İRADLAR

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Bəşəriyyətin arzuladığı müqəddəs İslamdakı məhəbbət və mərhəmətə rəğmən, düşmənlər tərəfindən daim dəstəklənən bir sıra şübhə və qaranlıq görünən məsələlərin araşdırılması zəruri nəzərə çarpır:
A) QİSAS QANUNU, YOXSA QƏDDARLIQ
“Nə üçün hələ də İslamda qisas qanunu saxlanılır? Qisasın qəddarlıqla nə fərqi var? Bir insan günahkar olsa, hökmən öldürülməlimi?” – kimi sualların cavabında bir neçə məsələyə diqqət yetirmək lazımdır:
Birincisi, Allah-Taala “Bəqərə” surəsinin 178-ci ayədə “qisas” qanununu belə bəyan edir:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالأُنثَى بِالأُنثَى فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاء إِلَيْهِ بِإِحْسَانٍ ذَلِكَ تَخْفِيفٌ مِّن رَّبِّكُمْ وَرَحْمَةٌ...
“Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barədə qisasa icazə verildi: azad azadın, qul qulun və qadın qadının müqabilində. Beləliklə, kim (hər hansı qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən əfvə şamil olsa (məsələn, qəyyum bütün qisas haqqından, yaxud bir hissəsindən keçsə və ya onu qanbahası ilə əvəz etsə), onda (qalan hissələr barədə, ya da diyənin alınmasında) orta mövqe seçməlidir və (qatil də) diyəni ona xoşluqla və gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir güzəşt və rəhmətdir...”
Ayəyə əsasən, qisas nə vacibdir, nə də müstəhəb. Bu, yalnız öldürülən şəxsin adamlarına verilən bir haqdır.
İkincisi, həmin surənin 179-cu ayəsində deyilir ki, “qisas”ın mahiyyəti düşmənçilik və kin-küdurəti artırmaq yox, həyatın davamı və insanların canının müdafiəsi üçündür. Belə bir hökm olmadan camaatın canı, malı və namusu deyilən şeyi anlamayan caninin qarşısı necə alınmalıdır? Cəmiyyətdə qarşısı qisasdan başqa yolla alına bilməyən qaçaq-quldur, azğın canilərlə belə rəftar qəddarlıqdırmı?! Əslində bu, cəmiyyətin təhlükəsizliyinin təmini üçün eynilə rəhmət və şəfqətdir.
Diqqəti cəlb edən odur ki, belə cinayətkarlar layiqli cəzalarını aldıqda, hüquq carçılarının, rəhmət və şəfqət iddiaçılarının etiraz səsləri bütün dünyanı bürüyür. Lakin dünyanın istənilən nöqtələrində, xüsusilə, İslam ölkələrində onların azğın müttəfiqlərinin törətdikləri cinayətlərə gəldikdə, etiraz səsləri kəsilir, sanki hamı kar, kor, lal olur!
Heç kim xəstənin zədələnmiş yararsız üzvünü bədənin sağlamlığını qorumaq məqsədilə kəsib atan həkimin əməlini qəddarlıq adlandırmır? Sanitarik tədbirlər sağlamlığın keşiyini çəkmək üçündür.
Qisas da bir növ dərmandır, fəsadın cəmiyyətin digər üzvlərinə keçməməsi və onların təhlükəsizliyini qorumaq üçün zəruridir.
Heç bir ağıllı insan qətl-qarətlə cəmiyyətin təhlükəsizliyini pozan rəhmsiz ünsürlərin azad dolanaraq istədiyi cinayətə əl atmasına razı olmaz! Bütün münsif insanlar qisası cəmiyyətin asayişi üçün zəruri hesab edirlər.
B) İSLAMIN DİNİ RƏHMƏT VƏ ŞƏFQƏTLƏ UYĞUNSUZLUĞU
İslama tutulan irad və bəhanələrdən biri də ondakı “cəza tədbirləri”dir. Onlar deyirlər ki, günahkar bir şəxsin bədəninə yüz şallaq vurmaq qəddarlıq deyilmi? Bir anlıq iffət pərdəsini yırtan kişi və ya qadının daş-qalaq edilməsi rəhmət və şəfqətlə necə uzlaşır? Oğrunun əl-ayağını kəsməyi necə rəhmət və şəfqət adlandırmaq olar? Ümumiyyətlə, cəza tədbirləri, qəddarlıq deyilmi?
Cavab: “Cəza tədbirləri” ilk baxışda sərt görünsə də, onları da İslamın rəhmət və şəfqəti çərçivəsində görməliyik:
a) Caza tədbirlərinə dair nəql edilən hədislər bizə İslamın idarə sistemi haqda yeni təfəkkür tərzi aşılayır. Diqqətinizi iki nümunəyə cəlb edirik:
1. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Bir cəza tədbiri qırx gecə-gündüz yağış yağmaqdan xeyirlidir.”
Belə tədbirlərin ilahi rəhmət olaraq  yer əhlinə nazil edilən yağışa bənzədilməsi yeni bir baxışdır. İslamda cəzalar cəmiyyətin dezinfeksiyası üçündür. Misal üçün, asayiş və əmin-amanlığı pozub, camaatın canı, malı və namusuna qənim kəsilərək onları qorxuya salanı “müharib”, yaxud narkotik maddələri paylayıb cavan nəsli məhv “yer üzündə fitnə-fəsad törədənlər” ünvanı ilə cəzalandırmağa qəddarlıq adı vermək olarmı?!
Bizim etiqadımıza görə, hətta cəzaya məhkum olunmayanlar da Allah-Taalanın təqdiri ilə hökmən çirkin işlərinin nəticəsini görəcəklər.
2. İmamı Musa Kazim (ə) “Allah yeri ölümündən sonra dirildəcəkdir!”  – ayəsini belə izah edir: “Məqsəd quru torpaqların təkcə yağışla dirilməsi deyil. Allah-Taala dünyada ədaləti bərpa edən (himmətli və ixlaslı) kişilər göndərəcək. Yer üzü ədalətin bərpası nəticəsində diriləcək və yer üzündə ədaləti bərpa edən bir cəza qırx gecə-gündüz yağış yağmaqdan faydalıdır.”
Diqqət yetirmək lazımdır ki, qeyd edilən hədisdə intiqam və qəddarlıqdan əsər-əlamət yoxdur, əksinə rəhmət, məhəbbət və cəmiyyətdə ədalətin bərpasından söz açılır.
b) Şəri cəza tədbirlərinin keyfiyyətinə diqqət yetirərkən İslamın daha artıq rəhmət və məhəbbət nümunələrinin şahidi oluruq.
Məsələn, bir çox cəza tədbirləri dörd nəfərin şahidliyi və yaxud insanın özünün dörd dəfə iqrarı ilə sübuta yetir, dörd nəfər insaflı şəxs fılan kişi ilə qadının iffətə zidd əmələ qurşandıqları halda gördüyünə şəhadət verdiyi təqdirdə, onlar cəzaya məhkum olunur.
Sual budur ki, görəsən, belə bir təsadüf mümkündürmü? Biz rəvayətlər və tarix kitablarında hətta bir nümunə də olsun belə iffətsiz əməlin şahidlərin şəhadəti ilə isbat edildiyini görməmişdik. Bu da ki, günahkarların halına şamil olan İslamın geniş rəhmət və məhəbbətini göstərir.
Günahkarın günahının isbat olunmasının ikinci yolu onun öz günahını iqrar etməsidir. Onun da bir sıra şərtləri vardır ki, biri onun öz günahını dörd dəfə iqrar etməsidir; özü də hər bir iqrar ayrı-ayrı yığıncaqda olmalı və hətta bir yığıncaqda dörd dəfə iqrar bir dəfə hesab olunur!  Yaxud günahkarın günahı isbat olunmamışdan qabaq şəriət hakiminin hüzurunda tövbə edib işindən peşman olduğu peşmançılığı da tam bilindiyi surətdə cəza hökmündə dəyişikliklər yarada bilir.  Buna dair nümunələr çoxdur və biz burada onlardan birini qeyd etməklə Peyğəmbərin (s) həqiqi canişini imam Əlinin (ə) zamanında öz ayağı ilə mühakimə stolu arxasında dayanan bir günahkara qarşı olunan ülfət və mehribanlığı sübut etmək istəyirik:
İffətsiz əmələ qurşanan bir qadın imam Əlinin (ə) hüzuruna gəlib, “zina”ya görə cəzalandırılmasını və günahdan paklanmağını istəyir. İmam Əli (ə) buyurur: “Get, uşağını dünyaya gətirdikdən sonra gələrsən.”
Qadın geri dönüb uşağını dünyaya gətirdikdən sonra, yenə öz istəyini təmənna edir. Həzrət (onu fikrindən yayındırmaq və şəkkə salmaq üçün) müxtəlif suallar verdikdən sonra buyurur: “Get, uşağını saxla və südvermə dövrü qurtardıqdan sonra gələrsən.”
Qadın iki il keçdikdən sonra üçüncü dəfə Həzrətin hüzuruna gəlib cəzalandırılmağını istəyir. Həzrət yenə müxtəlif suallardan sonra buyurur: “Get, övladını boya-başa çatdır ki, özünü təhlükələrdən qoruya bilsin. Ondan sonra gələrsən və cəza hökmünü icra edərik.”
Qadın ağlaya-ağlaya geri qayıdır...
Göründüyü kimi, bir günahın isbatı asan deyil. Günahkar öz günahını iqrar etməyincə, onu isbat etmək çətindir. Bu isə İslamın rəhmət və məhəbbət nişanəsidir.
Əgər İslamın qayda-qanunları sərt olsaydı, bir günahın isbatı üçün bu qədər çıxış yolları qoyulmazdı!
c) Günahkarın məhkum olunduğu və şəriət hakiminin də qərar çıxardığı təqdirdə də, yenə onun icra keyfiyyətindəki bir sıra bəndlər İslamın rəhmət və məhəbbətini göstərir. Nümunə olaraq onların bir neçəsinə qısa şəkildə nəzər salaq:
1. Şallaqdan istifadə edilən cəza hökmləri günahkara daha çox əziyyət verən qış fəslinin şiddətli soyuq günlərində yox, mülayim günlərdə icra olunmalıdır.
2. Yay fəsli də eynilə belədir; şiddətli isti havalara nisbətən mülayim günlər nəzərə alınmalıdır.
3. Cəza hökmü günahkarın yuxuda yox, oturduğu, yaxud durduğu halda icra olunur ki, zərbələr bu iki halda yavaş vurulur və günahkar az ağrı hiss edir.
4. Günahkar xəstədirsə, sağalana qədər hökm təxirə salınır.
5. Günahkar hamilədirsə, uşağını dünyaya gətirənə qədər gözlənilir.
Bunlardan başqa, digər qayda-qanunlar da vardır ki, onlar bütünlüklə İslamın günahkara qarşı rəhmət və məhəbbətini bildirir.
Bir sözlə, İslamda cəza tədbirlərini təfərrüatı ilə araşdıran insaflı insan heç vaxt İslamın rəhmət, şəfqət və məhəbbətdən əsirgədiyinin şahidi olmayacaq. Odur ki, İslamın caza tədbirləri cəmiyyət üçün qırx günlük yağışdan bərəkətli və faydalıdır!

  Maraqlısı odur ki, bu hökm Allah-Taala tərəfindən “əql sahibləri”nə buyurulur. Yəni qisas məsələsi sadəcə bir hiss (intiqam hissi) deyil, əksinə ağıl və məntiqə söykənir. Sağlam əql sahibləri anlayırlar ki, asayiş və təhlükəsizlik üçün qisas hökmü bir zərurətdir. Bu ayənin sonunda qeyd edilən “ləəlləkum təttəqun” (ola bilsin, nahaq qanlar axıtmaqdan çəkinəsiniz) – ifadəsi ona daha da aydınlıq gətirir. Demək, “qisas” ayəsinin hər bir bəndində diqqəti cəlb edən nöqtələr, sülh, dostluq və həyat mesajları var və açıq-aşkar sərtliklə mübarizə deməkdir. Bir də Qurani-Kərimdə “qisas” sözü cəmi dörd dəfə, “rəhmət” isə yetmiş doqquz dəfə, “rəhman” sözü yüz altmış dəfə və “rəhim” sözü yüz doxsan səkkiz dəfə işlənib! Bütün bunlar “qisas”ın istisna hal olduğunu göstərir və İslamın əsasını rəhmət, şəfqət və məhəbbət təşkil edir.
  “Vəsailüş-şiə”, 18-ci cild, səh.308.
  “Kəhf” surəsinin 16-cı ayəsində “yağış” ilahi rəhmət adlandırılır.
  “Hədid” surəsi, ayə 17.
  “Vəsailüş-şiə”, 18-ci cild, səh.308, hədis: 3.
 . Bu rəvayəti “Vəsailüş-şiə”nin 18-ci cildinin 377-ci səhifəsində mütaliə edə bilərsiniz.
 . “Vəsailüş-şiə”, Şeyx Hürr Amuli, 18-ci cild, səh.327.
 . “Vəsailüş-şiə”, 18-ci cild, səh.378, hədis: 1.
 . “Vəsailüş-şiə”, 18-ci cild, səh.315.
 . “Vəsailüş-şiə”, 18-ci cild, səh.369, hədis: 1.
 . “Vəsailüş-şiə”, 18-ci cild, səh.320.
 . “Vəsailüş-şiə”, 18-ci cild, səh.378.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma