İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?

Öncə qeyd edildiyi kimi, bu sualın cavabı bizə aydındır. Amma müxtəlif nəzəriyyələr də mövcuddur. Əhli-sünnənin məşhur alimi və “Nəhcül-həqq”[1] kitabının müəllifi Fəzl ibn Ruzbehan yazır: “Əş’ərilərin baxışında imamət dinin əsası və e’tiqadi məsələlərdən yox, mükəlləfin əməli ilə bağlı fürui-dindəndir!”[2]
Bu məsələdə əhli-sünnənin digər firqələri ilə əş’ərilik arasında heç bir fərq yoxdur. Çünki onların hamısı imaməti əməli yöndə xalqa tapşırılan vəzifələrdən bilirlər. Yalnız Əhli-beyt (ə) məktəbinin ardıcılları olan şiələr, eləcə də, Qazi Beyzavi və onun bir qrup ardıcılı imaməti dinin əsaslarından hesab edirlər.[3] Bunun səbəbi aydındır. İmamət Allah tərəfindən müəyyənləşmiş ilahi mənsəb və məqam olduğundan onun tə’yini yalnız Allaha aiddir. Şəriətin əsasını qoyan Peyğəmbərə (s) inam zəruri olduğu kimi, imamlara da inam labüddür. Lakin bu o demək deyil ki, imamiyyə şiələri bu fikirlə müxalif olanları kafir adlandırırlar. Əksinə, onlar sair müsəlman firqələrini müsəlman bilir və bu əqidəni qəbul etməsələr də onlara müsəlman qardaş kimi baxırlar. Məhz bu səbəbdən şiələr dini e’tiqadı iki hissəyə bölmüşlər: 1) Dinin əsasları – tövhid, nübüvvət və məad; 2) Məzhəb əsasları – ilahi ədalət və imamət.
Bu araşdırmanı İmam Rizanın (ə) bir buyuruğu ilə sona yetiririk:
اِنَّ الْاِمامَةَ زَمامُ الدِّینِ وَنِظامُ المُسلِمِینَ وَصَلاحُ الدُّنْیا وَعِزُّالمؤُمِنِینَ، اِنَّ الْاِمامَةَ اُسُُّ الْاِسْلامِ النّامِى وَفَرْعُهُ السّامِى، بِالْاِمامِ تَمامُ الصَّلاة وَالزَّکات وَالصِّیام وَالحَجّ وَالجَهاد وَتَوْفیرُ الفَیئ وَالصَّدَقات وَاِمْضاءُالْحُدوُد وَالْاَحْکام، وَمَنْعُ الثُّغوُر وَالْاَطْراف، اَلاِمامُ یَحِلُّ حَلالَ الله، وَیَحْرُمُ حَرامَ الله، وَیُقِیمُ حُدوُد الله، وَیَذُبُّ عَنْ دِینِ الله، وَیَدْعُو اِلی سَبِیلِ رَبِّهِ بِالحِکْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَالْحُجَّةِ الْبالِغَةِ
“İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı və mö’minlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytül-mal (ümumi əmlak) və sədəqə (yoxsullara kömək) çoxalır, qanun və hökmlər icra olunur, İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru də’vət edir!”
***

 

[1] “Ehqaqul-həqq” kitabı ona cavab olaraq yazılmışdır.
[2] “Ehqaqul-həqq”, 2-ci cild, səh. 294 və “Dəlailus-sidq”, 2-ci cild, səh.4.
[3] “Dəlailus-sidq”, 2-ci cild, səh. 8.

İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma