CƏHƏNNƏMİN QAPILARI

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Qeyd edilənləri sübuta yetirən məsələlərdən biri də behişt və cəhənnəmin qapılarına dair bəhslərdir. “Zümər” surəsinin 71-ci ayəsində bu barədə belə buyurulur:
وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَى جَهَنَّمَ زُمَرًا
“Kafirlər dəstə-dəstə cəhənnəmə tərəf sürüklənəcəklər.”
Onlar cəzalanmağa meyilli olmasalar da, zorla əzaba atılacaqlar. Çünki verilən əzablar onların əməllərinin nəticəsidir.
حَتَّى إِذَا جَاؤُوهَا فُتِحَتْ أَبْوَابُهَا
“Nəhayət, (kafirlər) ora (cəhənnəmə) çatanda onun qapıları açılacaq.”
Ayədən göründüyü kimi, cəhənnəmin qapıları vardır, amma onların mahiyyəti bizə məlum deyil. Məsələn, qapıların sayının cəmiyyətin sayı ilə əlaqəsi varmı, yoxsa onunla başqa məqsədlər güdülür? Qapılar oranın tamamilə qapalı mühit olduğunu göstərir, yoxsa onlar qala qapılarını xatırladır kimi bir çox suallar hələ də cavabsızdır. Qurani-Kərimdə buyurulur:
وَقَالَ لَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ آيَاتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَاء يَوْمِكُمْ هَذَا
“Cəhənnəmin gözətçiləri (məzəmmətlə) onlara (cəhənnəm əhlinə) deyərlər: “Məgər özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdimi?”
Axirət aləmində inkar, yalan və gizlətməyin mənası yoxdur və orada yalnız həqiqət zahir olur. Odur ki, ayənin davamında belə buyurulur:
قَالُوا بَلَى وَلَكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَى الْكَافِرِينَ
“Onlar deyərlər: Bəli, lakin (biz küfr və inadkarlığımızdan dönmədik və nəhayət, Allahın) əzab vədəsi kafirlərə qəti oldu.”
“Hicr” surəsinin 44-cü ayəsində cəhənnəmin qapılarının sayı da göstərilir:
﴿لَهَا سَبْعَةُ أَبْوَابٍ لِّكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ﴾
“Onun yeddi qapısı vardır və hər qapı (qruplar) üçün bölünüb.”
Qapıların əlamətlərinə əsasən, hər biri müəyyən zümrəyə aiddir. Burada yeddi ədədinin sayı, yoxsa əksəriyyəti bildirməsi ilə bağlı iki ehtimal var: Birinci ehtimala əsasən, yeddi sayı bildirir; yəni cəhənnəmin yeddi qapısı var, nə çox, nə də az. İkinci ehtimala görə isə, yeddi ədədi əksəriyyəti bildirir; yəni cəhənnəmin cürbəcür qapıları vardır. Buna “Loğman” surəsinin 27-ci ayəsində qeyd edilən yeddi ədədinin çoxluğa dəlalət etməsini misal çəkə bilərik:
وَلَوْ أَنَّمَا فِي الْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَامٌ وَالْبَحْرُ يَمُدُّهُ مِن بَعْدِهِ سَبْعَةُ أَبْحُرٍ مَّا نَفِدَتْ كَلِمَاتُ اللَّهِ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
“Əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (Allahın yaratdıqlarını yazmaq üçün mürəkkəb olsaydı,) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir.”
Bu ayədə yeddi ədədi əksəriyyəti bildirən misaldır. “Tövbə” surəsinin 80-ci ayəsində göstərilən yetmiş ədədi də əksəriyyəti bildirir. Həmin ayədə Allah-Taala Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurur:
اسْتَغْفِرْ لَهُمْ أَوْ لاَ تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَن يَغْفِرَ اللّهُ لَهُمْ
“Onlar üçün məğfirət diləsən də, diləməsən də (birdir), hətta yetmiş dəfə bağışlanmalarını diləsən belə, Allah onları əsla bağışlamayacaqdır...”
Burada da yetmiş ədədi sayı bildirmir. Demək, ikinci ehtimala əsasən, cəhənnəmin bir çox qapısı vardır və bizim onlar haqda məlumatımız yoxdur.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma