3 GECƏ İBADƏTLƏRİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Rəhman Allahın həqiqi bəndələrinin üçüncü səciyyəsi gecələri ibadət və raz-niyazla keçirməkdir. Gecə namazı İslam mədəniyyətində xüsusi əhəmiyyət daşıyır və bəzi ayə və rəvayətlərdə buna dair tövsiyələr çoxdur. Allah-Taala səmavi kitabının üç ayəsində gecə namazından söz açır və burada həmin ayələrin qısa təfsir və şərhinə toxunulacaq.
1. “Furqan” surəsi, 64-cü ayə:
وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا
“(Rəhman (olan Allah)ın (həqiqi) bəndələri) o kəslərdir ki, gecəni Rəbbinin qarşısında səcdə və qiyamla (ibadətlə) başa vurarlar.”
Ayədə qeyd olunan “beytutə” sözü yatıb-yatmamağından asılı olmayaraq gecəni sovuşdurmağa deyilir. Ayənin sonrakı sözlərindən məlum olur ki, burada məqsəd gecəni ibadətlə keçirməkdir. Demək, ilahi bəndələr Allahın razılığını qazanmaq məqsədilə gecənin bir hissəsini yataqlarından qalxıb raz-niyaz və ibadətlə – “səcdə”, “qiyam” və “gecə namazı” ilə keçirərlər. İlahi bəndələrin xüsusiyyətlərindən sayılan gecə namazı  “təlim-tərbiyə” və Allaha doğru “seyr-süluk” məsələsində böyük əhəmiyyət daşıyır.
2. “İsra” surəsi, 79-cu ayə:
﴿وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا﴾
“(Ey Peyğəmbər!) Gecənin bir vaxtı oyan və təhəccüd (gecə namazı) qıl. Bu, sənin üçün əlavə bir vəzifədir. Ola bilsin ki, Rəbbin səni təriflənmiş bir məqama yüksəltsin.”
“Təhəccüd” sözü “oyaq qalmaq”, “nafilə” sözü isə “əlavə iş” mənasını bildirir. Ərəblər hər bir əlavə işə “nafilə” deyirlər və bunu əlavə namaz, oruc və digər əməllər barədə də işlədirlər. Biz isə onu yalnız müstəhəb namazlarla bağlı işlədirik. Bu deyilənlərə əsasən, ayənin mənası belədir: “Ey Peyğəmbər, gecədən bir qədər oyaq qal və gündəlik vacib namazlardan əlavə namaz qıl.” Ayənin zahirindən belə başa düşülür ki, vacib olan gündəlik namazlardan əlavə, Peyğəmbəri-Əkrəmə (s) gecə namazı da vacib imiş.
Allah-Taala bu ayənin ikinci hissəsində gecə namazının təsirlərindən söz açaraq buyurur: ”Ola bilsin, Rəbbin səni (gecə namazı vasitəsilə) “məhmud” məqamına yüksəltsin.”
“Məhmud məqam”ı ilə bağlı Quran təfsirçiləri arasında izahlar çoxdur. Bəzilərinin nəzərinə əsasən, bu, İslam Peyğəmbərinin (s) axirət aləmindəki böyük “şəfaət” məqamına işarədir. Bütün peyğəmbərlər, mürsəllər, imamlar və bəzi əməlisaleh möminlər şəfaət məqamına malik olsalar da, “böyük şəfaət məqamı” yalnız İslam Peyğəmbərinə (s) məxsusdur. Bu təfsirə əsasən, gecə namazı dərin əhəmiyyət kəsb edir və İslam Peyğəmbərinin (s) o böyük məqama yüksəlişində rol oynayır.
Sual: Şəfaət məqamı yalnız İslam Peyğəmbərinəmi (s) aiddir?
Cavab: Bu məqam gecə ibadətlərinin səmərəsidir. Əgər İslam Peyğəmbəri (s) ona riayət etməklə böyük şəfaət məqamına yüksəlmişdirsə, biz də dəyərli və səmərəli gecə namazını qılmaqla kiçik şəfaət məqamına nail ola bilərik.
Başqa təfsirçilərin nəzərinə əsasən, “məhmud məqam”ı dedikdə, “qürb” (Allaha yaxınlıq) nəzərdə tutulur. Allah-Taala İslam Peyğəmbərini (s) gecə namazına rəğbətləndirir ki, onun sayəsində “qürb” məqamına nail olsun.
3. “Səcdə” surəsi, 16-ci ayə:
تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
“(Rəhman Allahın həqiqi bəndələri o kəslərdir ki, gecənin qaranlığında) yataqlarından qalxar, Rəbbini qorxu və ümidlə çağırar və onlara ruzi verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) bəxş edərlər.”
Bu ayədə gecə namazından söz açılmasa da, sözsüz, gecə raz-niyazının ən bariz nümunəsi gecə namazıdır. Bir çox rəvayətlərdə  bu ayənin gecə namazına aid olduğu bildirilir. Sonrakı ayədə yalnız gecə namazı qılanlara veriləcək misilsiz mükafatlardan söz açılır:
فَلَا تَعْلَمُ نَفْسٌ مَّا أُخْفِيَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍ جَزَاء بِمَا كَانُوا يَعْمَلُونَ
“Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”
Bəzi rəvayətlərdə behişt nemətləri belə vəsf edilir: “Behiştdə elə nemətlər vardır ki, nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın fikrinə gəlib.”  Bu ayənin təfsirində imam Sadiqdən (ə) belə nəql olunur: “Allah-Taala Qurani-Kərimdə gecə namazından başqa hər bir əməlin savab və mükafatını açıqlamışdır. (Onun savabını isə ümumi şəkildə bəyan etmişdir.)”
Bir sözlə, qeyd edilən ayələrə əsasən, gecə namazının digər ibadətlər arasında yeri müstəsnadır.

 . “Nurus-səqəleyn” 4-cü cild, səh.226-dan sonra.
 . “Nurus-səqəleyn”, 4-cü cild, səh.230, hədis: 38.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma