2 MÜLAYİM RƏFTAR

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Rəhman Allahın həqiqi bəndələrinin xüsusi səciyyələrindən biri də camaatla mülayim və gözəl rəftardır. Allah-Taala “Furqan” surəsinin 63-cü ayəsində buyurur:
وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا
“(Rəhman Allahın həqiqi bəndələri) nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman “salam” (xoş və yumşaq söz) deyən kəslərdir.”
İnsanlar bir baxışla dörd qrupa bölünür:
1. Haqsevənlər; daim haqqı müdafiə edib, ona riayət edənlərdir.
2. “Qasir nadanlar”; lazımı qədər zəruri sayılan moizə və nəsihətdən məhrum qalanlara deyilir.
3. “Müqəssir nadanlar”, lazımı qədər zəruri sayılan moizə və nəsihət almağa imkanı olub, qulaqardına vuranlara deyilir.
4. İnadkarlar və haqqa qarşı çıxanlar.
Sual: Bu dörd qrup bərabərdirmi və onların hamısına eyni baxmalıyıqmı?
Cavab: Tarixi faktlara, ayə və rəvayətlərə əsasən, peyğəmbərlər, imamlar və ilahi övliyaların həmin qruplarla rəftarı eyni olmamışdır. Burada birinci qrupun hökmü aydın və bəhsimizdən kənardır. İkinci qrupu bir sıra düzgün, davamlı və uzunmüddətli proqramlarla maarifləndirmək, mövcud imkanlarla nadanlıqdan çıxarıb işıqlığa doğru hidayət etmək lazımdır. Üçüncü qrupda da hərəkət, təlaş və araşdırma stimulu yaratmaq, onları dini məsələlərlə tanış etmək lazımdır. Yəni ikinci və üçüncü qrupun üzərində çalışmaq lazımdır. Hətta dördüncü qrupla da mümkün qədər yumşaq və mülayim davranmalı, haqq sözü qulaqlarına yetirənə qədər onlara möhlət verilməlidir. Amma onların islah və hidayətinə, nadanlıqdan nicat tapmağına ümid yeri qalmadıqda, növbə sərt rəftara çatır.
Demək, hər bir qrupla rəftarda ilk şərt məhəbbət, güzəşt və təmkindir. Nadan insanla ilk görüşdə əsəbiləşmək, özündən çıxıb fəryad etmək, sərt davranmaq olmaz. Çünki peyğəmbərlərin metodu belə olmayıb, onlar nadanların ədəbsizlikləri müqabilində məhəbbətlə rəftar etmişlər.

null
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma