ALLAHIN BƏNDƏLƏRİ KİMLƏRDİR?

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
“Allahın bəndələri dedikdə, nə nəzərdə tutulur? Kimlər Allahın bəndələri adlanır?” Bu sualda bir neçə nöqtə diqqəti cəlb edir:
1. “Allahın bəndələri” (ibadur-Rəhman) ifadəsi Qurani-Kərimdə iki dəfə işlənib: biri araşdıracağımız həmin “Furqan” surəsində; digəri isə “Zuxruf” surəsinin 19-cu ayəsində. Orada belə buyurulur:
وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَنِ إِنَاثًا
“Rəhman Allahın (xüsusi) bəndələri olan mələkləri qızlar sandılar...”
Rəhman Allah bu ayədə mələkləri Allahın bəndələri adlandırmışdır.
Hər iki ayəni yanaşı qoyarkən ilahi bəndələrin mələklərə tay olduğu məlum olur. Demək, bu xüsusiyyətləri əldə edərək rəhman Allahın mələklərin cərgəsinə qatılmaq böyük səadətdir!
2. Allaha bəndəliyi başa düşmək üçün öncə übudiyyətin həqiqi mənasını bilmək lazımdır. Bunu Allaha həqiqi bəndə olub, bəndəliyi tam vücudu ilə hiss edənlər yaxşı şərh edə bilər! Odur ki, məsum imamlara üz tutur və həmin ifadənin şərhini onlardan öyrənirik. Rəhman Allahın həqiqi bəndəsi imam Sadiq (ə) diqqəti cəlb edən bir hədisdə qeyd edilmiş sualı belə cavablandırır:
“(Bəndəliyin ilk əlaməti odur ki,) fərd özünü Allahın ona əta etdiklərinə malik bilməsin (bunu heç vaxt yaddaşından silməsin və qəlbən inansın ki, həqiqi malik Allahdır və bizə verdikləri neçə günlük əmanətdir). Çünki (ilahi) bəndələr heç nəyi öz mülkiyyəti hesab etmirlər, mal-dövləti Allahın töhfəsi sanaraq onları Onun bəyəndiyi yerdə sərf edirlər.
(Bəndəliyin ikinci əlaməti odur ki,) fərd işlərində özünü tədbir sahibi bilməsin (qadir Allahı bütün işlərə hakim sansın və hər şeyin Onun qüdrətli əlində olduğuna inansın).
(Bəndəliyin üçüncü əlaməti odur ki,) fərd ömrü boyu Rəbbinin ona əmr və qadağa etdiklərinə itaət etsin (və Onun razılığından başqa bir şey haqda düşünməsin).”
İmam Sadiq (ə) bu üç əlaməti bəyan etdikdən sonra buyurur: “Bunlar təqvalıların ilk dərəcəsidir.”
Bəndəliyin daha yüksək dərəcələri də vardır ki, onlara ibadət və raz-niyazla çatmaq mümkündür.
3. Qurani-Kərimdə həqiqi übudiyyət və bəndəliyə dair bir sıra əlamət və xüsusiyyətlər açıqlanır ki, burada onların üçünü qeyd etməklə kifayətlənirik:
“Hicr” surəsinin 42-ci ayəsində belə buyurulur:
إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ
“Şübhəsiz, sənin (şeytan) Mənim bəndələrim üzərində heç bir hökmranlığın yoxdur...”
Bu ayəyə əsasən, şeytanın təsiri altına düşməmək bəndəliyin nişanələrindən sayılır. Bəzən bir sıra ayələrdə şeytanın Allahın xüsusi bəndələrinə vəsvəsəsi nəticəsində cüzi büdrəyişləri qeyd olunur ki, bu heç də şeytanın onlara hakimliyi deyil.
Yaxşı iş, ibadət və raz-niyazdan uzaq olanlar həqiqətdə şeytanın hakimiyyəti altındadırlar. Onlar Allahın bəndələri deyillər! Şeytanın çəngindən qurtulub Allahın lütf və mərhəmət vadisinə daxil olmaq üçün çalışmaq lazımdır. Allah elə bəndələrini bu məqsəd üçün yaratmışdır.
“Fəcr” surəsinin son ayələrində belə buyurulur:
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ. ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً. فَادْخُلِي فِي عِبَادِي. وَادْخُلِي جَنَّتِي
“Ey (təqvanın sayəsində kamala yetən) arxayın nəfs, dön Rəbbinə tərəf! Həm sən Ondan razı, həm də O səndən! Mənim bəndələrimin zümrəsinə, cənnətimə daxil ol!”
Bu ayələrə əsasən, insan nəfsin “əmmarə” (əmr edən) və “ləvvamə” (qınayan) mərhələsini müvəffəqiyyətlə arxada qoyaraq bəndəlik məqamını, “mütməinnə” (arxayın) dərəcəsini əldə edir, ruhu asayiş tapır və şeytanın cilovunu birdəfəlik qırır.
“İsra” surəsinin 53-cü ayəsində belə məlumat verilir:
وَقُل لِّعِبَادِي يَقُولُواْ الَّتِي هِيَ أَحْسَنُ إِنَّ الشَّيْطَانَ يَنزَغُ بَيْنَهُمْ إِنَّ الشَّيْطَانَ كَانَ لِلإِنْسَانِ عَدُوًّا مُّبِينًا
“Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər məqam üçün sözün ən münasib və gözəlini seçsinlər). Həqiqətdə şeytan (fəsad yaradan sözlər vasitəsi ilə) onların arasını vurur. Çünki şeytan insana açıq-aşkar düşməndir.”
Həqiqi bəndəliyin nişanələrindən biri də dili qorumaqdır. Sözü harada deyib, harada susmağı bacarmayanlar rəhman Allahın bəndələri zümrəsindən kənardır.
4. Qeyd olunan ayələrdə Allahın “rəhman” adı çəkilir ki, bu da təfsirçilərin rəy müxtəlifliyinə səbəb olmuşdur. Məsələ orasındadır ki, “rəhman” sifəti əqidəsindən asılı olmayaraq bütün insanları əhatə edən, “rəhim” isə xas insanlara aid olan xüsusi sifəti sayılır. Məsələn, dünyada bütün insanların yağışdan, günəşin nurundan, təmiz havadan və sair nemətlərdən azad istifadəsi “Rəhman” Allahın mərhəməti sayəsindədir, istər mömin olsun, istər kafir, istər günahkar olsun, istər itaətkar, istər İslam dininə qulluq etsin, istər başqa dinə!
Allahın “rəhim” sifəti isə yalnız möminləri əhatə edir. Bu sifət dünyada möminlərə aiddir, axirətdə də belədir və axirət aləmi, demək olar, Onun – qiyamət gününün sahibinin xüsusi rəhmət meydanıdır.
İmam Sadiq (ə) bir hədisdə bunu belə işıqlandırır. “Rəhman bir ad kimi ümumi sifətdir (rəhməti hamıya aiddir). Rəhim isə xüsusi sifətdir (bu mərhəmətə yalnız möminlər nail olurlar).”
Bir sözlə, Allahın bütün kainatı əhatə edən rəhməti kənarında yalnız möminləri əhatə edən xüsusi mərhəməti də vardır.
Burada “Allahın lütf və rəhməti”ndən söz düşdüyü üçün, din düşmənlərinin İslamı sərtlik və qəddarlıqda ittihamlamalarını cavablandırmağı münasib görürük. Quran ayələri, məsum rəhbərlərin kəlam və həyat tərzinə istinad etməklə İslamın belə ittihamlardan uzaq, rəhmət, ülfət və məhəbbət dini olduğunu aydınlaşdıracağıq.

  İlahi əxlaqa sahib olmaqda məqsəd rəhman Allahın bizə təlim verdiyi xüsusiyyətlərə yiyələnməkdir. Əgər Allah mehribanlıq və güzəşti bəyənəndirsə, biz də öz həddimizdə insanlarla mehriban davranıb, onları bağışlamağı bacarmalıyıq, əgər O, elm və bəsirətə əhəmiyyət verirsə, biz də gücümüz daxilində onu kəsb etməliyik. Bunlar bəndəliyə doğru addım və “təkamül” yoluna girişdir. İlahi sifətlərə yiyələndikcə, bizimlə Onun arasındakı rabitə bir o qədər sıxlaşır və məqamımız Onun dərgahında yüksəlir.
  “Mizanul-hikmət”, 7-ci cild, səh.12, fəsil: 2451, hədis: 11761.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma