3-“NÜCUM” (ULDUZLAR) HƏDİSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
“SƏFİNƏ” HƏDİSİ NƏ DEMƏK İSTƏYİR?“NÜCUM” HƏDİSİNİN MAHİYYƏTİ

İslam mənbələrində Peyğəmbərdən (s) nəql olunan və hər bir dövrdə Əhli-beytin müsəlmanlara rəhbər və hidayətçi olduğu göstərilən digər bir hədis “nücum” hədisidir. Bu hədisi Peyğəmbərin (s) bir çox səhabəsi (ən azı yeddi nəfər: imam Əli (ə), Cabir ibn Abdullah, Əbu Səid Xudri, Ənəs ibn Malik, Münkədir ibn Abdullah[1], Sələmə ibn Əkvə və İbn Abbas) nəql etmiş, əhli-sünnə hafizləri və mühəddislərinin onlarla kitabında qeyd edilmişdir. Burada onların bir qismini qısa şəkildə nəzərdən keçirəcəyik:
Hakim Nişapuri “Müstədrək” kitabında İbn Abbasdan İslam peyğəmbərinin (s) belə buyurduğunu nəql edir:
النُّجُومُ اَمانٌ لِاََهْلِ الْاَرْضِ مِنَ الْغَرْقِ، وَاَهْلُ بَیْتِى اَمانٌ لِاُ مَّتِى مِنَ الْاِخْتِلافِ، فَاِذا خالَفَتْها قَبِیلَةٌ مِنَ الْعَرَبِ اِخْتَلَفُوا فَصارُوا حِزْبَ اِبْلِیسِ!
Ulduzlar yer əhli üçün əmin-amanlıq və dəryada (qərq olmaqdan) qurtuluşa səbəb olduğu kimi[2], mənim Əhli-beytim də ümmətim üçün ixtilaflarda əmin-amanlıq və nicat yeridir. Ərəb qəbilələrindən hansı biri onlara qarşı çıxsa, ümmətin arasında ixtilaf yaranar. Bilin ki, onlar (müxalifətçilik edənlər) şeytanın qoşunundandır!”
Hakim Nişapuri bu hədisi qeyd etdikdən sonra yazır: “Bu hədisin sənədi səhih və düzgündür.”[3]
Əllamə Həmzavi “Məşariqul-ənvar” kitabında “Hakim Nişapurinin səhih və düzgün hesab etdiyi rəvayətdə belə deyilmişdir!”[4] söyləyərək yuxarıdkı hədisi olduğu kimi qeyd edir.
Bu hədisi İbn Həcər “Əs-səvaiqul-muhriqə”, Əllamə Əli Müttəqi “Müntəxəbu Kənzül-ümmal”, Bədəxşi “Miftahun-nicah”, Şeyx Məhəmməd Səbban Maliki “İsğafur-rağibin”, Əllamə Burhani “Əş-şərəful-muəyyəd” və “Cəvahirul-bihar” kitablarında nəql etmişlər.[5]
Bu hədisi digər ravilər də Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər. Onların hədisləri şiə və sünnilərin məşhur kitablarında qələmə alınmışdır. (Əlbəttə, bu rəvayətlərin sözlərində azıcıq fərqlər gözə dəysə də, əsas məqsəd birdir.)
Məsələn, Sələmə ibn Əkvənin rəvayətində belə oxuyuruq: “Allahın Rəsulu buyurmuşdur:
النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ وَاَهْلُ بَیْتِى اَمانٌ لِاُمَّتِى
“Ulduzlar səma əhlinin əmin-amanlıq və asudəliyinə, mənim Əhli-beytim isə ümmətimin əmin-amanlığına səbəbdir!”[6]
Bu hədisi azacıq fərqlə Cabir ibn Abdullah Ənsari, eləcə də Münkədir, Əbu Səid Xidri və Ənəs ibn Malik Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər.
İmam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) nəql etdiyi başqa bir hədis isə belədir:
النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ فَاِذا ذَهَبَتِ النُّجُومُ ذَهَبَ اَهْلُ السَّماءِ، وَاَهْلُ بَیْتِى اَمانٌ لِاَهْلِ الْاَرْضِ فَاِذا ذَهَبَ اَهْلُ بَیْتِى ذَهَبَ اَهْلُ الْاَرْضِِ!
“Ulduzlar səma əhlinin asudəliyinə səbəbdir. Onlar ensə səma əhli də məhv olar. Mənim Əhli-beytim də yer əhlinin asudəliyini tə’min edir. Əgər Əhli-beytim olmasa, yer əhli də olmaz!”
Bu hədisi Muhibbuddin Təbəri “Zəxairul-uqba” kitabında Əhməd ibn Hənbəlin “Mənaqib” kitabından nəql etmişdir.[7] Həmçinin digər kitablarda, o cümlədən, Həməvininin “Fəraidus-səmteyn”, İbn Həcərin “Əs-səvaiqul-muhriqə”, Məhəmməd Səbbanın “İsğafur-rağibin”, Xarəzminin “Məqtəlul-Hüseyn”, Nəbhaninin “Əşşərəful-muəyyəd” kitablarında da qeyd edilmişdir.
***


[1] İbn Əsirin “Usdul-ğabə” kitabında qeyd etdiyinə əsasən, Məhəmməd ibn Münkədirin atası Münkədir ibn Abdullah Peyğəmbərin (s) səhabələrindən olmuşdur.
[2] Keçmiş zamanlarda cəhətlərin tə’yini mümkün olmadığından, dəniz səfərlərində onları bilmək üçün ən gözəl vasitə səma ulduzları idi.
[3] “Müstədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 141, “Heydərabad” çapı, “Ehqaqul-həqq” kitabından nəqlən, 9-cu cild, səh. 294.
[4] Əllamə Həmzavinin qeydi belədir: “Buxari və Müslimün hədislərin düzgünlüyündəki şərtinə əsasən, bu hədis səhih və düzgündür. (“Məşariqul-ənvar”, səh. 90, Misirin “Şərqiyyə” çapı.)
[5] Əlavə mə’lumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 9-cu cildinin 294-296-cı səhifələrinə müraciət edə bilərlər.
[6] Bu hədis “Camius-səğir” (Süyuti) (səh. 587, Misir çapı), “Zəxairul-üqba” (Muhibbuddin Təbəri), “Əs-səvaiqul-muhriqə” (İbn Həcər) və s. kitablarda nəql olunmuşdur.
[7] “Zəxairul-üqba”, səh. 7, Qahirənin “Qudsi” çapı.

“SƏFİNƏ” HƏDİSİ NƏ DEMƏK İSTƏYİR?“NÜCUM” HƏDİSİNİN MAHİYYƏTİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma