“LƏĞV” (BİHUDƏ İŞ) NƏDİR?

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
“Ləğv” sözünün mənasının aydınlaşması üçün “ləhv” və “ləib” sözlərini şərh etməyi lazım bilirik:
a) “Ləhv”: bu söz əyləncə mənasını daşıyır. Əyləncə iki qisimdən ibarətdir: faydalı və faydasız. Birinci qisim bəyənilən işlərin sırasına daxildir və ikinci qisim isə zərərli və bir çox günahların mənşəyi sayılır. Məlum olduğu üzrə, insan daim işləyə, ibadət və namazla məşğul ola bilməz. Onun istirahət və sağlam əyləncəyə də ehtiyacı var, o, bununla rahatlıq tapır, yenidən iş və fəaliyyət üçün güc-qüvvə toplayır. Demək, istirahət və əyləncə asayiş üçün bir zərurətdir. Bu məsələ ayrı-ayrı hədislərdə də özünə yer alır, həyatın ayrılmaz bir hissəsi kimi vurğulanır. Məsələn, imam Əli (ə) buyurur: “Mömin şəxs ovqatını üç hissəyə bölməlidir: bir hissəsini Allahla ibadət və münacata sərf etsin, bir hissəsini ruzi və keçinəcəyinə ayırsın, bir hissəsini də gözəl və halal ləzzətlərdən bəhrələnməyə sərf etsin.”
Vaxtın bir hissəsi Xaliqlə məxluqun rabitəsinə həsr olunmalı və hərə öz səviyyəsinə uyğun raz-niyazla məşğul olmalıdır.
İslam dilənçilik və gədalığı bəyənmir və hər kəsin öz əlinin zəhməti ilə dolanmağını tövsiyə edir. Yeri gəlmişkən qeyd edək ki, qazanc, maddi imkanlar, rifah və ailənin rahatlıq və asayişi “fellərdə tövhid” inancı ilə heç də ziddiyyət təşkil etmir. Bunlar Allahın əmrinə əsaslanır və hətta “qürbət” (Allaha yaxınlıq) niyyəti ilə görülən işlər ibadət sayılır.
Bəzi hədislərdə ovqat bölgüsündən sonra belə buyurulur: “İbadət, dolanışıq və insanlarla rabitəyə güc toplamaq üçün istirahət və əyləncəyə ayrılan vaxt sizə yardımçıdır.”  Çox vaxt istirahət və əyləncəyə vaxt ayırmayan, daim işləyən işçinin əməyi də keyfiyyətsiz olur.
b) “Ləib”: bu söz “oyun” mənasını daşıyır və onun da növləri vardır. Bəzi oyunlar uşaqlıq dövrünə aiddir və onlarda bir məqsəd izlənilmir və insanı ona vadar edən instinktiv hisslərdir. Əlbəttə, bu sayaq oyunlar uşaqların əsəb sisteminin güclənməsi, əzələ və sümüklərin möhkəmlənməsi, cismi və əqli inkişafına təməl sayılır.
Bəzi oyunlar böyüklərə aiddir və müəyyən məqsəd və biçim üzrədir. Müqəddəs şəriətdə belə oyunlara qadağa qoyulmayıb. Bu şərtlə ki, maddi baxımdan udub-uduzmaq, qumar şərtləri olmasın və təhlükəli də hesab edilməsin. Demək, təhlükəli və qumar xarakterli oyunlar haramdır.
c) “Ləğv”: bihudə və məqsədsiz işlərə “ləğv” deyilir; istər yersiz sözlər, istər belə əməl və rəftarlar, istərsə də, puç və bihudə düşüncələr “ləğv” sayılır. Məşhur dilçi alim Rağib İsfahani dəyərli “Müfrədat” kitabında yazır: “Ləğv” sözü “sərçələrin cikkiltisi” mənasını ifadə edən “ləğa” sözündən alınmışdır. Bahar fəslində sərçələr ağacların başına toplaşaraq cikkildəməyə başlayar və camaat bu səsləri mənasız təsəvvür etdiyindən ərəblər ona “ləğa” deyərmişlər. Sonra isə bu söz geniş mənada bihudə, yersiz iş və sözlərə də aid edilmişdir.
Demək, “ləğv” sözü bihudə və məqsədsiz əməl, söz və fikirlərə aid edilir. Allahın həqiqi bəndələri və övliyaları heç vaxt yersiz və məqsədsiz işlərə qoşulmaz, ləğv və bihudə yığıncaqların kənarından da etinasız və alicənablıqla keçərlər. Yeri gəlmişkən, qeyd edək ki, bir fərdin ləğv və bihudə işə əl atması mümkün olduğu kimi, bir cəmiyyət və ölkənin də bu bəlaya düçar olması mümkündür. Məsələn, qəzet və jurnallarda ləğv və bihudə materiallara daha çox rast gəlinir və ya əksər ictimai-siyasi qurumlarda faydalı məqsədlər göz az dəyir. Son dərəcədə təəssüflə deməliyik ki, zahirdə ağıllı və siyasətçi görünənlərin çoxu ömrünü ləğv və bihudə işlərlə keçirir. Dövrümüzdə yığıncaq və qonaqlıqlara toplaşıb saatlarla vaxtlarını bihudə və faydasız keçirənlərin sayı az deyil. Allahın həqiqi bəndələri belə yığıncaqlardan uzaqdırlar. Bu barədə imam Əlinin (ə) “İnsanın nəfəsləri ölümünə doğru addımdır!”  – kəlamı nə qədər dəyərlidir! Doğrusu, insan ömür adlı böyük sərmayəni necə asanlıqla tələf olur! Belə ömür ona qəm-qüssədən başqa bir töhfə verməz. Bəlkə də, insanın daim zərər və ziyanda olduğunu açıqlayan “Əsr” surəsi ömür sərmayəsini bihudə keçirən və heç bir şey qazanmayan belə kütlələrə aiddir.

 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 390.
 . “Biharul-ənvar”, 75-ci cild, səh.321 və 346.
 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 74.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma