İNFAQDA MÖTƏDİLLİK

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Rəhman Allahın həqiqi bəndələrinin beşinci səciyyəsi infaqda mötədillikdir. Allah-Taala “Furqan” surəsinin 67-ci ayəsində bu barədə buyurur:
﴿وَالَّذِينَ إِذَا أَنفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَامًا﴾
“(Rəhman Allahın həqiqi bəndələri Allah yolunda) infaq edəndə (xərcləyəndə) nə israfa yol verər, nə də xəsislik edər və ikisinin arasında orta həddi gözləyərlər.”
Bu ayə ilə əlaqədar bir neçə incə mətləb diqqəti özünə cəlb edir:
1. Ayədən başa düşülür ki, ilahi övliyalar və bəndələrin daimi proqramlarından biri də yoxsullara kömək etməkdir. Bu ayədə “infaq”dan yox, “infaqda mötədillik”dən söz açılır.
2. “İnfaq” insanın sahib olduğu ilahi nemətlərə möhtacları şərik etməsinə deyilir. Tərifdə qeyd olunan “sahib olduğu ilahi nemətlər” dedikdə, insanın sahib olduğu hər bir şey aiddir: mal-dövlət, sərvət, qida məhsulları, elm və bilik, abır-həya, məqam, mövqe və vəzifə, bir sözlə, hər bir şey Qurani-Kərimdə buyurulduğu kimi, ruzi verilənlərdən Allah yolunda yoxsullara xərcləmək ilahi bəndələrə xas olan səciyyələrdəndir.
3. İnsanın xərclərdə həddi aşmasına “israf”, ilahi nemətləri zay etməsinə isə “təbzir” deyilir. Misal üçün, əgər bir şəxs on nəfəri qonaq çağırıb, onlara on növ yemək hazırladığı halda, bütün yemək növləri yeyilsə belə, o, “israf”a yol vermiş, əgər onlara əlli nəfərlik yemək hazırladığı surətdə onun yarısı istifadə olunmayıb qalanı isə zibilliyə atılarsa isə “təbzir”ə yol vermişdir.
Bəzən, “israf” təbzir” mənasını versə də, hər ikisi bir cümlədə qeyd edildikdə, mənaları fərqlənir.
“Təqtir” sözü “dardüşüncəlilik”, “möhkəmlik” və “xəsislik” mənalarını bildirir.
4. “Qəvam” “israf”la “təqtir” arasındakı hala, yəni mötədillik və orta həddə, “qivam” isə orta hədi qoruyan vasitəyə deyilir.
Sözügedən ayənin qısa təfsirindən sonra “infaq”, onun İslamda mövqeyi və “infaqda orta hədd” kimi mətləblərin araşdırılması zəruri nəzərə çarpır.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma