ÜÇÜNCÜ FƏLSƏFƏ: HƏQİQİ İNTİZARÇILAR ÇİRKİNLİKDƏN UZAQDIR!

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
İKİNCİ FƏLSƏFƏ: İCTİMAİ HAZIRLIQ

İmam Mehdinin (ə) intizarının digər mühüm tə’sirlərindən biri də çirkinlik və eybəcərliklərə qarşı islahat proqramıdır.
İzah: Fitnə-fəsad, çirkinliklər ictimai forma aldıqda, cəmiyyəti özünə doğru çəkir, bə’zən pak insanları belə, ruhi sıxıntıya, ümidsizliyə düçar edir. Bə’zən də elə fikirləşirlər ki, artıq iş-işdən keçmişdir. Əsla islahata ümid yeri yoxdur və özlərini də pak saxlamaq üçün çalışmaq faydasızdır. Bu ümidsizlik onları yavaş-yavaş fitnə-fəsada, çirkin mühitə doğru çəkə bilir və əksəriyyətə hakim kəsilən çirkin mühitin müqabilində azlıq təşkil edərək qorunmaq onlar üçün çətinləşir. Bə’zən də camaatla həmrəng olmağa üstünlük verirlər.
Amma onlarda ümid və müqavimət hissini yaşada biləcək yeganə amil, mütləq vaqe olacaq islaha ümidvar olmaqdır. Onlar yalnız belə bir ümidlə özlərinin və başqalarının islahına ümidvar ola bilərlər.
İslam göstərişlərində ümidsizlik ən böyük günahlardandır. Bu məsələyə böyük əhəmiyyət verildiyini görürüksə, bunun səbəbi Allahın mərhəmətindən naümid olan günahkar şəxsin günahını yumaq, heç olmazsa, günahdan çəkinmək fikrinə düşməməsilə əlaqədardır. O fikirləşir ki, mən onsuz da cəhənnəmə gedəcəyəm. Bəs nə üçün dünyada qəm-qüssə çəkməliyəm?! İslanmışın yağışdan nə qorxusu!
Amma onun üzünə Allahın əfv və məğfirəti, ümid səhifələri açıldıqda, həyatı tamamilə dəyişir. Onda günahdan uzaqlaşmağa, paklıq və islaha doğru şövq yaranır. Buna görə də ümid hissi belə insanlar üçün həmişə psixoloji-tərbiyəvi əhəmiyyət daşıyır. Eləcə də, çirkin mühitdə yaşayan saleh insanlar belə ümidsiz paklığı qoruya bilməzlər.
Hazırda dünya çirkinliyə, fitnə-fəsada doğru nə qədər sür’ətlə gedirsə, imam Mehdinin (ə) zühuruna ümid bir o qədər artır. Ona inananların fəsad və çirkinliyin tufanları qarşısında müqaviməti möhkəmlənir. Mühit nə qədər aludə olsa belə onlar naümid olmur, üstəlik hədəfə daha yaxın olduqlarını görür, fəsadla mübarizədə, yaxud paklıq üçün sonsuz eşq və şövqlə çalışırlar.
***
Ötən bəhslərdən belə nəticəyə gəldik ki, intizarın viranedici olması təsəvvürü yalnız onun məfhumunun təhrifi ilə yaranır. Necə ki, qədimdən təhrif əlləri ona doğru uzanmışdır. Onun həqiqi məfhum və mə’nası ictimai-fərdi islahatın, tərbiyə və təşviqin əsasını təşkil edir. Bu məsələyə əvvəldən obyektiv yanaşan Qur’anın özü olmuş və bu haqda “Nur” surəsinin 55-ci ayəsində buyurulmuşdur:
وَعَدَ اللَّهُ الَّذِینَ آمَنُوا مِنکُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَیَسْتَخْلِفَنَّهُم فِی الْأَرْضِ کَمَا اسْتَخْلَفَ الَّذِینَ مِن قَبْلِهِمْ وَلَیُمَکِّنَنَّ لَهُمْ دِینَهُمُ الَّذِی ارْتَضَى لَهُمْ وَلَیُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا یَعْبُدُونَنِی لَا یُشْرِکُونَ بِی شَیْئًا
“Allah aranızda iman gətirib saleh işlər görənlərə – yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, mö’minlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini və’d etmişdir!”
Böyük İslam rəhbərlərindən nəql olunan bir çox rəvayətlərə əsasən, bu ayədə işarə olunmuşlar imam Mehdi (ə) və onun yaxınlarıdır.[1] Başqa bir hədisdə isə deyilir: “Bu ayə Mehdi (ə) haqqında nazil olmuşdur!”
Bu ayədə imam Mehdi (ə) və onun yaxınları ”iman gətirən və saleh iş görənlər” kimi tanıtdırılmışdır. Beləliklə, cahanşümul bir inqilabın həyata keçməsi hər bir süstlük və nöqsandan uzaq olan möhkəm iman və dünyəvi islahı tə’min edə biləcək saleh əməllər olmadan qeyri-mümkündür. Belə bir proqram üçün həm yetkin bilik, həm güclü iman, həm də saleh əməl lazımdır. Yalnız bu xüsusiyyətlərə malik olanlar özlərinə bəşəriyyətin xilaskarının islahatlarında iştirakla müjdələyə bilər. Zülm və haqsızlıq yolu seçib, iman və saleh əmələ biganə qalanlar, iman zəifliyinə görə hətta öz kölgələrindən qorxanlar, cəmiyyətdən uzaqlaşaraq əllərini əllərinin üstünə qoyub tamaşa edənlər və haqq uğrunda mübarizəyə qoşulmayanlar verilən həmin və’d və müjdələrdən məhrumdurlar! Budur imam Mehdinin (ə) intizarının müsbət tə’siri!
İlahi! Bizim gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandır! Bizi onun vəfalı dostlarından və fədakar əsgərlərindən qərar ver! Amin!


[1] “Biharul-ənvar”, qədim çapla 13-cü cild, səh. 14.

İKİNCİ FƏLSƏFƏ: İCTİMAİ HAZIRLIQ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma