TÖVBƏNİN QİSİMLƏRİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Töbvənin əhəmiyyəti, qisimləri, zamanı, təsirləri və s. məsələləri haqda ayə və rəvayətlər çoxdur və biz burada yalnız tövbənin qisimlərindən söz açacağıq:
Tövbə bir cəhətdən üç qismə bölünür:
1. Dildə tövbə: Belə tövbə yalnız sözdən ibarətdir və əməl və rəftarda heç bir dəyişiklik yaratmır. Hər gün “Əstəğfirullahə rəbbi və ətubu iləyh” – zikrini deyib, əməlindən əl çəkməyən hələ də qaranlıq günah vadisindədir. Belə insan özünü ələ salır,  Allahın əmrini, dini təlimləri masqara edir.
2. Ötəri tövbə: Bəzən günahkar insan qəflət yuxusundan ayılaraq öz keçmişindən peşman olur və tövbə edir; həm tövbənin sözlərini dilə gətirir, həm səmimi qəlbdən peşman olur, həm də günahların tərkinə dair qəti söz verir. Amma bu vəziyyət çox çəkmir və həmin vəziyyətdən çıxıb, hər şeyi unutduqda, keçmiş yoluna davam etməyə başlayır. Alimlər bu sayaq tövbələri suyun içinə qoyulan xəlbirə bənzədirlər, suda olduqda su ilə dolu görünür, sudan götürüldükdə isə, içində bir damla belə su qalmır. Ötəri tövbələr də bu qəbildəndir.
3. Əsaslı tövbə: Bu tövbə insanın canı və ruhunda təsir qoyduğundan əməl, rəftar və danışıqlarda özünü büruzə verir. Odur ki, belə tövbəkarlar tövbədən sonra günahların zərərini saleh əməllərlə bərpa edirlər. Çünki tövbədən sonra insan xəstəlikdən sağalan, lakin xəstəliyi müddətində itirdiyi qüvvəsini əldə etməyən şəxsə bənzəyir. Tövbəkar insan geri qayıtmasa da, hələ günahın təsirləri ruhunda qalmaqdadır. Onun ağır zərbələri ruhunu zəiflətdiyi üçün, yaxı və saleh əməllərlə (ən azı günahları qədər) onu gücləndirməlidir ki, yenidən günaha qayıtmasın. İmam Əli (ə) bu haqda buyurur: “...Tövbənin beşinci şərti odur ki, haram nəticəsində bədəndə bitən ət dəri sümüyə çatana (sümüklər görünənə) qədər əridilsin və (itaət vasitəsilə) yerini yeni ət doldursun.”
Bəli, günahdan bitən ətlər zəhərlidir və sağlam ətlərin inkişafı üçün onların əridilməsi labüddür. Əks-təqdirdə, yenidən günah və məsiyətə düşmə ehtimalı gözlənilir. Bununla yanaşı, hər hansı şəxsin mənimsənilmiş haqqı ödənilməli, onun razılığı qazanılmalı və yaxud ondan halallıq alınmalıdır və tərk edilən ibadətlərin də qəzası yerinə yetirilməlidir.
Bir sözlə, tövbənin qisimləri içərisində üçüncüsü həqiqi tövbə sayılır və digər qisimlər isə insanın yalnız özünü aldatdığı səthi bir haldır.

 . “Məfatihul-cinan”, “Xəmsə əşər” münacatları, “Taibin” münacatı.
 . “Biharul-ənvar”, 6-cı cild, səh.36, hədis: 54 və səh.1, hədis: 75.
 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 417.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma