik baxımından) vəli olduğumu bildiyi halda, onu adi bir qumaş kimi əyninə keçirdi. Sinəmdən elm və maarif sel tək daşır, elm və bilik səmasında qanad çalanların heç biri zirvəmə qalxa bilməz.”
Görəsən, bu ifadələrdə təkəbbürlük yoxdurmu?
Özünütəriflə qabiliyyət və istedadları tanıtdırmaqda fərq vardır. Qiymətli şeyin dəyərindən danışmaq tərif sayılmır. Hal-hazırda hər bir şeyin müəyyən ölçüsü, keyfiyyəti, funksiyası, növü və s. haqda dəqiq məlumat verilir və bütün bunlar məhsulu xarakterizə edən əlamətlərdir. Məsələn, həkimlərin iş yerləri və klinikalarında ixtisasları, harada təhsil aldıqları və titulları qeyd edilir ki, xəstə kimə müraciət edəcəyini bilsin və heç kim də bunu özünütərif hesab etmir.
İmam Əli (ə) və həzrət Yusif (ə) kimi ilahi bəndələrin özlərini xalqa tanıtdırmaları isə hər bir vacibdən də vacibdir.
4. Böyük himmət: İnsanın dəyəri himmətindən asılıdır və himməti böyük olanların dəyəri də artıqdır. Sözügedən ayədən ilahi bəndələrin böyük himmət sahibi olduqları açıq-aşkar başa düşülür. İslam rəvayətlərində bu haqda geniş məlumat verilir:
İmam Əli (ə) buyurur: “İnsanın dəyəri himməti qədərdir.”  Himməti az olanın qədir-qiyməti də az olar.
“İnsanın şərəfi əcdadının çürümüş sümükləri ilə yox, böyük himmətilədir.”  Ata-babalarla öyünmək insanın şərafət və şəxsiyyətini artırmır, şərafət böyük himmətlə ölçülür.
“İnsanı himmət kimi ucaldan və ehtiras kimi alçaldan bir şey yoxdur.”
“Himməti böyük olanın qədir-qiyməti də böyük olar.”
Hər bir işdə himmət xüsusi əhəmiyyət daşıyır və tərəqqi və inkişaf da böyük himmətin nəticəsidir. İlahi bəndələrin Allahdan belə istək və arzuları da himmətlərindən irəli gəlir. Diqqəti cəlb edən odur ki, bu səciyyə onların spesifik xüsusiyyəti kimi, yalnız sözügedən ayədə qeyd edilir.

 . “Yusif” surəsi, ayə 55.
 . “Nəhcül-bəlağə”, xütbə: 3.
 . “Mizanul-hikmət”, bölmə: 3962, hədis: 21325.
 . “Mizanul-hikmət”, bölmə: 3961, hədis: 21315.
 . “Mizanul-hikmət”, bölmə: 3962, hədis: 21327.
 . “Mizanul-hikmət”, bölmə: 3962, hədis: 21326.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma