QURANİ-KƏRİMDƏ RƏHMƏT VƏ ŞƏFQƏT

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
İslam əsaslarının təməli olan müqəddəs Qurani-Kərim onun rəhmət, şəfqət və məhəbbət dini olduğunu elan edir:
1. Qurani-Kərimin 114 surəsindən 113-ü İslamın rəhmət və məhəbbət dini olduğunu göstərən “Bismillahir-rəhmanir-rəhim!” (Bağışlayan və mehriban Allahın adı ilə!) ifadəsi ilə başlayır. Təkcə “Bəraət” surə “Bismillah”sızdır ki, onun da aydın dəlilləri var. Onun “Bismillah”sız başlamasının səbəbi hidayət və islaha ümid yeri qalmayan müşriklərə və İslamın inadkar düşmənlərinə elan edilən son qəti müraciətlə əlaqədardır. “Bismillah” mərhəmətin varlığı, “bəraət” isə amanın götürülməsi deməkdir. Aydındır ki, döyüş zamanı inadkar düşmənlə rəhmət və məhəbbətdə söz gedə bilməz. Başqa sözlə, Qurani-Kərimdə “qəzəb”lə “rəhmət”in nisbəti 114-ə 1-dir, yəni İslamda “qəzəb” rəhmət və məhəbbətin keşiyində durur. Bundan da ideal bir ideya varmı?!
2. Allah-Taala “Ər-rəhman” surəsinin 60-cı ayəsində belə buyurulur:
هَلْ جَزَاء الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ
“Məgər yaxşılığın əvəzi yaxşılıq deyilmi?”
Rəhmət, məhəbbət, dostluq və yaxşılıqdan danışan bu şərif ayə müsəlmanların ən mühüm şüarıdır. Quranda, hətta müsəlmanlara pislikləri yaxşı rəftar və ədəblə qarşılamaları tövsiyə olunur! Buna “Muminun” surəsinin 96-cı ayəsini misal göstərmək olar:
ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ
“Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik.”
Bəzən ən azğın düşmənlərinin pislik və hörmətsizliklərini ülfət və güzəştlə qarşılamağı öz peyğəmbərinə tövsiyə edən bir din, doğrudan da, məhəbbət, şəfqət, rəhmət və səfa-səmimiyyətlə doludur!
3. “Casiyə” surəsinin 14-cü ayəsində belə buyurulur:
قُل لِّلَّذِينَ آمَنُوا يَغْفِرُوا لِلَّذِينَ لا يَرْجُون أَيَّامَ اللَّهِ لِيَجْزِيَ قَوْمًا بِما كَانُوا يَكْسِبُونَ
“(Ey Peyğəmbər!) İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm, bərzəx və qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əməllərinə görə (Özü) cəzalandırsın.”
Bu ayəyə əsasən, şəfqət və mərhəmət yalnız müsəlman və möminlərə xas deyil və qeyri-müsəlmanlara qarşı da rəva görülür. Görən, belə bir dini qəddar adlandırmaq olarmı?
O zaman Lut qövmünün əməlləri ilə bağlı yerə enən əzab məmurları naməlum surətdə həzrət İbrahimin yanına gəldilər. Həzrət İbrahim qonaqlarına yemək hazırlayıb süfrə açsa da, onlardan heç biri süfrəyə əl uzatmadı! Adət üzrə bu iş pis məna daşıyırdı və qonağın süfrəyə əl uzatmaması ev sahibinin təhlükədə olduğunu bildirirdi. Həzrət İbrahim (ə) özünü təhlükədə gördükdə, onlar dedilər: “Narahat olma, biz Rəbbinin məmurlarıyıq və iki vəzifəni icra etmək üçün gəlmişik:
Birincisi, sənə müjdəmiz var: bu qoca vaxtında Allah sənə İshaq adlı bir oğul verəcək və onun nəslindən peyğəmbərlər doğulacaq.
İbrahim (ə) ilə zövcəsi gözlənilməz bu xəbərdən çox sevindilər.
İkincisi odur ki, biz günahkar Lut qövmünə son qoyacağıq.
Bu xəbər həzrət İbrahimi (ə) matəmə qərq etdi və Rəbbin məmurları ilə əzabının yüngülləşməsi barədə müzakirə və mübahisəyə başladı. Mələklər ona belə cavab verdilər:
يَا إِبْرَاهِيمُ أَعْرِضْ عَنْ هَذَا إِنَّهُ قَدْ جَاء أَمْرُ رَبِّكَ وَإِنَّهُمْ آتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ
“Ey İbrahim, bundan (bu vasitəçilikdən) əl çək ki, artıq Rəbbinin (onların əzabı barədəki) əmri verilib və onları qarşısıalınmaz əzab gözləyir.”
Lutun qövmünün keçmiş qövmlərə nisbət ən çirkin əməllərə əl uzatmasına baxmayaraq, İbrahim peyğəmbərin ülfət və mehribanlığına mane ola bilmədi. Rəbbin dərgahından əzabının yüngülləşməsini istədi.
Burada söz yalnız İbrahim peyğəmbərin ülfət və mehribanlığından getmir, Quranın rəhmət və məhəbbətə yer verməyindən danışılır. Görən, rəhmət, ülfət və məhəbbətlə dolu bir dinə deyilən adları yaxmaq rəvadırmı?!
4. İslam Peyğəmbərinin (s) qeyri-adiliklərindən biri də insanların qəlblərinə təsiri idi. “Ali-İmran” surəsinin 159-cu ayəsində belə buyurulur:
فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ...
“Allah tərəfindən olan rəhmətin sayəsində onlarla (camaatla) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, hökmən sənin ətrafından dağılışardılar...”
Bu ayəyə əsasən, Peyğəmbərin şəfqət və mehribanlığı ilahi lütf və mərhəmətdən qaynaqlanır. Odur ki, “Ənfal” surəsinin 63-cü ayəsində belə buyurulur:
لَوْ أَنفَقْتَ مَا فِي الأَرْضِ جَمِيعاً مَّا أَلَّفَتْ بَيْنَ قُلُوبِهِمْ وَلَـكِنَّ اللّهَ أَلَّفَ بَيْنَهُمْ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ
“(Ey Peyğəmbər!) Əgər sən yer üzündəkilərin hamısını xərcləsəydin də, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən, O, yenilməz qüdrət və hikmət sahibidir.”
O zaman geridə qalmış bədəvi tayfaları, ayrıseçkiliklə dolu qrupları birləşdirib qüdrətli bir xalqa çevirərək hakimiyyət qurmaq möcüzə idi.
Deməli, mürtəce insanların arasında ülfət, məhəbbət və səfa-səmimiyyət yaratmağı İslam Peyğəmbərinin (s) möcüzəsi bilsək, sözsüz, yanılmarıq! Görəsən, qəlblər arasında ülfət və mehribanlığı dirçəldən bir dini qəzəb və qəddarlıqda ittiham etmək olarmı?
5. Allah-Taala “Bəqərə” surəsinin 208-ci ayəsində buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ
“Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o, sizin aşkar düşməninizdir.”
Bu ayəyə əsasən, sülh və barışıq İslamın əsas prinsiplərindən biridir. Odur ki, sülh və barışıqdan yayınıb təfriqə salanlar, qalmaqal törədənlər şeytanın ardıcılları kimi tanıtdırılır! Yəni sülh və barışıq ilahi duyğu, qalmaqal və mərəkə yaratmaq isə şeytani bir işdir.
6. Qurani-Kərimdə bəzən Allah-Taalanın əzəmətinə dair nişanələrindən söz açılır. Məsələn, “Rum” surəsinin 21-ci ayəsində belə buyurulur:
وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ
“Aramlıq tapmağınız üçün sizə (mələklər, cinlər və ya başqa məxluqlardan deyil,) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, mehr-məhəbbət yaratması onun nişanələrindəndir. Həqiqətən, bunda düşünən qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.”
Ayədə qeyd olunan “bəynəkum” (sizin aranızda) ifadəsi insanlar arasındakı mehr-məhəbbət, dostluq rabitələrindən söz açır. Bunun rəhman Allahın nişanələri arasında qeyd olunması vurğulanan mövzunun əhəmiyyətini göstərir.
Demək, insanlar arasındakı isti münasibətlər ilahi mənşəyə malik mədəni-ictimai həyatın təməlini təşkil edir.

  “Hud” surəsi, ayə 76.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma